• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Ölkəmizin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diplomlarının yoxlanılması istiqamətində Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində 24 rayon üzrə araşdırmalar başa çatıb.

Aparılmış araşdırmalar nəticəsində müəyyən olunub ki, həmin rayonların ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilərdən 92 nəfərin diplomu saxtadır. Saxta diplomların 24-ü Bərdə, 12-si Quba, 7-si Cəlilabad, 7-si Beyləqan, qalan hissəsi isə digər 20 rayonda aşkar edilib. Məsələnin araşdırılması ilə bağlı Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət olunub. Onu da qeyd edək ki, saxta diplomların aşkarlanması məqsədilə Təhsil Nazirliyi tərəfindən növbəti 25 rayonun ümumi təhsil müəssisələrində araşdırmalara başlanılıb.

Oktyabrın 13-də Təhsil Nazirliyində Yaponiya hökumətinin “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində “Bakının 2 nömrəli peşə liseyində çilingər və dülgər kursları üzrə peşə təhsili şəraitinin yaxşılaşdırılması” layihəsi ilə bağlı qrant müqaviləsinin imzalanması mərasimi keçirilib.

Tədbiri “Azərbaycan Gənc Maarifçilər” təşkilatının sədri Ruhiyyə Aslanova açaraq Təhsil Nazirliyinə və Yaponiyanın ölkəmizdəki səfirliyinə layihə üzrə göstərdikləri dəstək üçün təşəkkürünü bildirib. Təhsil naziri Misir Mərdanov mərasimdə çıxış edərək Yaponiya ilə Azərbaycan arasında mövcud olan əlaqələrdən danışıb. İki ölkə arasında təhsil əlaqələrinin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edən nazir Azərbaycandan olan təhsil işçilərinin Yaponiyaya səfər etməsinin, bu ölkənin təhsil sistemi ilə yaxından tanışlığın məqsədəuyğunluğunu diqqətə çatdırıb. Təhsil naziri Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabenin qarşılıqlı və səmərəli əlaqələrin qurulmasındakı rolunu xüsusi vurğulayıb və onun fəaliyyətini yüksək qiymətləndirib. Nazir Yaponiya hökumətinin 10 ildən çox müddətdə Azərbaycanda qrant layihələri həyata keçirdiyini bildirib. Yaponiyanın ölkəmizdəki səfriliyinin bir çox təşkilatlarla, o cümlədən “Azərbaycan Gənc Maarifçilər” təşkilatı ilə yaratdığı əlaqələrdən söz açan Misir Mərdanov əlavə edib ki, bu günədək Yaponiya hökuməti ilə layihələr üzrə 147 müqavilə imzalanıb. Sonra Misir Mərdanov “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində “Bakının 2 nömrəli peşə liseyində çilingər və dülgər kursları üzrə peşə təhsili şəraitinin yaxşılaşdırılması” qrant layihə barədə məlumat verib. Nazir layihənin əsas məqsədinin 2 nömrəli Bakı Peşə Liseyində çilingər və dülgər kurslarında təhsil şəraitini yaxşılaşdırmaq üçün emalatxananı təmir edərək şagirdləri yaş qruplarına görə müvafiq avadanlıqlarla təchiz etmək olduğunu diqqətə çatdırıb. 99 990 ABŞ dolları həcmində qrant yardımı ayrılmış layihədən 140 şagird və 40 nəfərlik pedaqoji heyətin faydalanacağını qeyd edən nazir çıxışının sonunda bu işdə əməyi olan şəxslərə təşəkkürünü bildirib. Tədbirdə çıxış edən Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabe Azərbaycanla Yaponiya arasında dostluq əlaqələrinin mövcudluğunu və əməkdaşlığın inkişafı üçün dəstək göstərməyə hazır olduğunu nəzərə çatdırıb. Yaponiya-Azərbaycan əlaqələrinin artıq öz töhfələrini verdiyini deyən səfir eyni zamanda layihə üzrə aparılacaq işlərlə, mövcud şəraitlə tanışlıq üçün 2 nömrəli Bakı Peşə Liseyində olduğunu vurğulayıb. Azərbaycanın hazırda inkişaf mərhələsini yaşadığından peşəkar mütəxəssislərə böyük ehtiyac duyulduğunu diqqətə çatdıran səfir bu baxımdan layihənin əhəmiyyəti olacağına inandığını bildirib. Sonra “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində “Bakının 2 nömrəli peşə liseyində çilingər və dülgər kursları üzrə peşə təhsili şəraitinin yaxşılaşdırılması” layihəsi ilə bağlı qrant müqaviləsi imzalanıb. Qrant müqaviləsi Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabe və “Azərbaycan Gənc Maarifçilər” təşkilatının sədri Ruhiyyə Aslanova tərəfindən imzalanıb.

Oktyabrın 13-də "Hyatt Regency" otelində Təhsil Nazirliyi və Avropa Komissiyasının birgə təşkilatçılığı ilə Şərq Tərəfdaşlığı ölkələrində müəllimlərin hazırlanması və ixtisasın artırılması mövzusunda ikigünlük beynəlxalq seminar işə başlayıb.

Seminarda Təhsil, Xarici İşlər nazirliklərinin nümayəndələri, Avropa Komissiyasının rəsmiləri, Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin təmsilçiləri, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, habelə bir sıra digər təhsil ocaqlarının rəhbərləri iştirak ediblər. Seminarı giriş sözü ilə Avropa Komissiyası təşkilatının başçısı Jan Pakulski açaraq bildirib ki, Şərq Tərəfdaşlığının 4-cü Platforması çərçivəsində təşkil olunan bu seminarda Şərq Tərəfdaşlığı ölkələri və Avropa Komissiyasının ekspertləri daxil olmaqla 70-ə yaxın nümayəndə iştirak edir. Təhsil naziri Misir Mərdanov seminarda iştirak edən qonaqları salamlayaraq keçirilən tədbirin əhəmiyyəti haqqında məlumat verib. Nazir qeyd edib ki, bugünkü seminarda Şərq Tərəfdaşlığı ölkələrində müəllimlərin hazırlanması və ixtisasının artırılmasına dair Avropa Komissiyasının keçirdiyi tədqiqatın nəticələri, eləcə də bu sahədə Avropa İttifaqının təcrübəsi təqdim ediləcək. Tədbirin məqsədinin Şərq Tərəfdaşlığı proqramına üzv ölkələrdə müəllim hazırlığı və ixtisasın artırılması olduğunu nəzərə çatdıran təhsil naziri seminarı müvafiq məsələlərin müzakirəsi, təcrübə mübadiləsinin həyata keçirilməsi, gələcək perspektivlərin müəyyənləşdirilməsi baxımından yüksək dəyərləndirib. Ali məktəblərdə müəllimlərin hazırlanması və ixtisasının artırılmasından söz açan nazir bildirib ki, bu sahədə innovasiyaların Azərbaycan təhsilinə gətirilməsi üçün "Təhsilin əsasları" fənni, artıq bir neçə ali məktəbdə (ADPU, AMİ, GDU) tədris olunur. Tələbələrin tədris prosesində yeni texnologiyaların tətbiqinə nail olmasının vacibliyini önə çəkən Misir Mərdanov təhsil müəssisələrində təlim zamanı elektron resurslardan istifadənin genişləndiyini vurğulayıb. Seminarda Avropa Komissiyasının nümayəndəsi Helene Skikos və digər xarici qonaqlar da çıxış ediblər. Seminar öz işini oktyabrın 14-də davam etdirəcək.

Oktyabrın 14-də «Ambassador» otelində «İnklüziv təhsil: təcrübə və qarşıda duran vəzifələr» mövzusunda ikigünlük V beynəlxalq elmi-praktik konfrans işə başlayıb.

Konfransı təhsil naziri Misir Mərdanov açaraq tədbirin əhəmiyyətini qeyd edib və ölkəmizdə uşaqların rifahının yüksəldilməsi işinin daim diqqət mərkəzində saxlanıldığını bildirib. Nazir əlavə edib ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi, YUNİSEF, Azərbaycan Müəllimlər İnstitutu və Avropa Gözdən Əlil Şəxslərin Təhsili və Reabilitasiyası üzrə Beynəlxalq Şuranın (ICEVI) təşkilatçılığı ilə keçirilən konfransın məqsədi sağlamlıq imkanları məhdud şəxslərin inklüziv təhsilə cəlb olunması yollarını araşdırmaq, onların cəmiyyətə inteqrasiyası və belə şəxslər üçün maneəsiz mühitin yaradılması ilə bağlı gələcək perspektivləri müəyyənləşdirmək, Azərbaycanda bu sahədə çalışan insanların digər ölkələrin uğurlu təcrübə nümunələri ilə tanış olmalarına şərait yaratmaqdır.  Ulu öndər Heydər Əliyevin uşaqların müdafiəsi sahəsində həyata keçirdiyi siyasətin hazırda ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulayan nazir bu istiqamətdə Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın gördüyü işləri də nəzərə çatdırıb. Nazir qeyd edib ki, Azərbaycan müstəqillik illərində insan hüquqları ilə bağlı bir sıra beynəlxalq saziş və konvensiyalara qoşulub, bununla bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Təhsil naziri hazırda ölkəmizdə 60 mindən çox əlilliyi olan uşaqdan 1105-nin xüsusi məktəblərdə, 2664-nün xüsusi internat məktəblərində (onlardan 1353 nəfəri müəssisədə gecələyir), 7750-nin evdə, 268-nin isə inklüziv təhsil aldığını bildirib.  «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununda sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüquqlarının təmin olunmasının təsbit edildiyini söyləyən Misir Mərdanov qeyd edib ki, Azərbaycanda inklüziv təhsilin təşkili istiqamətində Təhsil Nazirliyi tərəfindən 2005-2009-cu illərdə xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili ilə əlaqədar İnkişaf Proqramı həyata keçirilib. Nazir həmin proqrama əsasən sağlamlıq imkanları məhdud uşaqların təhsil hüquqlarının həyata keçirilməsi, inklüziv təlimə keçidin reallaşdırılması, təhsil müəssisələrində bütün uşaqların təhsili üçün bərabər imkanların yaradılması, dövlət himayəsində olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi, bütün kateqoriyadan olan sağlamlıq imkanları məhdud uşaqların ölkə üzrə qeydiyyatının aparılması və təhsilə cəlb edilməsi, xüsusi təhsil müəssisələrinin maddi-texniki, eləcə də tədris bazasının müasir standartlara uyğunlaşdırılması sahəsində əhəmiyyətli işlər görüldüyünü nəzərə çatdırıb. Proqramın icrası istiqamətində Heydər Əliyev Fondunun müstəsna xidmətlərindən bəhs edən təhsil naziri «Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institutlaşdırma) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)» çərçivəsində həyata keçirilən tədbirlərə toxunub.   Misir Mərdanov bildirib ki, inklüziv təhsil imkanlarının genişləndirilməsi məqsədilə təhsil qanunvericiliyində müvafiq dəyişikliklərin edilməsi üçün YUNİSEF və Təhsil Nazirliyi tərəfindən «İnklüziv təhsil haqqında Qanun» layihəsi işlənib hazırlanaraq Milli Məclisə təqdim olunub. Nazir,  həmçinin YUNİSEF-in texniki dəstəyi ilə inklüziv təhsilin inkişafına dair Dövlət Proqramının hazırlandığını və Nazirlər Kabinetinə təqdim olunduğunu söyləyib. Çıxışında inklüziv təhsillə bağlı digər məsələlərə də toxunan nazir bu sahədə görülmüş işlərin və icrası nəzərdə tutulan tədbirlərin ölkəmizdə hər bir əlilliyi olan uşağın təhsil hüququnun təmin edilməsinə yönəldiyini qeyd edib. Təhsil naziri konfransda təqdim olunan digər ölkələrin uğurlu təcrübə nümunələri nəzərə alınaraq Azərbaycan Müəllimlər İnstitutunda inklüziv təhsil üzrə elmi mərkəzin yaradılması təklifini irəli sürüb. Sonra YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Natiq Məmmədov, Nazirlər Kabinetinin şöbə müdirinin müavini Qurban Əmirov, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı beynəlxalq elmi-praktik konfransın keçirilməsinin əhəmiyyəti, ölkəmizdə inklüziv təhsillə bağlı həyata keçirilən tədbirlər, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi, beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələləri barədə fikir və mülahizələrini bildiriblər. Sonra Hollandiyanın Fontys Universitetinin professoru H.Şuman, Rusiya Federasiyasının əməkdar elm xadimi, biologiya elmləri doktoru, professor, Sankt-Peterbrq Xüsusi Pedaqogika və Psixologiya İnstitutunun rektoru L.Şipitsina, Moskva şəhər Psixoloji –Pedaqoji Universitetin nəzdində fəaliyyət göstərən İnteqrativ (inklüziv) Təhsil İnstitutunun direktoru S.Alyoxina və başqaları elmi məruzələrlə çıxış ediblər. Oktyabrın 15-də Azərbaycan Müəllimlər İnstitutunda təşkil olunacaq seminarda konfrans iştirakçılarını maraqlandıran məsələlər barədə mühazirəçilərə müraciət etmək və məlumat almaq imkanı yaradılacaq. Konfransda, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar tərəfindən hazırlanmış əl işləri və rəsmlərin sərgisi təşkil olunacaq.

Oktyabrın 14-də Bakıdakı Hilton otelində “Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı” layihəsinin təqdimatına həsr olunmuş konfrans keçirilib.

Konfransda Azərbaycan Respublikası təhsil naziri Misir Mərdanov, kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev, Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Herbert Kvellen, Almaniyanın Qida, Kənd Təsərrüfatı və İstehlakçının Müdafiəsi Federal nazirinin müavini Peter Bleser, Vaynştefan-Trisdorf Tətbiqi Elmlər Universitetinin professoru, “Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı” layihəsinin Almaniya tərəfdən meneceri Herbert Strobel, peşə məktəblərinin direktorları və digər qonaqlar iştirak ediblər. Konfransı giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov qonaqları salamlayıb, Azərbaycanın müstəqillik qazandıqdan sonra Almaniya ilə bütün istiqamətlərdə olduğu kimi təhsil sahəsində də əməkdaşlığının genişləndiyini nəzərə çatdırıb. Ölkə Prezidenti cənab İlham Əliyevin digər sahələrlə yanaşı, kənd təsərrüfatı sektoruna da xüsusi diqqət yetirdiyini bildirən nazir kənd təsərrüfatı üzrə ixtisaslı kadrların yetişdirilməsinin prioritet məsələlərdən biri olduğunu qeyd edib. Misir Mərdanov 1 milyon 200 min avro dəyərində olan layihənin həyata keçirilməsində əsas məqsədin Azərbaycan Respublikasında kənd təsərrüfatı sahəsində peşə təhsili islahatlarına yardım etmək, peşə təhsili almış məzunların işlə təmin olunma vəziyyətini yaxşılaşdırmaq və ölkədə qeyri-neft sektoru sahələrinin rəqabət qabiliyyətini artırmaqdan ibarət olduğunu söyləyib. Layihənin gələcəkdə peşə təhsilinin və kənd təsərrüfatının inkişafına böyük təkan verəcəyinə inamını ifadə edən nazir bu baxımdan “Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı” layihəsini yüksək dəyərləndirib. Konfransda çıxış edən Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Herbert Kvellen, Almaniyanın Qida, Kənd Təsərrüfatı və İstehlakçının Müdafiəsi Federal Nazirinin müavini Peter Bleser Azərbaycanın son illər sürətlə inkişaf edən iqtisadiyyatından söz açıblar. Azərbaycanda iqtisadiyyatın digər sahələri ilə yanaşı kənd təsərrüfatının da geniş potensiala malik olduğunu bildirən qonaqlar layihənin uğurla həyata keçiriləcəyinə ümidvar olduqlarını bildiriblər. Sonda “Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı” layihəsinin Almaniya tərəfdən meneceri Herbert Strobelin layihə haqqında geniş təqdimatı dinlənilib.

Təhsil Nazirliyi Mətbuat Xidmətinin məlumatı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük diqqət və qayğısı sayəsində ölkəmizdə təhsilin inkişafını təmin edən çoxsaylı proqramlar uğurla həyata keçirilir. Həmin proqramların reallaşdırılması nəticəsində təhsil infrastrukturu müasirləşir, təhsilalanlar üçün bərabər imkanlar yaradılır, keyfiyyətin yüksəldilməsi və davamlı inkişaf istiqamətində əsaslı tədbirlər həyata keçirilir. 2004-2011-ci illərdə tikinti və təmir işləri üçün Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti İdarəsinə dövlət büdcəsindən 543665,1 min manat vəsait ayrılıb. Həmin vəsait hesabına 121864 şagird yerlik 353 yeni məktəb, 1270 yerlik 11 yeni uşaq bağçası, 1 peşə tədris mərkəzi binası, 184 məktəb üçün 49880 şagird yerlik əlavə korpuslar inşa edilib, 176 məktəbdə, 50 uşaq bağçasında, 9 texniki peşə məktəbində əsaslı təmir işləri aparılıb. Məktəb tikintisi sahəsində həyata keçirilən tədbirlər nəticəsində ikinövbəli məktəblər 73 faizdən 44 faizə, ikinci növbədə təhsil alan şagirdlər 34,5 faizdən 21 faizə enib. Bütün bunlarla  yanaşı, məktəblərin tikintisi və əsaslı təmiri zamanı bir sıra nöqsanlara yol verildiyi məlum olub. Belə ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun müvafiq dövlət strukturları ilə birgə Bakı şəhərinin 77 məktəbində apardığı araşdırma nəticəsində bəzi nöqsanlar aşkar olunub. Nöqsanlarla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun “Orta ümumi təhsil məktəblərinin tikintisi və əsaslı təmiri zamanı aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması barədə”  təqdimatı Təhsil Nazirliyinə daxil olub. Təqdimat Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəhbərliyinin və Təhsil Nazirliyinin aidiyyəti struktur bölmələri nümayəndələrinin iştirakı ilə müzakirə edilib. Müzakirə zamanı Bakı şəhərinin 77 məktəbində aparılan tikinti və təmir işlərində aşkar olunmuş bütün çatışmazlıqların ötən müddət ərzində Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsi tərəfindən aradan qaldırıldığı barədə məlumat verilib. Azərbaycan Respublikası Baş Prokurorluğunun təqdimatına əsasən məktəb tikintisi və təmiri, onların istismara qəbul edilməsi sahəsində qanun pozuntularına yol vermiş bir sıra vəzifəli şəxslər barəsində Təhsil Nazirliyi tərəfindən ciddi intizam tənbehi tətbiq edilib. İşdə yol verdiyi nöqsanlara görə Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinin rəisi və bir neçə məsul əməkdaşı tutduqları vəzifələrdən azad olunub. Təhsil Nazirliyinin bu işə məsul olan bəzi əməkdaşlarına, müəssisə rəhbərlərinə isə ciddi xəbərdarlıq edilib. Ümumi təhsil məktəblərinin tikintisi və təmiri üzrə tenderlərin qanunauyğun şəkildə təşkili və keçirilməsi, təmir-tikinti işlərinin aparılması üzərində nəzarəti, işlərin istismara qanunauyğun qəbul edilməsini nəzərdə tutan normativ aktların təkmilləşdirilməsi, aparılan işlərin kifayət qədər peşəkar və ixtisaslı mütəxəssislər tərəfindən həyata keçirilməsinə təminat verən mexanizmin işlənib hazırlanması, təmir-tikinti işlərinin qanunauyğun şəkildə istismara qəbul edilməsi, bu prosesə məktəb valideyn komitələrinin, valideyn-müəllim assosiasiyalarının nümayəndələrinin cəlb olunması yolu ilə şəffaflığın artırılması istiqamətində zəruri tədbirlərin görülməsi ilə əlaqədar Nazirliyin aidiyyəti strukturlarına, yerli təhsil idarəetmə orqanlarına və təhsil müəssisələrinə müvafiq tapşırıqlar verilib.   TƏHSİL NAZİRLİYİNİN MƏTBUAT XİDMƏTİ

Oktyabrın 15-də Təhsil Nazirliyində ali məktəb tələbələrinin XVI Respublika fənn olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Mərasimi giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov bu günlər ölkəmizin hər yerində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə tədbirlər keçirildiyini bildirib, zala toplaşanları təbrik edib. Nazir müstəqilliyimizin 20 illik tarixinə qısa nəzər salaraq bu illər ərzində ölkəmizin böyük inkişaf yolu keçdiyini, həyatın bütün sahələrində uğurlar qazanıldığını, bu yolun əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu nəzərə çatdırıb. Müstəqilliyimizin möhkəmləndirilməsi, ölkəmizin iqtisadi potensialının gücləndirilməsi istiqamətində aparılan işlərin 2003-cü ildən etibarən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında davam etdirildiyini vurğulayan təhsil naziri ötən dövrdə Azərbaycanda çoxşaxəli və əhatəli quruculuq işlərinin görüldüyünü qeyd edib. Ölkə Prezidentinin gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşdığını deyən nazir Azərbaycanda gənclərlə bağlı müvafiq Dövlət Proqramının qəbul edildiyini, istedadlı gənclərin vaxtında aşkara çıxarılması və inkişafı istiqamətində daim məqsədyönlü tədbirlərin həyata keçirildiyini söyləyib.  Misir Mərdanov ali məktəb tələbələrinin XVI Respublika fənn olimpiadası haqqında məlumat verərək bildirib ki, Təhsil Nazirliyi ilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarına əsasən təşkil olunmuş olimpiadanın yekun mərhələsi cari il mayın 27-də Azərbaycan Dövlət İqtisad Universitetinin bazasında keçirilib. Nazirin verdiyi məlumata görə, 12 fənni (riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, ingilis, alman, fransız və rus dilləri) əhatə edən olimpiadanın I turu 28-i dövlət, 8-i isə qeyri-dövlət olmaqla 36 ali məktəbdə keçirilib və bu turda iştirak edən 1500-dən artıq tələbənin 684-ü final turuna vəsiqə qazanıb. Nazir, həmçinin 595 tələbənin müxtəlif fənlər üzrə olimpiadanın respublika turuna qatıldığını nəzərə çatdırıb. Azərbaycanın bütün bölgələrinin ali təhsil müəssisələrinin olimpiadada təmsil olunduğunu vurğulayan təhsil naziri ali məktəb tələbələri arasında ilk olimpiadanın 1994-cü ildə 4 fənn üzrə keçirildiyini və 30 qalibin olduğunu xatırladıb. Nazir bu işin sonrakı illərdə daha da inkişaf etdirildiyini, fənlərin sayının 12-yə çatdırıldığını diqqətə çatdırıb.  Təhsil naziri bildirib ki, olimpiadada tələbələr tərəfindən ən böyük maraq Azərbaycan və ingilis dili fənlərinə göstərilib. İştirakçılardan 104-ü (15,2 faiz) Azərbaycan dili fənni üzrə, 103-ü isə (15 faiz) ingilis dili fənni üzrə yarışa qoşulduğunu qeyd edən nazir münsiflər heyətinin qərarına əsasən 12 nəfərin I, 23 nəfərin II, 36 nəfərin III, 43 tələbənin isə həvəsləndirici mükafata layiq görüldüyünü bildirib. Qaliblərin ali məktəblər üzrə statistikasını açıqlayan Misir Mərdanov müxtəlif fənlərdən I yerə layiq görülənlərin Bakı Dövlət Universiteti, Qafqaz Universiteti, Bakı Slavyan Universiteti, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Dövlət Neft Akademiyası və Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrindən ibarət olduğunu vurğulayıb. Misir Mərdanov olimpiada qaliblərinə Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin diplomları və pul mükafatlarının verildiyini, I yeri tutan tələbələrə 300, II yerə layiq görülənlərə 150, III yerin sahiblərinə isə 100 manat təqdim olunacağını nəzərə çatdırıb. Nazir sonra qalibləri təbrik edərək onlara daha böyük uğurlar arzulayıb. Mükafatlandırma mərasimində çıxış edən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Mehbalıyev, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Lənkəran Dövlət Universitetinin rektoru Asəf İsgəndərov olimpiada qaliblərinə öz təbriklərini çatdırıb, dövlət başçısının təhsilə göstərdiyi diqqət və qayğıdan, gənclər üçün yaradılmış əlverişli şəraitdən söz açıblar. Sonra qaliblərə diplomlar və pul mükafatları təqdim olunub. Tədbirdə olimpiadada fərqlənən tələbələr çıxış edərək Azərbaycan gənclərinə göstərdiyi qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirib, bilik yarışmasının obyektiv və şəffaf keçirildiyini qeyd ediblər.

Oktyabrın 17-də Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib.

İclasda Azərbaycan Müəllimlər İnstitutu, Qərb Universiteti və Xəzər Universitetinin akkreditasiyasının nəticələri müzakirə olunub. İclası giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov ölkəmizdə fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin akkreditasiyası istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb və bu işin təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət etdiyini vurğulayıb. Sonra Misir Mərdanov ötən iclasda akkreditasiyasının nəticələrinin müzakirəsi tamamlanmamış Azərbaycan Müəllimlər İnstitutunda aparılmış əlavə araşdırmalar barədə məlumat vermək üçün sözü mütəxəssislərdən ibarət komissiyanın sədri, Təhsil Problemləri İnstitutunun Təhsilin konseptual problemləri şöbəsinin aparıcı elmi işçisi İntiqam Cəbrayılova verib. İ.Cəbrayılov 2010-2011-ci tədris ilində Azərbaycan Müəllimlər İnstitutunda görülmüş işlər haqqında məlumat verərək qeyd edib ki, son illər bu təhsil müəssisəsində digər struktur bölmələrlə yanaşı, ixtisasartırma və yenidənhazırlanma təhsilinin təşkilinə də xüsusi diqqət yetirilir və pedaqoji kadrların keyfiyyət göstəricilərinin artırılması istiqamətində müvafiq işlər reallaşdırılır. Tədris ili ərzində təqvim-mövzu planı, həm də çevik fəaliyyət proqramı əsasında fənn kurikulumlarına, fəal-interaktiv təlimə geniş yer verildiyini bildirən komissiya sədri institutun filiallarının pedaqoji kadrların ixtisasartırma təhsilinə cəlb olunması, müxtəlif mövzularda elmi-praktik konfransların, dəyirmi masaların, treninqlərin, açıq dərslərin və işgüzar görüşlərin keçirilməsi istiqamətində atdığı addımlardan danışıb. İ.Cəbrayılov yenidənhazırlanma təhsili üzrə mütəxəssis hazırlığı sahəsində görülmüş işləri, Azərbaycan Müəllimlər İnstitutunun beynəlxalq əlaqələri,  habelə Akkreditasiya Komissiyasının gəldiyi qənaəti iclas iştirakçılarının diqqətinə çatdırıb.  Sonra çıxış edən Qərb Universiteti üzrə Akkreditasiya Komissiyasının sədri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Hesablama riyaziyyatı və informatika kafedrasının dosenti Əbülfət Pələngov bildirib ki, komissiya universitetdə müvafiq ixtisaslar üzrə tədrisin təşkilinin və həyata keçirilməsinin vəziyyətini, onun Dövlət Təhsil Standartlarının tələblərinə uyğunluğunu təhlil edərək mütəxəssis hazırlığının səviyyəsini araşdırıb. Komissiyanın müəyyən etdiyi məsələlərdən söz açan Ə.Pələngov universitetin fəaliyyətinin təşkilatı-hüquqi təminatı, kadr hazırlığının məzmunu və strukturu, tələbə kontingenti, elmi-tədqiqat fəaliyyəti, kadr təminatı, universitetin idarə olunması, maddi-texniki bazası, eləcə də bu təhsil müəssisəsinin beynəlxalq əlaqələri barədə geniş məruzə edib. Qərb Universitetində bakalavriat səviyyəsində ixtisaslar üzrə sonuncu kurs tələbələrinin bilik səviyyəsinin yoxlanılması üçün keçirilmiş test sorğusunun nəticələrini diqqətə çatdıran komissiya sədri bu ali təhsil müəssisəsinin fəaliyyətinin statusuna uyğunluğunu müəyyənləşdirən meyarları qeyd edib.  Akkreditasiya Şurasının iclasında geniş və ətraflı təqdimat-məruzə ilə iştirakçılara məlumat verən Xəzər Universiteti üzrə Akkreditasiya Komissiyasının sədri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin xarici dillər kafedrasının müdiri Gülçöhrə Alıyeva öncə universitetin fəaliyyətinin normativ-hüquqi təminatı, tabeliyindəki strukturlar barədə danışıb. Universitetin professor-müəllim heyəti, tədris planının strukturu, təhsil proqramlarının tələbləri, elmi-tədqiqat mərkəzləri, bu ali məktəbin məzunlarının təhsillərini xaricdə davam etdirməsindən bəhs edən G.Alıyeva Xəzər Universitetinin dünya universitetlərinin beynəlxalq reytinq cədvəlində yer tutduğunu da diqqətə çatdırıb. Daha sonra komissiya sədri universitetin maddi-texniki bazası, maliyyə təminatı və sonuncu kurs tələbələrinin biliyinin yoxlanılması məqsədilə keçirilmiş test sorğusunun nəticələrindən söz açıb. Sonra hər üç universitet barədə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, konkret rəy və təkliflər səsləndirilib. Təhsil naziri Misir Mərdanov hər üç ali təhsil müəssisəsində aparılmış araşdırma ilə bağlı fikirlərini bildirib, öz tövsiyə və tapşırıqlarını verib. Azərbaycan Müəllimlər İnstitutunun pedaqoji kadrların müasir tələblər baxımından hazırlanması istiqamətində üzərinə düşən vəzifələrdən söz açan nazir bu ali məktəbə bir sıra məsələlərin həlli ilə bağlı lazımi dəstək göstəriləcəyini qeyd edib. Eyni zamanda Misir Mərdanov Qərb Universitetinin və Xəzər Universitetinin fəaliyyəti haqqında danışıb, hər iki universitetin qazandığı uğurları, yeniliklərin tətbiqi istiqamətində atdığı addımları diqqətə çatdırıb. Sonda Akkreditasiya Şurası Azərbaycan Müəllimlər İnstitutunun, Qərb Universitetinin və Xəzər Universitetinin akkreditasiyası barədə müsbət qərar qəbul edib.

Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; e-mail ünvanı: qaynar-xett@edu.gov.az) 2011-ci ilin sentyabrında 3956 müraciət daxil olub.

Müraciətlərdən 3526-sı telefonla, 430-u isə elektron poçt vasitəsilə qəbul edilib.  Müraciətlərin əksəriyyəti sorğu xarakterlidir. Sorğuların çoxu ümumi təhsil məktəblərinə müəllimlərin müsabiqə yolu ilə işə qəbulu, I sinfə vaxtından əvvəl qəbul, dərs bölgüsü, şagirdlərin dərsliklərlə təminatı, məktəbli forması, yaş senzinin tətbiqi ilə bağlı müəllimləri narahat edən çoxsaylı məsələlərlə əlaqədar olub. Digər sorğular ali və orta ixtisas məktəblərinə tələbə qəbulu, tələbələrin bir məktəbdən başqa məktəbə və bir ixtisasdan başqa ixtisasa köçürülməsi, xaric olunmuş tələbələrin bərpası, təhsil haqqının ödənilməsi, bakalavr və magistratura pillələrində ixtisaslaşma, təhsil sənədlərinin tanınması ilə bağlıdır.  Sorğuların kəmiyyət tərkibinin təhlili göstərir ki, müəllimlərin müsabiqə yolu ilə işə qə­bulu (905 sorğu), ümumtəhsil məktəblərində şagirdlərin yerdəyişməsi (626 sorğu), ali və orta ixtisas təhsili (468 sorğu), vaxtından əvvəl I sinfə qəbul (317 sorğu), yaş senzinin tətbiqi (214 sorğu), məktəbəqədər təhsil müəssisələrinə qəbul (208 sorğu), məktəbli formasının tətbiqi (205 sorğu), tələbə qəbulu (198 sorğu), təhsil sənədlərinin tanınması (146 sorğu) ilə əlaqədar müraciətlər çoxluq təşkil edir. Digər sorğular Beynəlxalq olimpiada qaliblərinə verilən güzəştlər, xaricdə təhsil, Dövlət Proqramı üzrə xaricdə təhsil alan tələbələrin təhsil haqqının ödənilməsi qaydaları (122 sorğu), lisenziya fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universiteti (90 sorğu) ilə əlaqədardır. Qalan müraciətlər isə ünvan, telefon nömrəsi, qəbul vaxtının öyrənilməsi və digər mövzuları əhatə edir. Sentyabrda daxil olmuş şikayət məzmunlu müraciətlərin çoxu yenə də ümumi təhsil məktəbləri ilə əlaqədardır. Belə ki, Bakı şəhər ümumi təhsil məktəblərindən 23, digər şəhər ümumi təhsil məktəblərindən 3 (Gəncə 2, Sumqayıt və Naftalan şəhərlərinin hər birindən 1), Abşeron , Zərdab, Gədəbəy, Tovuz, Füzuli, Yardımlı, Laçın, Göyçay, Bərdə rayonlarının hər birindən 1, Şəkidən isə 4 eyni məzmunlu şikayət daxil olub. Ümumi təhsil məktəbləri ilə bağlı şikayətlərin əsas məzmununu məktəb direktorlarının idarəetmədə yol verdiyi nöqsanlar, dərs bölgüsündən narazılıq, bir neçə məktəbdə tədrisin keyfiyyətsiz təşkili, müəllimlərin əmək haqlarından tutulmalar və digər məsələlər təşkil edir. Qeyd etmək lazımdır ki, araşdırma zamanı yenə də xeyli sayda müraciətdə ad, soyad, telefon nömrəsi göstərilsə də, onların anonim olduğu aşkarlanıb, başqa bir qisim müraciətdə qeyd olunan faktlar öz təsdiqini tapmayıb. Sumqayıt şəhəri 2 nömrəli tam orta məktəbin müəllimi şagirdin qiymətləndirilməsində səhv etdiyi üçün ona töhmət verilib. Şikayət daxil olan digər təhsil müəssisələrinə müraciətlərdə göstərilən nöqsanların aradan qaldırılması üçün müvafiq tövsiyələr verilib.  Ötən ay məktəbəqədər təhsil müəssisələrindən 11 şikayət qəbul edilib. Bu müraciətlər araşdırılıb və əksəriyyəti həllini tapıb. Texniki peşə təhsili müəssisələri ilə əlaqədar 1, dövlət ali və orta ixtisas təhsili müəssisələri ilə bağlı 3 şikayət daxil olub. Müraciətlərin hamısı qeydə alınıb, araşdırılıb və Təhsil Nazirliyinin müvafiq struktur bölmələri tərəfindən cavab­lan­dı­rılıb.

Oktyabrın 17-də təhsil naziri Misir Mərdanov Argentina Milli Elmi-Texniki Tədqiqat Şurasının (CONISET) prezidenti Marta Rovira ilə görüşüb.

Təhsil naziri qonağı səmimi salamlayaraq ölkələrimiz arasındakı münasibətlərin inkişafında təhsil sahəsindəki əlaqələrin xüsusi rol oynadığını bildirib. Azərbaycanın təhsil sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinə xüsusi maraq göstərdiyini vurğulayan nazir bu baxımdan Argentina ilə gələcəkdə səmərəli əlaqələrin qurulacağına inamını ifadə edib. Səmimi qəbula görə təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirən Argentina Milli Elmi-Texniki Tədqiqat Şurasının prezidenti Marta Rovira rəhbərlik etdiyi qurum haqqında ətraflı məlumat verib. Əsasən elmi-tədqiqatların maliyyələşdirilməsi və alimlərin fəaliyyətinin dəstəklənməsi missiyasını yerinə yetirən Argentina Milli Elmi-Texniki Tədqiqat Şurasının ölkənin ali təhsil müəssisələri ilə də yaxından əməkdaşlıq etdiyini söyləyən qonaq, həmçinin ali məktəblərdə oxuyan tələbələrin elmi-tədqiqat işlərinə dəstək verdiklərini nəzərə çatdırıb. Tam müstəqil qurum olan Milli Elmi-Texniki Tədqiqat Şurasının 53 illik fəaliyyəti dövründə bir çox ölkələrin ali təhsil müəssisələri ilə əlaqələr yaratdığını vurğulayan Marta Rovira Milli Elmi-Texniki Tədqiqat Şurasına üzv olan alimlərin, həmçinin beynəlxalq təşkilatların elmi-tədqiqat layihələrində yaxından iştirak etdikləri barədə məlumat verib. Qonaq Argentinada dövlət universitetlərinin həm ölkə vətəndaşları, həm də əcnəbilər üçün pulsuz olduğunu diqqətə çatdıraraq ölkələrimiz arasında müəllim və tələbə mübadiləsinin aparılmasının əhəmiyyətli olacağına inamını ifadə edib. Misir Mərdanov Argentinada dəqiq və təbiət elmlərinin inkişafı sahəsində ciddi nailiyyətlərin qazanılmasını, ölkə üzrə 5 Nobel mükafatçısının olmasını yüksək uğur kimi səciyyələndirib. Azərbaycanın elm və təhsil sistemi haqqında qonağa məlumat verən nazir ölkəmizdə alimlərin 50 faizindən çoxunun təhsil sistemində çalışdığını nəzərə çatdırıb. Respublikamızın dövlət müstəqilliyinin 20-ci ildönümü haqqında söz açan Misir Mərdanov bu dövrdə qazanılmış uğurlar, ölkə təhsilinin keçdiyi inkişaf yolu və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticələrindən bəhs edib. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Argentina ali məktəblərinə də tələbə göndərilməsi məsələsinə baxılmasının mümkünlüyünü vurğulayan təhsil naziri bugünkü görüşü gələcək əməkdaşlığın inkişafı baxımından yüksək dəyərləndirib. Daha sonra görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı