• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Oktyabrın 13-də Təhsil Nazirliyində Yaponiya hökumətinin “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində “Bakının 2 nömrəli peşə liseyində çilingər və dülgər kursları üzrə peşə təhsili şəraitinin yaxşılaşdırılması” layihəsi ilə bağlı qrant müqaviləsinin imzalanması mərasimi keçirilib.

Tədbiri “Azərbaycan Gənc Maarifçilər” təşkilatının sədri Ruhiyyə Aslanova açaraq Təhsil Nazirliyinə və Yaponiyanın ölkəmizdəki səfirliyinə layihə üzrə göstərdikləri dəstək üçün təşəkkürünü bildirib.
Təhsil naziri Misir Mərdanov mərasimdə çıxış edərək Yaponiya ilə Azərbaycan arasında mövcud olan əlaqələrdən danışıb. İki ölkə arasında təhsil əlaqələrinin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edən nazir Azərbaycandan olan təhsil işçilərinin Yaponiyaya səfər etməsinin, bu ölkənin təhsil sistemi ilə yaxından tanışlığın məqsədəuyğunluğunu diqqətə çatdırıb. Təhsil naziri Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabenin qarşılıqlı və səmərəli əlaqələrin qurulmasındakı rolunu xüsusi vurğulayıb və onun fəaliyyətini yüksək qiymətləndirib. Nazir Yaponiya hökumətinin 10 ildən çox müddətdə Azərbaycanda qrant layihələri həyata keçirdiyini bildirib. Yaponiyanın ölkəmizdəki səfriliyinin bir çox təşkilatlarla, o cümlədən “Azərbaycan Gənc Maarifçilər” təşkilatı ilə yaratdığı əlaqələrdən söz açan Misir Mərdanov əlavə edib ki, bu günədək Yaponiya hökuməti ilə layihələr üzrə 147 müqavilə imzalanıb.
Sonra Misir Mərdanov “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində “Bakının 2 nömrəli peşə liseyində çilingər və dülgər kursları üzrə peşə təhsili şəraitinin yaxşılaşdırılması” qrant layihə barədə məlumat verib. Nazir layihənin əsas məqsədinin 2 nömrəli Bakı Peşə Liseyində çilingər və dülgər kurslarında təhsil şəraitini yaxşılaşdırmaq üçün emalatxananı təmir edərək şagirdləri yaş qruplarına görə müvafiq avadanlıqlarla təchiz etmək olduğunu diqqətə çatdırıb. 99 990 ABŞ dolları həcmində qrant yardımı ayrılmış layihədən 140 şagird və 40 nəfərlik pedaqoji heyətin faydalanacağını qeyd edən nazir çıxışının sonunda bu işdə əməyi olan şəxslərə təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabe Azərbaycanla Yaponiya arasında dostluq əlaqələrinin mövcudluğunu və əməkdaşlığın inkişafı üçün dəstək göstərməyə hazır olduğunu nəzərə çatdırıb. Yaponiya-Azərbaycan əlaqələrinin artıq öz töhfələrini verdiyini deyən səfir eyni zamanda layihə üzrə aparılacaq işlərlə, mövcud şəraitlə tanışlıq üçün 2 nömrəli Bakı Peşə Liseyində olduğunu vurğulayıb. Azərbaycanın hazırda inkişaf mərhələsini yaşadığından peşəkar mütəxəssislərə böyük ehtiyac duyulduğunu diqqətə çatdıran səfir bu baxımdan layihənin əhəmiyyəti olacağına inandığını bildirib.
Sonra “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində “Bakının 2 nömrəli peşə liseyində çilingər və dülgər kursları üzrə peşə təhsili şəraitinin yaxşılaşdırılması” layihəsi ilə bağlı qrant müqaviləsi imzalanıb. Qrant müqaviləsi Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabe və “Azərbaycan Gənc Maarifçilər” təşkilatının sədri Ruhiyyə Aslanova tərəfindən imzalanıb.


10 il əvvəl