• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Oktyabrın 17-də təhsil naziri Misir Mərdanov Argentina Milli Elmi-Texniki Tədqiqat Şurasının (CONISET) prezidenti Marta Rovira ilə görüşüb.

Təhsil naziri qonağı səmimi salamlayaraq ölkələrimiz arasındakı münasibətlərin inkişafında təhsil sahəsindəki əlaqələrin xüsusi rol oynadığını bildirib. Azərbaycanın təhsil sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinə xüsusi maraq göstərdiyini vurğulayan nazir bu baxımdan Argentina ilə gələcəkdə səmərəli əlaqələrin qurulacağına inamını ifadə edib.
Səmimi qəbula görə təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirən Argentina Milli Elmi-Texniki Tədqiqat Şurasının prezidenti Marta Rovira rəhbərlik etdiyi qurum haqqında ətraflı məlumat verib. Əsasən elmi-tədqiqatların maliyyələşdirilməsi və alimlərin fəaliyyətinin dəstəklənməsi missiyasını yerinə yetirən Argentina Milli Elmi-Texniki Tədqiqat Şurasının ölkənin ali təhsil müəssisələri ilə də yaxından əməkdaşlıq etdiyini söyləyən qonaq, həmçinin ali məktəblərdə oxuyan tələbələrin elmi-tədqiqat işlərinə dəstək verdiklərini nəzərə çatdırıb.
Tam müstəqil qurum olan Milli Elmi-Texniki Tədqiqat Şurasının 53 illik fəaliyyəti dövründə bir çox ölkələrin ali təhsil müəssisələri ilə əlaqələr yaratdığını vurğulayan Marta Rovira Milli Elmi-Texniki Tədqiqat Şurasına üzv olan alimlərin, həmçinin beynəlxalq təşkilatların elmi-tədqiqat layihələrində yaxından iştirak etdikləri barədə məlumat verib. Qonaq Argentinada dövlət universitetlərinin həm ölkə vətəndaşları, həm də əcnəbilər üçün pulsuz olduğunu diqqətə çatdıraraq ölkələrimiz arasında müəllim və tələbə mübadiləsinin aparılmasının əhəmiyyətli olacağına inamını ifadə edib.
Misir Mərdanov Argentinada dəqiq və təbiət elmlərinin inkişafı sahəsində ciddi nailiyyətlərin qazanılmasını, ölkə üzrə 5 Nobel mükafatçısının olmasını yüksək uğur kimi səciyyələndirib. Azərbaycanın elm və təhsil sistemi haqqında qonağa məlumat verən nazir ölkəmizdə alimlərin 50 faizindən çoxunun təhsil sistemində çalışdığını nəzərə çatdırıb.
Respublikamızın dövlət müstəqilliyinin 20-ci ildönümü haqqında söz açan Misir Mərdanov bu dövrdə qazanılmış uğurlar, ölkə təhsilinin keçdiyi inkişaf yolu və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticələrindən bəhs edib. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Argentina ali məktəblərinə də tələbə göndərilməsi məsələsinə baxılmasının mümkünlüyünü vurğulayan təhsil naziri bugünkü görüşü gələcək əməkdaşlığın inkişafı baxımından yüksək dəyərləndirib.
Daha sonra görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


10 il əvvəl