• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil Nazirliyi Mətbuat Xidmətinin məlumatı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük diqqət və qayğısı sayəsində ölkəmizdə təhsilin inkişafını təmin edən çoxsaylı proqramlar uğurla həyata keçirilir. Həmin proqramların reallaşdırılması nəticəsində təhsil infrastrukturu müasirləşir, təhsilalanlar üçün bərabər imkanlar yaradılır, keyfiyyətin yüksəldilməsi və davamlı inkişaf istiqamətində əsaslı tədbirlər həyata keçirilir.
2004-2011-ci illərdə tikinti və təmir işləri üçün Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti İdarəsinə dövlət büdcəsindən 543665,1 min manat vəsait ayrılıb. Həmin vəsait hesabına 121864 şagird yerlik 353 yeni məktəb, 1270 yerlik 11 yeni uşaq bağçası, 1 peşə tədris mərkəzi binası, 184 məktəb üçün 49880 şagird yerlik əlavə korpuslar inşa edilib, 176 məktəbdə, 50 uşaq bağçasında, 9 texniki peşə məktəbində əsaslı təmir işləri aparılıb. Məktəb tikintisi sahəsində həyata keçirilən tədbirlər nəticəsində ikinövbəli məktəblər 73 faizdən 44 faizə, ikinci növbədə təhsil alan şagirdlər 34,5 faizdən 21 faizə enib.
Bütün bunlarla  yanaşı, məktəblərin tikintisi və əsaslı təmiri zamanı bir sıra nöqsanlara yol verildiyi məlum olub. Belə ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun müvafiq dövlət strukturları ilə birgə Bakı şəhərinin 77 məktəbində apardığı araşdırma nəticəsində bəzi nöqsanlar aşkar olunub. Nöqsanlarla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun “Orta ümumi təhsil məktəblərinin tikintisi və əsaslı təmiri zamanı aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması barədə”  təqdimatı Təhsil Nazirliyinə daxil olub.
Təqdimat Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəhbərliyinin və Təhsil Nazirliyinin aidiyyəti struktur bölmələri nümayəndələrinin iştirakı ilə müzakirə edilib. Müzakirə zamanı Bakı şəhərinin 77 məktəbində aparılan tikinti və təmir işlərində aşkar olunmuş bütün çatışmazlıqların ötən müddət ərzində Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsi tərəfindən aradan qaldırıldığı barədə məlumat verilib.
Azərbaycan Respublikası Baş Prokurorluğunun təqdimatına əsasən məktəb tikintisi və təmiri, onların istismara qəbul edilməsi sahəsində qanun pozuntularına yol vermiş bir sıra vəzifəli şəxslər barəsində Təhsil Nazirliyi tərəfindən ciddi intizam tənbehi tətbiq edilib. İşdə yol verdiyi nöqsanlara görə Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinin rəisi və bir neçə məsul əməkdaşı tutduqları vəzifələrdən azad olunub. Təhsil Nazirliyinin bu işə məsul olan bəzi əməkdaşlarına, müəssisə rəhbərlərinə isə ciddi xəbərdarlıq edilib.
Ümumi təhsil məktəblərinin tikintisi və təmiri üzrə tenderlərin qanunauyğun şəkildə təşkili və keçirilməsi, təmir-tikinti işlərinin aparılması üzərində nəzarəti, işlərin istismara qanunauyğun qəbul edilməsini nəzərdə tutan normativ aktların təkmilləşdirilməsi, aparılan işlərin kifayət qədər peşəkar və ixtisaslı mütəxəssislər tərəfindən həyata keçirilməsinə təminat verən mexanizmin işlənib hazırlanması, təmir-tikinti işlərinin qanunauyğun şəkildə istismara qəbul edilməsi, bu prosesə məktəb valideyn komitələrinin, valideyn-müəllim assosiasiyalarının nümayəndələrinin cəlb olunması yolu ilə şəffaflığın artırılması istiqamətində zəruri tədbirlərin görülməsi ilə əlaqədar Nazirliyin aidiyyəti strukturlarına, yerli təhsil idarəetmə orqanlarına və təhsil müəssisələrinə müvafiq tapşırıqlar verilib.
 
TƏHSİL NAZİRLİYİNİN
MƏTBUAT XİDMƏTİ


10 il əvvəl