• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Oktyabrın 13-də "Hyatt Regency" otelində Təhsil Nazirliyi və Avropa Komissiyasının birgə təşkilatçılığı ilə Şərq Tərəfdaşlığı ölkələrində müəllimlərin hazırlanması və ixtisasın artırılması mövzusunda ikigünlük beynəlxalq seminar işə başlayıb.

Seminarda Təhsil, Xarici İşlər nazirliklərinin nümayəndələri, Avropa Komissiyasının rəsmiləri, Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin təmsilçiləri, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, habelə bir sıra digər təhsil ocaqlarının rəhbərləri iştirak ediblər.
Seminarı giriş sözü ilə Avropa Komissiyası təşkilatının başçısı Jan Pakulski açaraq bildirib ki, Şərq Tərəfdaşlığının 4-cü Platforması çərçivəsində təşkil olunan bu seminarda Şərq Tərəfdaşlığı ölkələri və Avropa Komissiyasının ekspertləri daxil olmaqla 70-ə yaxın nümayəndə iştirak edir.
Təhsil naziri Misir Mərdanov seminarda iştirak edən qonaqları salamlayaraq keçirilən tədbirin əhəmiyyəti haqqında məlumat verib. Nazir qeyd edib ki, bugünkü seminarda Şərq Tərəfdaşlığı ölkələrində müəllimlərin hazırlanması və ixtisasının artırılmasına dair Avropa Komissiyasının keçirdiyi tədqiqatın nəticələri, eləcə də bu sahədə Avropa İttifaqının təcrübəsi təqdim ediləcək. Tədbirin məqsədinin Şərq Tərəfdaşlığı proqramına üzv ölkələrdə müəllim hazırlığı və ixtisasın artırılması olduğunu nəzərə çatdıran təhsil naziri seminarı müvafiq məsələlərin müzakirəsi, təcrübə mübadiləsinin həyata keçirilməsi, gələcək perspektivlərin müəyyənləşdirilməsi baxımından yüksək dəyərləndirib.
Ali məktəblərdə müəllimlərin hazırlanması və ixtisasının artırılmasından söz açan nazir bildirib ki, bu sahədə innovasiyaların Azərbaycan təhsilinə gətirilməsi üçün "Təhsilin əsasları" fənni, artıq bir neçə ali məktəbdə (ADPU, AMİ, GDU) tədris olunur. Tələbələrin tədris prosesində yeni texnologiyaların tətbiqinə nail olmasının vacibliyini önə çəkən Misir Mərdanov təhsil müəssisələrində təlim zamanı elektron resurslardan istifadənin genişləndiyini vurğulayıb.
Seminarda Avropa Komissiyasının nümayəndəsi Helene Skikos və digər xarici qonaqlar da çıxış ediblər.
Seminar öz işini oktyabrın 14-də davam etdirəcək.


10 il əvvəl