SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Oktyabrın 14-də Bakıdakı Hilton otelində “Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı” layihəsinin təqdimatına həsr olunmuş konfrans keçirilib.
Konfransda Azərbaycan Respublikası təhsil naziri Misir Mərdanov, kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev, Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Herbert Kvellen, Almaniyanın Qida, Kənd Təsərrüfatı və İstehlakçının Müdafiəsi Federal nazirinin müavini Peter Bleser, Vaynştefan-Trisdorf Tətbiqi Elmlər Universitetinin professoru, “Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı” layihəsinin Almaniya tərəfdən meneceri Herbert Strobel, peşə məktəblərinin direktorları və digər qonaqlar iştirak ediblər.
Konfransı giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov qonaqları salamlayıb, Azərbaycanın müstəqillik qazandıqdan sonra Almaniya ilə bütün istiqamətlərdə olduğu kimi təhsil sahəsində də əməkdaşlığının genişləndiyini nəzərə çatdırıb. Ölkə Prezidenti cənab İlham Əliyevin digər sahələrlə yanaşı, kənd təsərrüfatı sektoruna da xüsusi diqqət yetirdiyini bildirən nazir kənd təsərrüfatı üzrə ixtisaslı kadrların yetişdirilməsinin prioritet məsələlərdən biri olduğunu qeyd edib.
Misir Mərdanov 1 milyon 200 min avro dəyərində olan layihənin həyata keçirilməsində əsas məqsədin Azərbaycan Respublikasında kənd təsərrüfatı sahəsində peşə təhsili islahatlarına yardım etmək, peşə təhsili almış məzunların işlə təmin olunma vəziyyətini yaxşılaşdırmaq və ölkədə qeyri-neft sektoru sahələrinin rəqabət qabiliyyətini artırmaqdan ibarət olduğunu söyləyib. Layihənin gələcəkdə peşə təhsilinin və kənd təsərrüfatının inkişafına böyük təkan verəcəyinə inamını ifadə edən nazir bu baxımdan “Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı” layihəsini yüksək dəyərləndirib.
Konfransda çıxış edən Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Herbert Kvellen, Almaniyanın Qida, Kənd Təsərrüfatı və İstehlakçının Müdafiəsi Federal Nazirinin müavini Peter Bleser Azərbaycanın son illər sürətlə inkişaf edən iqtisadiyyatından söz açıblar. Azərbaycanda iqtisadiyyatın digər sahələri ilə yanaşı kənd təsərrüfatının da geniş potensiala malik olduğunu bildirən qonaqlar layihənin uğurla həyata keçiriləcəyinə ümidvar olduqlarını bildiriblər.
Sonda “Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı” layihəsinin Almaniya tərəfdən meneceri Herbert Strobelin layihə haqqında geniş təqdimatı dinlənilib.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl