• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Nazir müavinlərinin videoqəbulu keçiriləcək

Təhsil Nazirliyində vətəndaşların qəbulu sahəsində əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğunun artırılması məqsədilə təhsil nazirinin müavinləri tərəfindən vətəndaşların qəbulu onlayn formatda keçiriləcək.   Videoqəbulda iştirak etmək istəyən vətəndaşlar elektron müraciət vasitəsilə (https://edu.gov.az/contact_us) nazir müavinlərinin videoqəbuluna yazıla bilərlər. Təhsil Nazirliyinin rəsmi internet səhifəsinin “Əlaqə” hissəsindən “Elektron müraciət” bölməsinə daxil olaraq müraciətin mövzusunu “Videoqəbul” seçməklə videoqəbulda iştirak etmək mümkündür. Bununla yanaşı, Çağrı Mərkəzinin "146-1" nömrəli telefonuna zəng edərək, həmçinin (+994) 51 206 78 48 “Whatsapp” nömrəsi üzərindən də qəbula yazılmaq olar.   Videoqəbulların keçirilməsində məqsəd vətəndaşların rahatlığının təmin olunması, onlara göstərilən xidmətlərin şəffaf və keyfiyyətli həyata keçirilməsidir.   Qeyd edək ki, ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə müvafiq qərara uyğun olaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 2021-ci il noyabrın 1-dək fəaliyyətini dayandırıb.

Qubadlı, Cəbrayıl və Zəngilandan olan şagirdlər “Təhsil avtobusu – Qayıdış” layihəsində

Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Kapital Bank”ın əsas dəstəyi ilə “Azərbaycan üçün Öyrət” təhsil proqramı çərçivəsində “Təhsil avtobusu – Qayıdış” layihəsi Sumqayıtda Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarından olan şagirdlər üçün keçirilib.   Layihə çərçivəsində Qarabağ motivləri əsasında incəsənət və yaradıcılıq, peşə, sağlamlıq, debat və natiqlik, motivasiya istiqamətində təlimlər və “Nə? Harada? Nə zaman?” intellektual yarışı baş tutub.   Təhsil avtobusu Sumqayıt şəhərindən sonra Sabirabad rayonuna səfər edəcək.   Qeyd edək ki, layihənin məqsədi korporativ sosial məsuliyyət çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaratmaq, şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, təhsilə olan marağının artmasına şərait yaratmaq və qayıdış prosesinə şagirdlərin adaptasiyasına şərait yaratmaqdır.   Layihə çərçivəsində işğaldan azad olunan bölgələrin (Şuşa, Ağdam, Kəlbəcər, Xocalı, Xocavənd, Laçın, Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli) şagirdlərinin yaşadığı və təhsil aldığı rayonların marşrutu üzrə (Bakı-Sumqayıt-Sabirabad-Ağcəbədi-Bərdə-Gəncə-Oğuz-Bakı) səfər olunacaq və ümumilikdə 192 nəfərdən çox şagird əhatə ediləcək.

Xaricdə doktoranturaya indidən hazırlaş!

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi üçün sənəd qəbulu ildə 2 dəfə həyata keçirilir. Növbəti sənəd qəbulunun 2022-ci ilin yaz semestri üzrə həyata keçirilməsi planlaşdırılır.     Qeyd edək ki, proqram prioritet ixtisas istiqamətləri üzrə xaricdə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda müvafiq sahələr üzrə xaricdə doktorantura səviyyəsində təhsil alan namizədlər üçün nəzərdə tutulub.   Müraciət üçün tələb olunan sənədlərin siyahısı aşağıdakı kimidir: Dünyanın top 500 universitetindən birindən prioritet ixtisas istiqaməti üzrə qəbul sənədi; Yerli ali təhsil müəssisəsindən razılıq məktubu; Tədqiqat işi (Azərbaycan dilində və 2000 sözdən az olmayaraq); Diplom(lar) və əlavəsi(ləri); Hərbi bilet və ya hərbi xidmətdən möhlət haqqında sənəd; Tövsiyə məktubları (2 ədəd); Sağlamlıq haqqında arayış (AZS – 086/1); Elmi məqalələrin surəti (mövcud olduğu halda); CV. Sənəd qəbuluna indidən hazırlaşın!

Təhsil naziri rektorlarla görüşüb

Sentyabrın 9-da təhsil naziri Emin Əmrullayev ali təhsil müəssisələrinin rəhbərləri ilə onlayn formatda görüş keçirib.   Görüşdə sentyabrın 29-da ali təhsil müəssisələrində ənənəvi təhsilin bərpası ilə bağlı müvafiq hazırlıq işlərinin həyata keçirilməsi, tədrisin təşkili, müəllim və tələbələrin vaksinasiyadan keçirilməsi, auditoriyaların və digər müvafiq infrastrukturun hazırlıq vəziyyəti müzakirə edilib və bununla bağlı təkliflər dinlənilib.

"Məktəbdə sağlam sosial-emosional mühitin formalaşdırılması" mövzusunda ixtisasartırma təlimləri keçirilib

Təhsil İnstitutunun Təhsil işçilərinin peşəkar inkişafı mərkəzi tərəfindən "Pedoqoji kadrların ixtisasartırma təlimini həyata keçirən kadrların təkmilləşdirilməsi proqramı" çərçivəsində “Məktəbdə sağlam sosial-emosional mühitin formalaşdırılması” mövzusunda ixtisasartırma təlimləri həyata keçirilib.   Təlimlər ümumi təhsil müəssisələrində təhsilalanların aqressiv davranışa, bullinqə məruz qalmasına qarşı maarifləndirmə məqsədi ilə təşkil olunub. Təlimlər zamanı iştirakçılara insan hüquqları, ümumi təhsil müəssisələrində zorakılığın növləri və formaları, bullinq zorakılığın bir forması kimi, bullinq davranışının təsirləri, bullinq davranışının profilaktikası üçün əlverişli sosial-psixoloji mühitin yaradılması kimi mövzularda məlumatlar verilib.   Qeyd edək ki, təlimlərin ölkədə ümumi təhsil müəssisələrində müxtəlif fənlər üzrə tədris aparan müəllimlər üçün təşkili nəzərdə tutulub.

"İnklüziya mədəniyyətinin formalaşdırılması" məqsədilə müəllimlərlə görüşlər keçirilib

Təhsil İnstitutu Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə həyata keçirdiyi “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi” layihəsi çərçivəsində tədbirləri davam etdirir.   Layihə çərçivəsində növbəti görüşlər seçilmiş məktəblərin pedaqoji heyətləri ilə “İnklüziya mədəniyyətinin formalaşdırılması” mövzusunda keçirilib. Görüşlərdə 296 nəfər iştirak edib.   Görüş zamanı inklüzivlik, inklüziv təhsilin mahiyyəti, onun əhəmiyyəti və hüquqi bazası, o cümlədən əlilliyin tibbi və sosial modeli, əlilliklə bağlı düzgün terminologiya haqqında məlumat verilib, həmçinin inklüziv təhsil ilə bağlı məktəb heyətinin rolu müzakirə edilib.   Növbəti mərhələdə “İnklüziya mədəniyyətinin formalaşdırılması” məqsədilə şagirdlər və onların valideynləri ilə görüşlərin də keçirilməsi nəzərdə tutulub. 

Peşə təhsil müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri

Peşə təhsil pilləsi üzrə tələbə qəbulunun II mərhələsinin nəticələri açıqlanıb. Nəticələr “SMS” bildiriş vasitəsilə müsabiqədə iştirak edən şəxslərin mobil telefonlarına göndərilib. Müsabiqədən keçən şəxslər qəbul olunduqları ixtisas və təhsil müəssisəsi barədə məlumatları http://portal.edu.az/ platformasında yerləşən “Şəxsi kabinet” bölümündən əldə edə bilərlər. Peşə təhsil pilləsi üzrə tələbə qəbulunun II mərhələsi çərçivəsində müsabiqədən keçən şəxslər 9 – 13 sentyabr (saat 18:00-dək) tarixlərində aşağıda qeyd olunan sənədləri qəbul olunduğu peşə təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər: Attestatın əsli; Sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış; Sistemdən (şəxsi kabinetdə) avtomatik çıxarılan ərizə nümunəsi; Şəxsiyyət vəsiqəsinin surəti; 3 x 4 sm ölçüdə dörd ədəd fotoşəkil; Hərbi bilet və ya çağırışçı şəhadətnaməsi; Güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd. Qeyd edək ki, müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

Təhsil Nazirliyinin məlumatı

Yeni tədris ilində ənənəvi təhsilə qayıdışın əsas şərti təhsil işçilərinin vaksinasiyası ilə bağlıdır. Təhsil işçiləri cari ilin yanvar ayından həyata keçirilən vaksinasiya prosesinə ilk qoşulanlardandır.   Hazırda təhsil işçilərinin 80 faizdən çoxu COVID-19 əleyhinə vaksinasiyadan keçib. Bununla belə yeni tədris ilinin başlanmasınadək təhsil işçilərinin daha çox sayda vaksinasiya prosesinə qoşulması vacib məsələdir. Vaksin olunmayan təhsil işçilərinin təhsil müəssisələrinə girişinə icazə verilməyəcək. Bütün təhsil müəssisələrində çalışan işçilər özlərinin və ətrafdakıların sağlamlığı üçün vaksinasiya prosesində aktiv iştirak etməlidirlər.   Həmçinin vaksin əleyhinə əks göstəriş arayışı təqdim edən təhsil işçiləri rəsmi qaydada “Əks göstəriş sertifikatı”nı təqdim etməlidirlər. Təhsil Nazirliyi olaraq bütün təhsil işçilərini virusdan qorunmaq üçün peyvənd olunmağa və sanitar-gigiyenik normalara əməl etməyə çağırırıq.

Xüsusi təhsil müəssisələrində müəllim işləmək istəyənlərin nəzərinə!

9 sentyabrda xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi başa çatır. Vakansiya seçimində iştirak etmək üçün namizədlər bu gün saat 18:00-dək müvafiq linkə daxil olaraq müraciət edə bilərlər: https://forms.gle/pNYcuZrJh6AhByDg9   Vakansiya seçimində cari ildə keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində 30 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilər. Namizədlərə 1 vakant yer seçmək hüququ verilir. Vakansiyalara yerləşdirmə namizədlərin faktiki yaşayış yeri və imtahan nəticəsi nəzərə alınmaqla həyata keçiriləcək. Uyğun hesab edilən namizədlər üçün müsahibə təşkil olunacaq və müsahibədə uğur qazanan şəxslərlə 2021-2022-ci tədris ilinin sonuna kimi  müqavilə bağlanılacaq.   Sözügedən təhsil müəssisələri üzrə mövcud vakansiyalar aşağıdakı cədvəldə təqdim olunub.   Qeyd edək ki, xüsusi təhsil müəssisələrinə müəllimlərin seçimi zamanı namizədlərin biliyi və metodiki hazırlığı ilə yanaşı, şagirdlərlə işləmək qabiliyyəti, həssaslığı və məsuliyyəti yoxlanılacaq.

Avqust ayında 208 nəfərin diplomu tanınıb

Təhsildə Keyfiyyət Təminatı Agentliyi avqust ayı üçün tanınma üzrə müraciətlərin statistikasını açıqlayıb. Belə ki, avqust ayı üzrə 281 müraciətçinin 208-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 73 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.   Tədris yükünü mənimsəmək üçün təhsil  aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 15, tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 27, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 19, digər səbəblər üzrə 12 nəfərin  müraciəti mənfi qərarla yekunlaşıb.   Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiyadan 94, Ukraynadan 72, Türkiyədən 62, Gürcüstandan 18, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 8, digər ölkələrdən isə 27 müraciətin olduğu müşahidə olunur.   Ən çox müraciət olunan ixtisaslara gəlincə, tibb üzrə 36, hüquqşünaslıq üzrə 30, iqtisadiyyat üzrə 25, menecment üzrə 14, biznesin idarə edilməsi üzrə 13 nəfər müraciətçi qeydə alınıb.   Qeyd edək ki, sənədlərə ortalama baxılma müddəti 23 gün təşkil edib.    Vətəndaşlar xarici ali təhsil ixtisaslarının tanınması üçün www.taninma.az internet səhifəsinə müraciət edə bilərlər.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı