SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Peşə təhsil müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri
Peşə təhsil pilləsi üzrə tələbə qəbulunun II mərhələsinin nəticələri açıqlanıb. Nəticələr “SMS” bildiriş vasitəsilə müsabiqədə iştirak edən şəxslərin mobil telefonlarına göndərilib. Müsabiqədən keçən şəxslər qəbul olunduqları ixtisas və təhsil müəssisəsi barədə məlumatları http://portal.edu.az/ platformasında yerləşən “Şəxsi kabinet” bölümündən əldə edə bilərlər.
Peşə təhsil pilləsi üzrə tələbə qəbulunun II mərhələsi çərçivəsində müsabiqədən keçən şəxslər 9 – 13 sentyabr (saat 18:00-dək) tarixlərində aşağıda qeyd olunan sənədləri qəbul olunduğu peşə təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər:
- Attestatın əsli;
- Sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış;
- Sistemdən (şəxsi kabinetdə) avtomatik çıxarılan ərizə nümunəsi;
- Şəxsiyyət vəsiqəsinin surəti;
- 3 x 4 sm ölçüdə dörd ədəd fotoşəkil;
- Hərbi bilet və ya çağırışçı şəhadətnaməsi;
- Güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd.
Qeyd edək ki, müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.
3 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
3 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
3 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
3 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
3 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
3 il əvvəl