SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Nazir müavinlərinin videoqəbulu keçiriləcək
Təhsil Nazirliyində vətəndaşların qəbulu sahəsində əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğunun artırılması məqsədilə təhsil nazirinin müavinləri tərəfindən vətəndaşların qəbulu onlayn formatda keçiriləcək.
Videoqəbulda iştirak etmək istəyən vətəndaşlar elektron müraciət vasitəsilə (https://edu.gov.az/contact_us) nazir müavinlərinin videoqəbuluna yazıla bilərlər. Təhsil Nazirliyinin rəsmi internet səhifəsinin “Əlaqə” hissəsindən “Elektron müraciət” bölməsinə daxil olaraq müraciətin mövzusunu “Videoqəbul” seçməklə videoqəbulda iştirak etmək mümkündür. Bununla yanaşı, Çağrı Mərkəzinin "146-1" nömrəli telefonuna zəng edərək, həmçinin (+994) 51 206 78 48 “Whatsapp” nömrəsi üzərindən də qəbula yazılmaq olar.
Videoqəbulların keçirilməsində məqsəd vətəndaşların rahatlığının təmin olunması, onlara göstərilən xidmətlərin şəffaf və keyfiyyətli həyata keçirilməsidir.
Qeyd edək ki, ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə müvafiq qərara uyğun olaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 2021-ci il noyabrın 1-dək fəaliyyətini dayandırıb.
3 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
3 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
3 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
3 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
3 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
3 il əvvəl