• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

"Məktəbdə sağlam sosial-emosional mühitin formalaşdırılması" mövzusunda ixtisasartırma təlimləri keçirilib

Təhsil İnstitutunun Təhsil işçilərinin peşəkar inkişafı mərkəzi tərəfindən "Pedoqoji kadrların ixtisasartırma təlimini həyata keçirən kadrların təkmilləşdirilməsi proqramı" çərçivəsində “Məktəbdə sağlam sosial-emosional mühitin formalaşdırılması” mövzusunda ixtisasartırma təlimləri həyata keçirilib.

 

Təlimlər ümumi təhsil müəssisələrində təhsilalanların aqressiv davranışa, bullinqə məruz qalmasına qarşı maarifləndirmə məqsədi ilə təşkil olunub. Təlimlər zamanı iştirakçılara insan hüquqları, ümumi təhsil müəssisələrində zorakılığın növləri və formaları, bullinq zorakılığın bir forması kimi, bullinq davranışının təsirləri, bullinq davranışının profilaktikası üçün əlverişli sosial-psixoloji mühitin yaradılması kimi mövzularda məlumatlar verilib.

 

Qeyd edək ki, təlimlərin ölkədə ümumi təhsil müəssisələrində müxtəlif fənlər üzrə tədris aparan müəllimlər üçün təşkili nəzərdə tutulub.


3 il əvvəl