• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Avqust ayında 208 nəfərin diplomu tanınıb

Təhsildə Keyfiyyət Təminatı Agentliyi avqust ayı üçün tanınma üzrə müraciətlərin statistikasını açıqlayıb. Belə ki, avqust ayı üzrə 281 müraciətçinin 208-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 73 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

 

Tədris yükünü mənimsəmək üçün təhsil  aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 15, tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 27, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 19, digər səbəblər üzrə 12 nəfərin  müraciəti mənfi qərarla yekunlaşıb.

 

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiyadan 94, Ukraynadan 72, Türkiyədən 62, Gürcüstandan 18, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 8, digər ölkələrdən isə 27 müraciətin olduğu müşahidə olunur.

 

Ən çox müraciət olunan ixtisaslara gəlincə, tibb üzrə 36, hüquqşünaslıq üzrə 30, iqtisadiyyat üzrə 25, menecment üzrə 14, biznesin idarə edilməsi üzrə 13 nəfər müraciətçi qeydə alınıb.

 

Qeyd edək ki, sənədlərə ortalama baxılma müddəti 23 gün təşkil edib. 

 

Vətəndaşlar xarici ali təhsil ixtisaslarının tanınması üçün www.taninma.az internet səhifəsinə müraciət edə bilərlər.


3 il əvvəl