• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Peşə təhsil müəssisələrinə müəllim və istehsalat təlimi ustalarının imtahanla işə qəbuluna başlanılır

2021-2022-ci il tədris ili üçün ilk dəfə olaraq Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsil müəssisələrinə ixtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının mərkəzləşmiş imtahanla işə qəbulu aparılacaq. Peşə təhsili müəssisələrində ixtisas fənn müəllimi və istehsalat təlimi ustası kimi çalışmaq istəyən şəxslər 13 - 17 sentyabr tarixləri arasında https://portal.edu.az/ elektron müraciət portalı vasitəsi ilə  qeydiyyatdan keçməlidirlər. Müsabiqə çərçivəsində ümumilikdə respublika üzrə 65 ixtisas fənn müəllimi və 131 istehsalat təlimi ustası vakansiyası elan olunub.   Müəllimlərin və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsi elektron ərizə qeydiyyatı və vakant yerlərin seçilməsi, ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı mərhələlərindən ibarətdir. Ərizələri təsdiq edilən namizədlər üçün sentyabr ayının ikinci yarısında imtahan keçiriləcək. İmtahanda ixtisas, tədris metodikası və məntiqə aid suallar təqdim ediləcək. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.   Peşə təhsili müəssisələrinə müəllimlərin və istehsalat təlimi ustalarının işə qəbulu aşağıdakı müəyyənləşdirilmiş qaydada həyata keçirilir:   İxtisas fənn müəllimləri - orta ixtisas və ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər;   İstehsalat təlimi ustaları - orta ixtisas və ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış, həmçinin ümumi orta təhsilli və müvafiq sahə üzrə 3 ildən az olmayan əmək stajına malik Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər.

“Təhsil avtobusu – Qayıdış” layihəsi Sabirabadda

Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və "Kapital Bank'ın əsas dəstəyi ilə “Azərbaycan üçün Öyrət” təhsil proqramı çərçivəsində “Təhsil avtobusu – Qayıdış” layihəsi Sabirabadda Cəbrayıl, Füzuli və Zəngilan rayon məktəblərinin şagirdləri üçün keçirilib.   Layihənin Sabirabad rayonunda keçirilən ikinci günündə incəsənət və yaradıcılıq, peşə, sağlamlıq, debat və natiqlik, motivasiya istiqamətində təlimlər və “Nə? Harada? Nə zaman?” intellektual yarışı baş tutub.   Sumqayıt şəhərindən başlayan təhsil avtobusu Sabirabad rayonundan sonra Ağcabədiyə səfər edəcək.   Qeyd edək ki, layihənin məqsədi korporativ sosial məsuliyyət çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaratmaq, şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, təhsilə olan marağının artmasına şərait yaratmaq və qayıdış prosesinə şagirdlərin adaptasiyasına şərait yaratmaqdır.   Layihə çərçivəsində işğaldan azad olunan bölgələrin (Şuşa, Ağdam, Kəlbəcər, Xocalı, Xocavənd, Laçın, Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli) şagirdlərinin yaşadığı və təhsil aldığı rayonların marşrutu üzrə (Bakı-Sumqayıt-Sabirabad-Ağcabədi-Bərdə-Gəncə-Oğuz-Bakı) səfər olunacaq və ümumilikdə 192 nəfərdən çox şagird əhatə ediləcək.   

II mərhələdə peşə təhsili müəssisələrinə qəbul olunanların nəzərinə!

Peşə təhsil pilləsi üzrə tələbə qəbulunun II mərhələsində uğur qazanan namizədlər 13 sentyabr saat 18:00-dək tələb olunan sənədləri qəbul olunduğu peşə təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.   Tələb olunan sənədlər aşağıdakılardır: Attestatın əsli; Sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış; Sistemdən (şəxsi kabinetdə) avtomatik çıxarılan ərizə nümunəsi; Şəxsiyyət vəsiqəsinin surəti; 3 x 4 sm ölçüdə dörd ədəd fotoşəkil; Hərbi bilet və ya çağırışçı şəhadətnaməsi; Güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd. Qeyd edək ki, müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

Təhsil naziri Real TV-nin qonağı olub

Təhsil naziri Emin Əmrullayev Real TV-nin "Mir Şahinin vaxtı" verilişində qonaq olub.    Verilişdə təhsil naziri ilə innovativ təhsil, müəllimlərin işə qəbulu, təhsil tələbə kreditləri və digər mövzular ətrafında maraqlı və səmimi fikir mübadiləsi aparılıb.  

9 illikdən kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatına start verilib

Sentyabrın 10-da 9 illik bazadan kolleclərə qəbul olunan abituriyentlərin onlayn qeydiyyatına start verilib.   Müraciət üçün portal.edu.az platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasından “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının daxil edilməsi, ödənişli əsaslarla qəbul olan abituriyentlərin təhsil haqqı güzəşti üçün məlumatlarının təqdim edilməsi və təhsil haqqının ödənilməsi mümkün olur. Qeydiyyat prosesi ilə bağlı daha ətraflı məlumat aşağıdakı təlimatda təqdim edilir.   Portalda ödəniş addımı yalnız müəssisə təqdim edilmiş sənədləri yoxlayıb “ödəniş edilməlidir” statusu təyin etdikdən sonra görünür. Daha tez ödəniş etmək istəyən abituriyentlər gpp.az, xidmətindən istifadə etdiyi bankdakı şəxsi kabinetindən və ya banka yaxınlaşaraq ödəniş edə bilərlər.   Qeyd edək ki, qeydiyyat prosesi 22 sentyabr saat 23:59-da yekunlaşacaq və bundan sonra müraciətin göndərilməsi mümkün olmayacaq. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməyən abituriyentlərin qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.   Ən çox verilən suallar  

Məktəblilərimizin 38-ci Balkan Riyaziyyat Olimpiadasındakı uğuru

Kiprdə təşkil olunan 38-ci Balkan Riyaziyyat Olimpiadasında iştirak edən məktəblilərimiz uğurlu nəticə göstəriblər. 18 ölkədən 108 məktəblinin virtual şəkildə qatıldığı yarışda komandamızın 2 üzvü gümüş medal, 1 üzvü isə həvələndirici mükafat qazanıb.   Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi  Fidan Qarayeva və  Bakı şəhəri 220 nömrəli məktəb-liseyin 11-ci sinif şagirdi Yusif Qasımov gümüş medal, Bakı şəhəri 72 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Cavad İsmayılzadə həvəsləndirici mükafat qazanıb.   Məktəblilərimizi təbrik edir və yeni uğurlar arzulayırıq!

Şagird yerdəyişməsi müvəqqəti dayandırılır

12 sentyabr saat 20:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi üzrə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılacaq. Sorğuların qəbulunun müvəqqəti dayandırılması yeni tədris ili ilə əlaqədar siniflərin komplektləşdirilməsi ilə bağlıdır.   16 sentyabr saat 20:00-dan etibarən isə portalda ümumi təhsil müəssisələri tərəfindən sorğuların təsdiqi funksiyası müvəqqəti işləməyəcək.     Elektron yerdəyişmə prosesinin yenidən başlanacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Təhsil nazirinin videoqəbulu keçirilib

Sentyabrın 10-da təhsil naziri Emin Əmrullayev Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Astara və Lerik rayon sakinlərini videobağlantı vasitəsilə qəbul edib. Qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.    Təhsil naziri vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.    Videoqəbulda vətəndaşlar əsasən müəllimlərin işə qəbulu, yerdəyişmə və digər məsələlərlə bağlı müraciətlər ediblər.     Qeyd edək ki, videoqəbulun təşkil edilməsində əsas məqsəd vətəndaşların Təhsil Nazirliyinə müraciət imkanlarını müasir texnologiyalardan istifadə etməklə  genişləndirmək, regionlarda yaşayanlara nazirliyin inzibati binasına gəlmədən vəzifəli şəxslərlə videobağlantı vasitəsilə birbaşa əlaqə imkanının yaradılmasıdır.

Özbəkistanda 2021-2022-ci tədris ili üçün turizm sahəsi üzrə təqaüdlü təhsil imkanı

Özbəkistan Respublikasının “Silk Road” International University of Tourism” ali təhsil müəssisəsi 2021-2022-ci tədris ili üzrə Şanxay Əməkdaşlıq Təşkilatına (SCO) üzv və tərəfdaş olan ölkələrdən əcnəbi vətəndaşlara təqaüdlü təhsil proqramı elan edir.   Ali təhsilin magistratura səviyyəsini üzrə elan edilən təqaüd proqramı müxtəlif ixtisasları əhatə edir. Təqaüd proqramına müraciət üçün son tarix 30 senytabr 2021-ci il nəzərdə tutulub. Təqaüd proqramı barədə ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.

Peşə təhsil müəssisələrinə müəllimlərin işə qəbulu

2021-2022-ci tədris ili üzrə peşə təhsil müəssisələrinə ümumtəhsil fənn müəllimlərinin seçimi müəllimlərin işə qəbulu müsabiqəsi vasitəsilə həyata keçirilir.   Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üçün keçirilən vakansiya seçimi mərhələsinə peşə təhsil müəssisələri üzrə 46 vakant yer çıxarılıb. Bakı və regionlar üzrə təqdim olunan vakansiyalar Azərbaycan dili və ədəbiyyat, biologiya, coğrafiya, fizika, fiziki tərbiyə, informatika, ingilis dili, kimya və riyaziyyat fənlərini əhatə edir. Namizədlərə https://www.miq.edu.az/ saytı vasitəsilə ilə şəxsi səhifələrinə daxil olaraq 4 vakant yer seçmək hüququ təqdim edilib.   Qeyd edək ki, tutulmayan yerlər üzrə Təhsil Nazirliyi tərəfindən növbəti mərhələnin keçirilməsi planlaşdırılır.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı