• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Xüsusi təhsil sahəsində səriştələrin artırılması üzrə vebinarlar keçiriləcək

Sağlamlıq imkanları məhdud uşaqlarla çalışan təhsil işçilərinin xüsusi təhsil sahəsində səriştələrinin artırılması məqsədilə vebinarlar keçiriləcək. Vebinarlar Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xüsusi təhsil kafedrasının pedaqoji heyəti tərəfindən təşkil ediləcək.   Vebinar iştirakçıları sağlamlıq imkanları məhdud uşaqların inkişafının qiymətləndirilməsi haqqında elmi və praktiki məlumatlar alacaqlar. Vebinarlar çərçivəsində xüsusi təhsil ehtiyaclarından asılı olaraq təhsilalanlara ayrı-ayrı fənlərin tədrisi məsələlərinə toxunulacaq. Həmçinin sağlamlıq imkanları məhdud uşaqların inklüziv təhsilə cəlb olunması, onlarla korreksiya-inkişafetdirici iş prosesində kompleks yanaşmanın təşkili qaydaları və tərkib hissəsi kimi valideynlərlə birgə işin təşkili məsələlərindən danışılacaq.   Vebinarlar “Microsoft Teams” platforması üzərindən keçiriləcək. Vebinarların keçiriləcəyi tarixlər, mövzular və iştirak üçün keçid linkləri aşağıda təqdim olunur: 08.10.2021-ci il saat 15:00-dan-17:00-dək. Mövzu: “Yüngül və orta dərəcəli əqli geriliyi olan şagirdlərin təhsilinin təşkili” Vebinara keçid: https://bit.ly/3kPFqBN 22.10.2021-ci il saat 15:00-dan -17:00-dək.  Mövzu: “Sağlamlıq imkanları məhdud şagirdlər üçün inklüziv təhsilin təşkili” Vebinara keçid: https://bit.ly/3BEIGXz 12.11.2021-ci il saat  15:00-dan -17:00-dək. Mövzu: “Dayaq-hərəkət aparatı pozulması olan şagirdlərin təhsilinin təşkili” Vebinara keçid: https://bit.ly/3BCyjU1 26.11.2021-ci il saat 15:00-dan -17:00-dək. Mövzu: “Somatik pozulmaları olan şagirdlərüçün təhsil prosesinin təşkili” Vebinara keçid: https://bit.ly/3kSuzas Qeyd edək ki, vebinarlarda iştirak üçün göstərilən tarixlərədək müvafiq keçidlər vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçməyənlər vebinarlarda iştirak edə bilməyəcəklər.

Xüsusi təhsil müəssisələrinə vakansiya seçimi davam edir

Xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi davam edir. Qeyd olunan təhsil müəssisələri üzrə mövcud vakansiyalar aşağıdakı cədvəldə təqdim olunub.    Vakansiya seçimində iştirak etmək üçün namizədlər 9 sentyabr saat 18:00-dək müvafiq linkə daxil olaraq müraciət edə bilərlər: https://forms.gle/pNYcuZrJh6AhByDg9    Vakansiya seçimində cari ildə keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində 30 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilər. Namizədlərə 1 vakant yer seçmək hüququ verilir. Vakansiyalara yerləşdirmə namizədlərin faktiki yaşayış yeri və imtahan nəticəsi nəzərə alınmaqla həyata keçiriləcək. Uyğun hesab edilən namizədlər üçün müsahibə təşkil olunacaq və müsahibədə uğur qazanan şəxslərlə 2021-2022-ci tədris ilinin sonuna kimi  müqavilə bağlanılacaq.    Xüsusi təhsil müəssisələrinə müəllimlərin seçimi zamanı namizədlərin biliyi və metodiki hazırlığı ilə yanaşı, şagirdlərlə işləmək qabiliyyəti, həssaslığı və məsuliyyəti yoxlanılacaq.

“Mentorun 48 saatı” adlı “Bootcamp” tədbirinə start verilib

Şamaxıda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin növbəti komponenti olan “Mentorluq üzrə ixtisaslaşma proqramı”na keçid məqsədilə “Mentorun 48 saatı” adlı “Bootcamp” tədbirinə start verilib.   Tədbirdən əvvəl təhsil sahəsinə aid startapların nümayiş olunduğu sərgiyə baxış keçirilib. “Bootcamp”ın açılışında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, təhsil nazirinin müavini Firudin Qurbanov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxış ediblər.   Təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında bildirib ki, hazırda dünyada əsaslı qlobal dəyişikliklər baş verir və bu dəyişikliklər gələcək şəxsiyyətin kompetensiyalarını formalaşdırır. Bu baxımdan qlobal problemlərin həll edilməsi, onların aradan qaldırılması üçün cəmiyyət hansı tip insanın formalaşmasından daha çox asılıdır. Firudin Qurbanovun sözlərinə görə, müasir tələblərə cavab verən, yüksək mədəniyyətə malik şəxsiyyətin formalaşması üçün lazım olan milli və bəşəri dəyərləri cəmiyyət mükəmməl təhsil vasitəsilə verə bilər. Bu baxımdan təhsil sitemimiz iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartlarına uyğun səviyyəyə qaldırılmalıdır.   Ölkəmizdə ali təhsilin inkişafı istiqamətində görülən işlərdən danışan nazir müavini qeyd edib ki, son illərdə aparıcı beynəlxalq təşkilatların statistik təhlilləri Azərbaycanda yerləşən ali təhsil müəssisələrinin reytinq səviyyəsinin yüksəldilməsinin zəruri olduğunu göstərir və bu da ali təhsildə yeni yanaşmalar tələb edir.   Tədbirdə bildirilib ki, 2021-ci ilin aprel ayından həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və tələbələrin ölkənin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilməsidir. Layihə universitetlərdə müəllimlərin mentor kimi hazırlanması üzrə mentorluq proqramını və mentorların iştirakı ilə tələbələrin startap kimi yetişdirilməsi üzrə inkubasiya proqramlarını əhatə edən 2 komponentdən ibarətdir.   Tədbirdə dünyanın müxtəlif ölkələrindən innovativ texnoloji sahədə fəaliyyət göstərən azərbaycanlıların ölkəmiz ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, birgə fəaliyyətin təmin olunması, xüsusən də startapların inkişafı istiqamətində geniş imkanlar yaradan “TECH Diaspora” və “İnnovasiyalar Evi”nin yaradılmasından da danışılıb. Habelə innovasiya sahəsində ekosistemin daha da inkişaf etdirilməsi ilə bağlı “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin bu sahənin oyunçuları olan şirkətlərlə uğurlu əməkdaşlığı, görülən və görüləcək işlər haqqında məlumat verilib.   Çıxışlardan sonra “İnnovasiyalar və təhsil: yeni inkişaf yolu” mövzusunda panel müzakirələr gerçəkləşdirilib.   “Bootcamp”ın gedişində iştirakçılar “Microsoft”un qurucusu Bill Geytsin uşaqlığı, iş karyerası və inkişaf etməkdə olan ölkələrdə insanların həyatını yaxşılaşdırmaq istəyindən bəhs edən “Inside Bill's Brain” adlı sənədli filmi izləyiblər.   Qeyd edək ki, tədbirin bu gün davam edən ikinci günündə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov ilə görüş, “Mentorluq, texnika və mexanizmləri”, “İdeyadan innovasiyaya” mövzusunda təlimlər, “EduTech” panel müzakirəsi, eyni zamanda, Şamaxı Safari Parkına tur nəzərdə tutulur.

Apellyasiya müsahibələri təşkil olunur

18-26 avqust tarixlərində keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi üçün bu gündən etibarən apellyasiya müsahibələrinə start verilir. 365 namizədin dəvət olunduğu apellyasiya müsahibələri 8-9 sentyabr tarixlərini əhatə edəcək.   Apellyasiya müsahibələri onlayn formatda “Microsoft Teams” platforması üzərindən təşkil olunur. Namizədlər elektron poçt ünvanlarına göndərilən link vasitəsi ilə müsahibələrə qoşulacaqlar.   Qeyd edək ki, müsahibələrdə müsahibə komissiyası kimi yerli təhsili idarəetmə orqanlarının rəhbərləri, məktəb direktorları, diaqnostik qiymətləndirmə imtahanında yüksək nəticə göstərmiş fənn müəllimləri və psixoloqlar iştirak edir.   Müsahibə iştirakçılarına uğurlar arzulayırıq!

Xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminə start verilir

Xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminə start verilir. Qeyd olunan təhsil müəssisələri üzrə mövcud vakansiyalar aşağıdakı cədvəldə təqdim olunub.   Vakansiya seçimində iştirak etmək üçün namizədlər 9 sentyabr saat 18:00-dək müvafiq linkə daxil olaraq müraciət edə bilərlər: https://forms.gle/pNYcuZrJh6AhByDg9   Vakansiya seçimində cari ildə keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində 30 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilər. Namizədlərə 1 vakant yer seçmək hüququ verilir. Vakansiyalara yerləşdirmə namizədlərin faktiki yaşayış yeri və imtahan nəticəsi nəzərə alınmaqla həyata keçiriləcək. Uyğun hesab edilən namizədlər üçün müsahibə təşkil olunacaq və müsahibədə uğur qazanan şəxslərlə 2021-2022-ci tədris ilinin sonuna kimi  müqavilə bağlanılacaq.   Xüsusi təhsil müəssisələrinə müəllimlərin seçimi zamanı namizədlərin biliyi və metodiki hazırlığı ilə yanaşı, şagirdlərlə işləmək qabiliyyəti, həssaslığı və məsuliyyəti yoxlanılacaq.

Müddətli müqavilə ilə vakansiya seçiminin nəticələri

3-6 sentyabr tarixlərində keçirilən müddətli müqavilə ilə müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələri elan olunub. Bu barədə məlumat vakansiya seçimlərində iştirak etmiş namizədlərin şəxsi səhifələrinə göndərilib.   Ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üçün vakansiya seçimi mərhələsində 1045 nəfər namizəd vakant yer tutub. Uğur qazanan namizədlər 9 sentyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər. Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək. Namizədlər sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışının təsdiq olunduğunu yoxlamalıdırlar.   Qeyd edək ki, yeni yaranan, əvvəlki turlarda tutulmayan vakant yerlər növbəti müddətli müqavilə ilə işə qəbul üçün vakansiyaya çıxarılacaq və həmçinin tədris ili ərzində yaranan vakant yerlərə əlavə yerləşdirmə həyata keçiriləcək.

Təhsil Nazirliyinin brifinqi keçirilib

Sentyabrın 7-də təhsil naziri Emin Əmrullayevin iştirakı ilə 2021-2022-ci tədris ilinin təşkilinə dair brifinq keçirilib.    Təhsil naziri Emin Əmrullayev bildirib ki, 2021-2022-ci dərs ilində ölkəmizin bütün təhsil müəssisələrində tədris ənənəvi şəkildə mərhələli təşkil olunacaq. Ümumi təhsil müəssisələrinin I-IV sinifləri 22 sentyabr 2021-ci il tarixindən ənənəvi şəkildə tədrisə başlayacaq. Sentyabrın 29-dan isə ümumi təhsil müəssisələrinin bütün sinifləri üzrə, eləcə də məktəbdənkənar, peşə, orta ixtisas və ali təhsil müəssisələrində ənənəvi şəkildə tədrisə başlanılacaq.  Nazir bildirib ki, tədrisin gec başlaması ilə əlaqədar olaraq keçirilməyən dərs saatları tədris ili ərzində tətil günləri hesabına bərpa olunacaq.   Brifinqdə bütün təhsil müəssisələri və təhsil işçilərinin ənənəvi tədrisə tam hazır olduğu qeyd edilib, həmçinin təhsil müəssisələrində COVID-19 əleyhinə görüləcək tədbirlərdən danışıb.    Brifinqdə təhsil işçilərinin vaksinasiyasına da toxunulub. Bildirilib ki, hazırda təhsil işçilərinin 169 min 862 nəfəri vaksin olunub. 138 min 654 nəfər təhsil işçisi vaksinin hər iki dozasını qəbul edib.   Sonda media nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.   

Yüksək texniki peşə təhsili üzrə müəllim seçiminin I mərhələsi başa çatıb

Peşə təhsil müəssisələrinə yüksək texniki peşə təhsil səviyyəsi üzrə tədris aparacaq müəllimlərin işə qəbulu müsabiqəsinin elektron müraciət mərhələsi başa çatıb.   Müsabiqənin I mərhələsi çərçivəsində ümumilikdə 55 vakant yer üzrə 1773 müraciət qeydə alınıb. Elektron müraciət mərhələsinin nəticələri növbəti həftə açıqlanacaq. Onlayn qaydada təşkil olunacaq müsahibə mərhələsində iştirak hüququ qazanan müraciətçilərlə anketdə qeyd edilən elektron poçt ünvanı vasitəsilə əlaqə saxlanılacaq. Seçim zamanı müvafiq ixtisas üzrə təhsil və iş təcrübəsinə, tədris təcrübəsinə, həmçinin xaricdə təhsilin olmasına üstünlük veriləcək. Qeyd edək ki, yüksək texniki peşə təhsil səviyyəsi üçün müəllim heyətinin işə qəbulu Bakı, Gəncə, Bərdə və Qəbələ şəhərləri üzrə həyata keçirilir. Vakant yerlər Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və Bərdə Peşə Liseyində yer almaqdadır.

Təhsil avtobusu Qarabağdan olan şagirdlər üçün yola düşüb

Sentyabrın 7-dən “Azərbaycan üçün Öyrət” təhsil proqramı çərçivəsində Qarabağ bölgəsindən olan şagirdlər üçün “Təhsil avtobusu – Qayıdış” layihəsinə start verilib.   Layihənin məqsədi korporativ sosial məsuliyyət çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaratmaq, şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, təhsilə olan marağın artmasına şərait yaratmaq və qayıdış prosesinə şagirdlərin adaptasiyasına şərait yaratmaqdır.   Layihə çərçivəsində işğaldan azad olunan bölgələrdən olan (Şuşa, Ağdam, Kəlbəcər, Xocalı, Xocavənd, Laçın, Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli) şagirdlərin yaşadığı və təhsil aldığı rayonların marşrutu üzrə (Bakı-Sumqayıt-Sabirabad-Ağcabədi-Bərdə-Gəncə-Oğuz-Bakı) səfər olunacaq və ümumilikdə 192 şagirdi əhatə edəcək.   Sentyabrın 14-dək davam edəcək layihə çərçivəsində göstəriciləri zəif və orta olan 6-9-cu sinif şagirdləri üçün Qarabağ mövzuları əsasında dərslər, peşə, sosial sahibkarlıq, natiqlik, sağlamlıq, incəsənət, motivasiya istiqamətində təlimlər və intellektual yarışlar keçiriləcək.    “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun həyata keçirilən layihə keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasına xidmət edən təhsil proqramıdır.   “Təhsil avtobusu – Qayıdış” layihəsi Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Kapital Bank”ın əsas dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat” İB, “Qarabağa dönüş” İctimai Birliyi, “Vitam” Reklam və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi, Spatrix, Azərbaycan İntellektual Klublar Assosiasiyası, Asmart yaradıcılıq mərkəzi, Azərbaycan Skautlar Assosiasiyası, “Bir” Tələbə-Könüllü proqramı, Kids Inc., proqramı, SABAH qrupları, Edumap Təhsil portalının tərəfdaşlığı ilə baş tutacaq.   Qeyd edək ki, “Təhsil avtobusu” yay məktəbi “Azərbaycan üçün Öyrət” Milli Təhsil Proqramının respublikamızın müxtəlif şəhər və rayonlarını əhatə edən təhsil marafonudur. 2016, 2017, 2018, 2019-cu illərdə keçirilən “Təhsil avtobusu” yay məktəbi nəticəsində 8500 km yol qət edilib, Bakı və 17 bölgənin 32 şəhər və 75 kənd-qəsəbə məktəbi, 22 ali və orta ixtisas təhsili müəssisəsinin 750-dən çox şagird cəlb edilib, təlimçi və ekspertlər tərəfindən 250 akademik saatdan çox həcmdə təhsil proqramları və komanda-öyrədici oyunları keçirilib.

"HundrED" qlobal təhsil təşkilatının rəhbəri "Yeni çağırışlar"da

9 sentyabr saat 19:00-da “Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq. Proqramın budəfəki qonağı “HundrED” qlobal təhsil təşkilatının yaradıcısı və rəhbəri, sahibkar, kreativ direktor və yazıçı Saku Tuominen olacaq. Saku Tuominen ilə təhsildə yenilik, dəyişiklik və yaradıcılıq barədə danışılacaq.   Təhsil Nazirliyinin dəstəyi və “T-Network” platformasınının təşkilatçılığı ilə davam edən proqram Təhsil Nazirliyinin “Facebook” səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq.   Qeyd edək ki, “HundrED” qlobal təhsil təşkilatı hər il dünyada 100 ən ilhamverici və innovativ ideyanı araşdırıb paylaşır. Genişmiqyaslı innovasiyaların tətbiq edilməsində köməklik göstərərək məktəblərin inkişafına töhfə verir. Saku Tuominen “Yaradıcı zəka”, “Yaradıcılığın ABC-si”, “Yaxşı həyat”, “İdeyalar necə meydana çıxır?”, “Məktəb tətilləri”, “İş dəftəri” və bir sıra başqa kitabların müəllifi və ya həmmüəllifidir. 1989-cu ildən Finlandiyada uğurlu televiziya proqramları istehsal edən “Brodkaster” şirkətinin əsasını qoyanlardan biridir. 2009-2010-cu illərdə Londonda yerləşən dünyanın 3-cü ən böyük televiziya şirkəti “Zodiac Entertainment”in baş kreativ direktoru olub. Televiziya sahəsində 20 illik təcrübəsi ilə çox sayda layihənin və verilişin müəllifi olub. 2009-cu ildə yeni ideyalar istehsal edən “İdealist group”u yaradıb. Şirkətin əsas hədəfi hərtərəfli planlanmış güclü ideyalarla dünyanı dəyişməkdir. Bununla yanaşı, Helsinkidə yerləşən “Financier Group” restoranlar şəbəkəsinin və rəqəmsal restoran bələdçisi “World Of Mouth”-un həmtəsisçisi və kreativ direktorudur. Aalto Universitetində yaradıcılıq və innovasiya mövzusunda dərs deyir. 2021-ci ildə “İlin natiqi” adına layiq görülüb.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı