SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
"İnklüziya mədəniyyətinin formalaşdırılması" məqsədilə müəllimlərlə görüşlər keçirilib
Təhsil İnstitutu Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə həyata keçirdiyi “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi” layihəsi çərçivəsində tədbirləri davam etdirir.
Layihə çərçivəsində növbəti görüşlər seçilmiş məktəblərin pedaqoji heyətləri ilə “İnklüziya mədəniyyətinin formalaşdırılması” mövzusunda keçirilib. Görüşlərdə 296 nəfər iştirak edib.
Görüş zamanı inklüzivlik, inklüziv təhsilin mahiyyəti, onun əhəmiyyəti və hüquqi bazası, o cümlədən əlilliyin tibbi və sosial modeli, əlilliklə bağlı düzgün terminologiya haqqında məlumat verilib, həmçinin inklüziv təhsil ilə bağlı məktəb heyətinin rolu müzakirə edilib.
Növbəti mərhələdə “İnklüziya mədəniyyətinin formalaşdırılması” məqsədilə şagirdlər və onların valideynləri ilə görüşlərin də keçirilməsi nəzərdə tutulub.
3 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
3 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
3 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
3 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
3 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
3 il əvvəl