• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

8 məktəbdə təşkil olunan inklüziv siniflərdə 16 uşaq təhsilə cəlb edilib

2021-2022-ci tədris ilində yeni seçilmiş 8 ümumi təhsil müəssisəsində təşkil olunan inklüziv siniflərdə 16 uşaq təhsilə cəlb edilib. Sözügedən müəssisələr Bakı şəhəri 246 nömrəli məktəb-lisey, Quba şəhəri 2 nömrəli məktəb-lisey, Gəncə şəhəri 39 nömrəli tam orta məktəb, Sumqayıt şəhəri 4 və 21 nömrəli tam orta məktəblər, Şirvan şəhəri 10 nömrəli tam orta məktəb, Qazax şəhəri 2 nömrəli tam orta məktəb və Şəki şəhəri 12 nömrəli tam orta məktəbdir.   Qeyd edək ki, təhsil müəssisələrində inklüziv siniflər Təhsil İnstitutunun Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə həyata keçirdiyi “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi” adlı layihə çərçivəsində təşkil edilib. Layihənin məqsədi inklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsini genişləndirərək Azərbaycanda əlilliyi olan uşaqların təhsil hüququnun təminatına dəstək olmaq və inklüziv təhsil sahəsində məktəblərdə kadr potensialını artırmaqdır. İnklüziv təhsil yalnız əllilliyi olan uşaqlar üçün yox, bütün şagirdlər üçün keyfiyyətli təhsil deməkdir.

Yeni işə qəbul olunmuş müəllimlərlə adaptasiya proqramı davam edir

Yeni tədris ilində işə qəbul olunmuş gənc müəllimlərlə adaptasiya proqramı onlayn formatda davam etdirilir.   Adaptasiya proqramının məqsədi yeni işə qəbul olunmuş müəllimlərin iş mühitinə və tədris prosesinə rahat uyğunlaşmasına nail olmaqdan ibarətdir.   Adaptasiya proqramı çərçivəsində “Yaxşı müəllim necə olmalıdır”, “Sinif komplektləşdirilməsi, əməkhaqqı və ona əlavələr, əmək məzuniyyəti”, “İlk dərs gününə hazırlıq”, "Valideynlərlə əməkdaşlıq üsulları" mövzusunda vebinarlar keçirilib.   Proqram çərçivəsində nazirliyin struktur bölmə rəhbərləri, yerli təhsili idarəetmə orqanlarının rəhbərləri, ümumi təhsil müəssisələrinin direktorları, psixoloqların iştirakı ilə görüşlərin keçirilməsi nəzərdə tutulur. Proqram cari ilin dekabr ayınadək davam edəcək.   Adaptasiya proqramında iştirak etmək üçün aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz:  https://forms.gle/PJu8G8iefYtuzr3n7

Emin Əmrullayev Gəncə Dövlət Universitetinin yataqxanasında olub

Sentyabrın 22-də təhsil naziri Emin Əmrullayev Gəncə Dövlət Universitetinin tələbə yataqxanasında olub. Yataqxanada yaradılan şəraitlə tanış olan nazir daha sonra bu il ölkənin müxtəlif ali təhsil müəssisələrinə qəbul olunmuş bir neçə tələbə ilə görüşüb, onlarla söhbət edib. Emin Əmrullayev görüş zamanı tələbələrlə maraqlı fikir mübadiləsi aparıb və onlara uğurlar arzulayıb. Qeyd edək ki, 1967-ci ildə tikilən yataqxanada 2019-cu ildə başladılan əsaslı təmir işləri 2020-ci ildə yekunlaşıb. Yataqxana 744 tələbənin qalması üçün hər bir şəraitlə tam təmin edilib. Yataqxanada 4 qonaq otağı var. Yataqxana kompleksi yüksək sürətli internetlə təmin olunub. Kompleksdə 3 yaşayış binası, 1 yeməkxana, basketbol meydançası, istirahət zonası var. Hər bir mərtəbədə yaşayış otaqları, mətbəx, sanitar qovşaq, istirahət otağı və akt zalı yerləşir. 

Nazir müavini Firudin Qurbanov Siyəzəndə məktəb açılışında

Sentyabrın 22-də Siyəzən şəhər 2 nömrəli tam orta məktəb üçün yeni tikilən tədris binası istifadəyə verilib.   Açılış mərasimində təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkili Sadiq Qurbanov, Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, Siyəzən Rayon Təhsil Şöbəsinin müdiri Pərvin Ağasiyev iştirak edib.   Mərasimdə iştirak edən qonaqlar məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar.   Bildirilib ki, yeni tikilmiş dördmərtəbəli məktəb 960 şagird yerlikdir. Dörd korpusdan ibarət məktəbdə 39 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, texnologiya, gənclərin çağırışaqədərki hərbi hazırlıq, informatika, məktəbəhazırlıq kabinetləri, idman və akt zalları, kitabxana, yeməkxana, inzibati otaqlar yaradılıb. Bina istilik, elektrik və müşahidə sistemləri ilə təmin edilib. Məktəbə yeni inventar və avadanlıqlar gətirilib.   Son 10 ildə Siyəzən rayonunda 11 yeni məktəb binası tikilərək istifadəyə verilib. Onlardan 3-ü modul tipli məktəbdir.

Nazir müavini Muxtar Məmmədov Masallıda məktəb açılışında

Sentyabrın 22-də Masallı rayonunun Qızılağac kəndində yeni inşa edilmiş 528 şagird yerlik məktəb binasının açılış mərasimi keçirilib.   Açılış mərasiminin iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.   Yeni məktəb binasının açılış mərasimində təhsil nazirinin müavini Muxtar Məmmədov, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, millət vəkilləri Anar İsgəndərov və Məşhur Məmmədov, Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov iştirak edib.     Mərasimdə çıxış edən qonaqlar məktəb kollektivini və valideynləri tədris ilinin başlanması və yeni məktəb münasibətilə təbrik edib və uğurlar arzulayıblar.   Tədbir iştirakçıları daha sonra yeni məktəb binasında yaradılan şəraitlə yaxından tanış olublar.   Bildirilib ki, üçmərtəbəli yeni məktəb binası 4 korpusdan ibarətdir. Məktəb elektrik, su və istilik sistemi ilə təmin edilib. Otaqlar lazımi avadanlıq və məktəb ləvazimatları ilə təchiz olunub. Məktəbin həyətində qazanxana, nasosxana, 2 ədəd 150 kubmetrlik ehtiyat su anbarı inşa edilib, elektrik transformatoru quraşdırılıb.

Nazir müavini İdris İsayev Bərdədə məktəb açılışında

Sentyabrın 22-də Bərdə rayon Qaradəmirçi kənd tam orta məktəbi üçün yeni tikilən 624 şagird yerlik tədris binası istifadəyə verilib.   Açılış mərasimində təhsil nazirinin müavini İdris İsayev, millət vəkili Zahid Oruc, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Bərdə Rayon Təhsil Şöbəsinin müdir əvəzi Ədalət İsmayılov iştirak edib.   Mərasimdə çıxış edən təhsil nazirinin müavini İdris İsayev müəllim və şagirdləri yeni məktəbin istifadəyə verilməsi münasibətilə təbrik edib, ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə yönələn mühüm tədbirlərdən danışıb. Nazir müavini bildirib ki, ölkəmizdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin böyük bir qismi yenilənib. Bu proses hər il davam etdirilir.   Açılış mərasimində çıxış edən Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, millət vəkili Zahid Oruc müəllim, şagird və valideynləri yeni tədris ilinin başlanması və təhsil müəssisəsinin istifadəyə verilməsi münasibətilə təbrik edib, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, təhsil sahəsində əldə olunan uğurlardan danışıblar.   Daha sonra məktəbdə yaradılan şəraitlə tanışlıq olub. Bildirilib ki, yeni tikilən məktəb 624 şagird yerlikdir. Üç mərtəbədən ibarət olan məktəb binasında 26 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, texnologiya, gənclərin çağırışaqədərki hərbi hazırlığı, informatika, məktəbəhazırlıq kabinetləri, idman və akt zalları, kitabxana, yeməkxana, inzibati otaqlar var. Bina istilik, elektrik, havalandırma, müşahidə, siqnalizasiya sistemləri ilə təmin edilib. Təhsil ocağı lazımi inventar və avadanlıqlarla təmin olunub.   2021-2022-ci tədris ilində sözügedən təhsil müəssisəsində 531 şagirdin, məktəbəhazırlıq qrupunda isə 36 uşağın təhsil prosesinə cəlb olunması planlaşdırılır. Məktəbdə 61 nəfər pedaqoji işçi çalışır.

Nazir Samuxda məktəb açılışında iştirak edib

Sentyabrın 22-də Samux rayon İnstitut qəsəbə tam orta məktəbin yeni tikilmiş tədris binasının açılış mərasimi keçirilib.   Açılış mərasimində təhsil naziri Emin Əmrullayev, Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev və Samux Rayon Təhsil Şöbəsinin müdiri Nurlana Həsənova iştirak edib.   Mərasimdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib.   Məktəbdə yaradılmış şəraitlə tanış olan Emin Əmrullayev daha sonra təhsil müəssisəsinin kollektivi ilə söhbət aparıb.   Qeyd edilib ki, yeni istifadəyə verilən 960 şagird yerlik məktəb binasında 30 sinif otağı, 6 laboratoriya, gənclərin çağırışaqədərki hərbi hazırlıq, məktəbəhazırlıq kabineti, STEAM otağı, kitabxana və oxu zalı, informatika otağı, 160 yerlik yeməkxana, akt və idman zalı fəaliyyət göstərir. Məktəb binası videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri, internet və telefon xətləri ilə tam təmin edilib.

Sürətli fiber-optik bağlantıya keçid edən müəssisələrin sayı artırılır

Azərbaycan Təhsil Şəbəkəsi çərçivəsində yeni təhsil müəssisələrinin sürətli fiber-optik bağlantıya keçidi istiqamətində işlər aparılır. Cari ilin sonunadək ölkə üzrə 50 şəhər və regiondan 435 mindən çox şagirdi və 34 mindən çox müəllim heyətini əhatə edən 478 yeni təhsil müəssisənin şəbəkəyə sürətli fiber-optik bağlantı ilə qoşulması nəzərdə tutulur.    Fiber-optik internet bağlantısının təmin edilməsi məktəblərdə məlumatların ötürülmə sürətinin artırılması, yeni Wi-Fi zonalarının yaradılması, sinif otaqlarında yeni kompüter avadanlıqlarının qoşulması və bununla da daxili şəbəkənin genişləndirilməsini mümkün edəcək. Bununla yanaşı, məktəblərdə tədrisin innovativ formatda təşkil olunması, dərslərin kəsintisiz distant formatda keçirilməsi və dərs zamanı interaktiv alətlərdən istifadə üçün geniş imkanlardan faydalanmaq mümkün olacaqdır.   Qeyd edək ki, Azərbaycan Təhsil Şəbəkəsi müxtəlif pillələr üzrə təhsil müəssisələrini, eləcə də təhsil sahəsində dövlət siyasətini həyata keçirən qurumları vahid şəbəkədə birləşdirən  təhsil sahəsində ölkənin ən böyük daxili şəbəkəsidir.  Azərbaycan Təhsil Şəbəkəsinin təqdim etdiyi başlıca imkanlar internetə çıxışın təmin olunması, internetin zərərli məzmunlardan filtrasiyası, intranet şəbəkəsinin qurulması və intranet üzərindən rabitənin (İP telefoniya, video-konfrans) təşkili, təhsil müəssisəsində videomüşahidə xidmətinin qurulması, eləcə də şəbəkə və avadanlıqlara texniki dəstək xidmətinin göstərilməsidir.

Təhsil naziri Gəncə STEAM Mərkəzinin açılışında iştirak edib

Sentyabrın 22-də təhsil naziri Emin Əmrullayev Gəncə şəhərindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin nəzdində yaradılan STEAM Mərkəzinin açılışında iştirak edib.   Açılış mərasimindən sonra nazir mərkəzdə yaradılan şəraitlə tanış olub. Emin Əmrullayev ölkədə aparılan təhsil islahatları haqqında məlumat verib, yeni təhsil müəssisələrinin inşasının təhsilin keyfiyyətinin daha da yüksəldilməsinə əhəmiyyətli təsir edəcəyinə əminliyini vurğulayıb.   Qeyd edilib ki, Gəncə STEAM Mərkəzi bütün yaş qruplarının istifadəsi üçün nəzərdə tutulub və STEAM məzmununa uyğun lazımi innovativ texnologiyalarla tam təmin olunub. Mərkəzdə təhsilalanların “Robotics”, “Art”, “Science”, “STEAM Kids”, CNC və 3D çap, mexatronika, pilotsuz uçuş aparatları (dron) istiqamətləri üzrə fəaliyyət göstərməsi üçün sahələr var. Burada yaradılmış imkanlardan sözügedən məktəblə yanaşı, regionun digər məktəblərinin şagird və müəllimləri də istifadə edə biləcəklər. İl ərzində 3000-3500 təhsilalanın mərkəzdə müxtəlif modullar üzrə təlimlərdə iştirakı gözlənilir.   2019-cu ildən tətbiqinə başlanılan STEAM layihəsinin əsas məqsədi təhsilalanlara tənqidi, yaradıcı düşünmə, əməkdaşlıq etmə və s. kimi XXI əsr bacarıqları formalaşdırmaq, yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaq, fənləri ayrılıqda öyrətmək deyil, onları real dünyadakı tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirməkdir. STEAM layihəsi çərçivəsində təhsilalanlar müasir cəmiyyətin müxtəlif sahələrinin inkişafı üçün zəruri olan robototexnika, biotexnologiya, nanotexnologiya, proqramlaşdırma, aerokosmik mühəndislik və pilotsuz uçuş aparatları, elektrik mühəndisliyi, 3D çap  istiqamətində bilik və bacarıqlar əldə edirlər.  

Təhsil naziri Gəncə şəhər İnternat tipli xarici dillər təmayüllü gimnaziyada olub

Sentyabrın 22-də təhsil naziri Emin Əmrullayev Gəncə şəhər İnternat tipli xarici dillər təmayüllü gimnaziyanın açılış mərasimində iştirak edib.   Nazir gimnaziyada yaradılmış şəraitlə tanış olub, müəllim və şagirdlərlə görüşərək onlarla səmimi söhbət aparıb və yeni tədris ilinin ilk günü münasibətilə hər birini təbrik edərək uğurlar arzulayıb. Qeyd edilib ki, gimnaziyada 2021-2022-ci tədris ilində 623 şagird təhsil alacaq.   Yeni istifadəyə verilən 674 şagird yerlik gimnaziya 30 sinif otağı, 140 nəfərlik yeməkxana, 288 nəfərlik akt zalı, kitabxana, 2 texnologiya, 2 informatika, 3 laboratoriya, gənclərin çağırışaqədərki hərbi hazırlığı kabineti və idman zalından ibarətdir. Gimnaziyada təhsil alıb yaşayacaq şagirdlər üçün 2 mərtəbəli yataqxana da inşa edilib. Yataqxanada 19 yataq otağı, 1 şahmat, 4 oyun, 2 məşğələ otağı var.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı