• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Nazir Samuxda məktəb açılışında iştirak edib

Sentyabrın 22-də Samux rayon İnstitut qəsəbə tam orta məktəbin yeni tikilmiş tədris binasının açılış mərasimi keçirilib.

 

Açılış mərasimində təhsil naziri Emin Əmrullayev, Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev və Samux Rayon Təhsil Şöbəsinin müdiri Nurlana Həsənova iştirak edib.

 

Mərasimdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib.

 

Məktəbdə yaradılmış şəraitlə tanış olan Emin Əmrullayev daha sonra təhsil müəssisəsinin kollektivi ilə söhbət aparıb.

 

Qeyd edilib ki, yeni istifadəyə verilən 960 şagird yerlik məktəb binasında 30 sinif otağı, 6 laboratoriya, gənclərin çağırışaqədərki hərbi hazırlıq, məktəbəhazırlıq kabineti, STEAM otağı, kitabxana və oxu zalı, informatika otağı, 160 yerlik yeməkxana, akt və idman zalı fəaliyyət göstərir. Məktəb binası videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri, internet və telefon xətləri ilə tam təmin edilib.


3 il əvvəl