• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil naziri Gəncə şəhər İnternat tipli xarici dillər təmayüllü gimnaziyada olub

Sentyabrın 22-də təhsil naziri Emin Əmrullayev Gəncə şəhər İnternat tipli xarici dillər təmayüllü gimnaziyanın açılış mərasimində iştirak edib.
 

Nazir gimnaziyada yaradılmış şəraitlə tanış olub, müəllim və şagirdlərlə görüşərək onlarla səmimi söhbət aparıb və yeni tədris ilinin ilk günü münasibətilə hər birini təbrik edərək uğurlar arzulayıb.


Qeyd ed
ilib ki, gimnaziyada 2021-2022-ci tədris ilində 623 şagird təhsil alacaq.

 

Yeni istifadəyə verilən 674 şagird yerlik gimnaziya 30 sinif otağı, 140 nəfərlik yeməkxana, 288 nəfərlik akt zalı, kitabxana, 2 texnologiya, 2 informatika, 3 laboratoriya, gənclərin çağırışaqədərki hərbi hazırlığı kabineti və idman zalından ibarətdir. Gimnaziyada təhsil alıb yaşayacaq şagirdlər üçün 2 mərtəbəli yataqxana da inşa edilib. Yataqxanada 19 yataq otağı, 1 şahmat, 4 oyun, 2 məşğələ otağı var.


3 il əvvəl