• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil naziri BMT-nin İnkişaf Proqramının ölkə Nümayəndəliyinin rəhbəri ilə görüşüb

Sentyabrın 24-də təhsil naziri Emin Əmrullayev Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycandakı Nümayəndəliyinin missiyası bitməkdə olan rəhbəri Alessandro Frakasetti ilə görüşüb.   Görüşdə ötən müddət ərzində Təhsil Nazirliyi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının ölkəmizdəki Nümayəndəliyi arasında təhsil sahəsində əməkdaşlıq çərçivəsində görülmüş işlərdən məmnunluq ifadə edilib.

Rusiyada təqaüdlü təhsil imkanı

Rusiya Federasiyası (RF) 2022-2023-cü tədris ili üzrə RF federal büdcə hesabına təhsil təqaüd proqramı elan edir.   Bakalavriat, magistratura və doktorantura təhsil səviyyələri üzrə elan edilən təqaüd proqramına müraciət üçün yaş məhdudiyyəti yoxdur. Proqram çərçivəsində tədris rus dilində aparılacaq.   Təqaüd proqramına müraciət üçün son tarix 1 noyabr 2021-ci il nəzərdə tutulub.    Ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.

Anım Günü ilə bağlı tədbirlər keçiriləcək

Təhsil müəssisələrində 27 sentyabr - Anım Günü ilə bağlı tədbirlər təşkil ediləcək.     Təhsil Nazirliyinin Anım Günü ilə bağlı Tədbirlər Planına əsasən, bütün təhsil müəssisələrində bu günə həsr olunan dərslər keçiriləcək. Həmçinin təhsil müəssisələrində Anım Günü ilə bağlı konfrans, seminar, mühazirə, “dəyirmi masa”, vebinar, açıq dərslər, ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgiləri, yaradıcılıq müsabiqələri və intellektual oyunların keçirilməsi planlaşdırılır. Məktəblilər arasında “Məktəblilər arasında şahmat turniri”nin, eləcə də idman növləri üzrə yarışların keçirilməsi nəzərdə tutulur.   Tədbirlər Planına təhsil müəssisələrində mütəmadi olaraq Vətən müharibəsi, əsgər və zabitlərimizin şücaəti, Anım və Zəfər günləri ilə bağlı mövzuların ümumi təhsilin məzmununa inteqrasiyası və tədrisinin təşkili, təhsilalanların Vətən Müharibəsi Memorial Kompleksinə, Zəfər Muzeyinə ekskursiyalarının təşkili, şəhidlərin anım günlərinin keçirilməsi, onların məzarlarının ziyarət edilməsi, həyat və mübarizə yolunu əks etdirən videobülletenlərin hazırlanması daxildir. Eləcə də, təhsil müəssisələrində Vətən müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlər, qazilər, şəhid olmuş əsgər və zabitlərin ailə üzvləri ilə görüşlərin təşkili, şəhidlərin həyat və mübarizə yolunu əks etdirən videoçarxların nümayişi planlaşdırılır.   Təhsil müəssisələrində işğaldan azad edilmiş bölgələrin tarixi, coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadətgahları, adət-ənənələri, tanınmış şəxsiyyətləri ilə bağlı tədbirlər təşkil ediləcək, həyata keçirilən quruculuq işləri barədə təhsilalanlara məlumatlar veriləcək, videomateriallar nümayiş olunacaq.

Almaniyada staj proqramından sən də yararlan!

Mənzil-qərargahı Almaniya Federativ Respublikasının Hamburq şəhərində yerləşən Dəniz Hüququ üzrə Beynəlxalq Tribunalın (ITLOS) Katibliyi tərəfindən inkişaf etməkdə olan ölkələrin tələbələri və yeni məzun olmuş şəxslər üçün staj imkanları təklif olunur. 3 aylıq staj proqramı beynəlxalq münasibətlər, hüquq, ictimaiyyətlə əlaqələr, siyasi elmlər və başqa sahələri əhatə edir. Proqrama müraciət etmək istəyən namizədlər ingilis və ya fransız dilini bilməlidir.   Proqrama müraciət üçün son tarix 30 sentyabr 2021-ci il nəzərdə tutulub.   Staj proqramı barədə daha ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.

Direktor vəzifəsinə işə qəbul üzrə müsahibələrin birinci mərhələsi başa çatıb

Direktor vəzifəsinə işə qəbul üzrə müsahibələrin ilkin mərhələsində imtahan nəticəsi 36 baldan çox olan 132 namizəd iştirak edib. Müsahibə mərhələsində 30 namizəd uğur qazanıb və onlarla adaptasiya proqramı həyata keçirilib.   Adaptasiya proqramı çərçivəsində “Məktəb idarəçiliyinin ümumi əsasları”, “Təhsilin keyfiyyətinin artırılması və məktəb direktorlarının rolu”, “Strateji və operativ planlaşdırma”, “Məktəbdə öyrədici mühitin yaradılması”, “Məktəbdaxili monitorinq sistemi”, “Şagird nailiyyətlərinin qiymətləndirilməsi”, “Məktəbdə maliyyə məsələləri, əməkhaqqı və tarifikasiya cədvəllərinin hazırlanması” və s. mövzularda təlimlər keçirilib. Proqram başa çatdıqdan sonra həmin şəxslərlə əmək münasibətləri rəsmiləşdirilib və direktor vəzifəsinə işə qəbul olunublar.   Qeyd edək ki, tezliklə direktor vəzifəsinə işə qəbul üzrə müsahibələrin ikinci mərhələsi həyata keçiriləcək. İkinci mərhələyə imtahan nəticəsi 30 baldan daha çox olan namizədlər dəvət olunacaq.   Təhsil Nazirliyi müsahibələrin birinci mərhələsində uğur qazanaraq işə qəbul olunmuş direktorları təbrik edir və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayır!

#Ağdam könüllüləri fəaliyyətə başlayıb

"Bir Könüllü" Təşkilatı və Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyi əməkdaşlığa start verib.   Əməkdaşlıq çərçivəsində birgə tədbirlər keçirilir və #Ağdam könüllüləri öz fəaliyyətlərinə başlayıb.   Artıq sentyabr ayının 14-də Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyi və "Bir Könüllü" Təşkilatının birgə əməkdaşlığı çərçivəsində pandemiya və karantin qaydalarına riayət olunmaqla, 40-dan çox torpaq həsrətində olan Ağdam sakini ilə birgə Ağdam könüllülərinin sözügedən şəhərə ilk səfəri baş tutub. Səfər müddətində Ağdam könüllüləri ziyarətçilərlə birlikdə şəhər gəzintisində iştirak edib, təşkilati işlərdə könüllü dəstəyi göstərib.   Sentyabr ayının 16-17-də Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyi İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu, AMEA İqtisadiyyat İnstitutunun təşkilatçılığı, "Bir Könüllü" Təşkilatının dəstəyi ilə "Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.Tədbirin təşkilində "BİR" tələbə-könüllülər #könüllü dəstəyi göstəriblər.

Vətəndaş müraciətlərinin qəbulu - İndi daha rahat

Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici diplomların tanınması çərçivəsində vətəndaşlara göstərilən xidmət səviyyəsinin artırılması məqsədilə Elektron Ərizə Sisteminə yeni funksiya əlavə edib. Belə ki, vətəndaş müraciətlərinin qəbulu üçün Elektron Ərizə Sistemində (apply.enic.edu.az) ismarıc qutusu yaradılaraq istifadəyə verilib. İsmarıc qutusunun təsis edilməsində əsas məqsəd vətəndaşlar tərəfindən Agentliyə sorğu göndərilməsini asanlaşdırmaq və operativ qaydada cavablandırmaqdır.   Elektron Ərizə Sistemində xarici diplomların tanınması məqsədilə qeydiyyatdan keçib-keçməməsindən asılı olmayaraq, hər bir vətəndaş ismarıc qutusundan istifadə etməklə öz müraciətini Agentliyə ünvanlaya bilər. Yaradılmış funksiya müraciətin növünü və mövzusunu seçməklə, vətəndaşlara xarici diplomların tanınması ilə bağlı suallarını, şikayətlərini və ya təkliflərini Agentliyə bildirmək imkanı təqdim edir.   Müraciət edilən zaman vətəndaşlardan aktiv elektron poçt ünvanı və əlaqə nömrəsi istənilir ki, bu da daxil olan müraciətlərin təhlili zamanı zərurət yarandığı halda Agentliyin əməkdaşlarına müraciət sahibi ilə yerində əlaqə yaratmağa imkan verəcək.

Vakansiya seçimi davam edir

Ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üçün növbəti vakansiya seçimi (ibtidai sinif istisna olmaqla) davam edir.   Vakansiya seçimi 24 sentyabr saat 10:59-da başa çatacaq. Qeyd olunan müddət ərzində namizədlər şəxsi səhifələrinə daxil olaraq 4 vakant yer seçimi edə bilərlər. Cari vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 30 və daha yüksək bal toplamış namizədlər iştirak edə biləcəklər.   Qeyd edək ki, vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin olunmayacaq. Eyni zamanda tutulmayan, tədris ili ərzində yeni yaranan vakant yerlərə isə namizədlərin imtahan nəticəsi və faktiki yaşayış yeri nəzərə alınmaqla əlavə yerləşdirmə həyata keçiriləcək.

Ali təhsil müəssisələrinə qeydiyyat üçün son gün

Sentyabrın 23-də abituriyentlərin qəbul olunduqları ali təhsil müəssisələri üzrə qeydiyyat prosesi yekunlaşır. Proses bu gün saat 12:00-dək davam edəcək.    Qəbul olunan abituriyentlər qeyd olunan tarixədək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.   Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.   Qeyd edək ki, abituriyentlərin qeydiyyatı ilə bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərir.  Ətraflı məlumat portal.edu.az saytında yerləşdirilib.

HTP məzunundan təlim proqramı

“Hökumətlərarası Təqaüd Proqramları“ məzunlarının ictimaiyyətə tanıdılması, eyni zamanda onların əldə etdiyi bilik və bacarıqların digərləri ilə paylaşılması məqsədilə təlimlər davam edir.   24 sentyabr 2021-ci il saat 18:00 tarixində keçiriləcək növbəti təlim “Kənd təsərrüfatının dayanıqlı inkişafında institusional innovasiyaların rolu: Çin nümunəsi” mövzusuna həsr edilib.   Təlimçi HTP proqramı çərçivəsində Çində kənd təsərrüfatının iqtisadiyyatı ixtisası üzrə magistratura təhsili almış Nadir Nadirlidir.   Təlimdə iştirak etmək üçün müvafiq link  https://forms.gle/NBZfqvduRAb8KRAL6 vasitəsilə  qeydiyyatdan keçmək mümkündür.   Qeyd edək ki, onlayn təlimə dair keçid yalnız qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı