• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Nazir müavini Muxtar Məmmədov Masallıda məktəb açılışında

Sentyabrın 22-də Masallı rayonunun Qızılağac kəndində yeni inşa edilmiş 528 şagird yerlik məktəb binasının açılış mərasimi keçirilib.

 

Açılış mərasiminin iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

 

Yeni məktəb binasının açılış mərasimində təhsil nazirinin müavini Muxtar Məmmədov, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, millət vəkilləri Anar İsgəndərov və Məşhur Məmmədov, Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov iştirak edib.  

 

Mərasimdə çıxış edən qonaqlar məktəb kollektivini və valideynləri tədris ilinin başlanması və yeni məktəb münasibətilə təbrik edib və uğurlar arzulayıblar.

 

Tədbir iştirakçıları daha sonra yeni məktəb binasında yaradılan şəraitlə yaxından tanış olublar.

 

Bildirilib ki, üçmərtəbəli yeni məktəb binası 4 korpusdan ibarətdir. Məktəb elektrik, su və istilik sistemi ilə təmin edilib. Otaqlar lazımi avadanlıq və məktəb ləvazimatları ilə təchiz olunub. Məktəbin həyətində qazanxana, nasosxana, 2 ədəd 150 kubmetrlik ehtiyat su anbarı inşa edilib, elektrik transformatoru quraşdırılıb.


3 il əvvəl