SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Yeni işə qəbul olunmuş müəllimlərlə adaptasiya proqramı davam edir
Yeni tədris ilində işə qəbul olunmuş gənc müəllimlərlə adaptasiya proqramı onlayn formatda davam etdirilir.
Adaptasiya proqramının məqsədi yeni işə qəbul olunmuş müəllimlərin iş mühitinə və tədris prosesinə rahat uyğunlaşmasına nail olmaqdan ibarətdir.
Adaptasiya proqramı çərçivəsində “Yaxşı müəllim necə olmalıdır”, “Sinif komplektləşdirilməsi, əməkhaqqı və ona əlavələr, əmək məzuniyyəti”, “İlk dərs gününə hazırlıq”, "Valideynlərlə əməkdaşlıq üsulları" mövzusunda vebinarlar keçirilib.
Proqram çərçivəsində nazirliyin struktur bölmə rəhbərləri, yerli təhsili idarəetmə orqanlarının rəhbərləri, ümumi təhsil müəssisələrinin direktorları, psixoloqların iştirakı ilə görüşlərin keçirilməsi nəzərdə tutulur. Proqram cari ilin dekabr ayınadək davam edəcək.
Adaptasiya proqramında iştirak etmək üçün aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz: https://forms.gle/PJu8G8iefYtuzr3n7
3 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
3 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
3 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
3 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
3 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
3 il əvvəl