• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Beynəlxalq təşkilatda 3 aylıq staj proqramı

Mənzil-qərargahı Almaniya Federativ Respublikasının Hamburq şəhərində yerləşən Dəniz Hüququ üzrə Beynəlxalq Tribunalın (ITLOS) Katibliyi tərəfindən inkişaf etməkdə olan ölkələrin tələbələri və yeni məzun olmuş şəxslər üçün staj imkanları təklif olunur. 3 aylıq staj proqramı beynəlxalq münasibətlər, hüquq, ictimaiyyətlə əlaqələr, siyasi elmlər və başqa sahələri əhatə edir. Proqrama müraciət etmək istəyən namizədlər ingilis və ya fransız dilini bilməlidir.   Proqrama müraciət üçün son tarix 30 sentyabr 2021-ci il nəzərdə tutulub.   Staj proqramı barədə daha ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.

Müddətli müqavilə ilə işə qəbulu üzrə növbəti vakansiya seçimi

22 sentyabrdan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üçün növbəti vakansiya seçimlərinə (ibtidai sinif istisna olmaqla) başlanılır.   Vakansiya seçimlərinə bu gün saat 11:00-da start verilib və seçim 24 sentyabr saat 10:59-da başa çatacaq. Qeyd olunan müddət ərzində namizədlər şəxsi səhifələrinə daxil olaraq 4 vakant yer seçimi edə bilərlər. Cari vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 30 və daha yüksək bal toplamış namizədlər iştirak edə biləcəklər. Qeyd ki, vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin olunmayacaq. Eyni zamanda tutulmayan, tədris ili ərzində yeni yaranan vakant yerlərə isə namizədlərin imtahan nəticəsi və faktiki yaşayış yeri nəzərə alınmaqla əlavə yerləşdirmə həyata keçiriləcək.

İlk dərs günü - Fotolent

2021-2022-ci tədris ilinin ilk günü

Ümumi təhsil müəssisələrinin I-IV sinifləri üzrə 22 sentyabr 2021-ci il tarixindən ənənəvi şəkildə tədrisə başlanılıb. Bu gün qeyd edilən siniflər üzrə 643 333 nəfər şagird ənənəvi tədrisə başlayıb.   2021-2022-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır. Ümumtəhsil məktəblərinin I sinfində 158 608, IX sinfində 132 881, XI sinfində isə 91 538 şagird təhsil alacaq.   Respublika üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 117 176 şagirdin təhsilə cəlb olunacağı gözlənilir.    2021-2022-ci tədris ilində I-XI siniflərdə ilk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq.   Yeni tədris ilinin ilk gününədək 5 əsaslı təmir olunan, 17 yeni tikilən, 15 modul tipli məktəb istifadəyə verilib.   Qeyd edək ki, sentyabrın 29-dan isə ümumi təhsil müəssisələrinin V-XI sinifləri üzrə, eləcə də məktəbdənkənar, peşə, orta ixtisas və ali təhsil müəssisələrində də ənənəvi şəkildə tədrisə başlanılacaq.

Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib

Sentyabrın 21-də Bakı şəhəri təhsil işçilərinin “Zəfər ili: sınaqlar və hədəflər” konfransı keçirilib.   Konfransda təhsil naziri Emin Əmrullayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, millət vəkilləri, nazirliyin və BŞTİ-nin struktur bölmə rəhbərləri, məktəb direktorları, müəllimlər və media nümayəndələri iştirak ediblər.   Tədbirdən öncə qonaqlar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub və tər çiçəklər düzüblər. Sonra Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə güllər qoyulub.   Konfrans Dövlət Himninin səsləndirilməsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən, möhtəşəm zəfəri bizə yaşadan Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.   Daha sonra 2020-2021-ci tədris ili ərzində BŞTİ-nin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.   Tədbirdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva hesabat məruzəsi ilə çıxış edib. Konfrans iştirakçılarını salamlayan İdarə müdiri çox mürəkkəb, lakin tarixi bir qələbə ilə yadda qalan 2020-2021-ci tədris ilində BŞTİ-nin müxtəlif fəaliyyət istiqamətləri üzrə gördüyü işlər haqqında ətraflı məlumat verib, islahatların tətbiqi vəziyyətindən danışıb, növbəti tədris ili üçün təhsil işçiləri qarşısında duran vəzifələri diqqətə çatdırıb.    2020-2021-ci tədris ilinin Nazirlər Kabineti tərəfindən xüsusi karantin rejimi dövründə tədrisin təşkili ilə bağlı müəyyənləşdirilmiş qaydalara uyğun olaraq hibrid formada təşkil edildiyini xatırladan Mehriban Vəliyeva pandemiya və müharibə şəraiti sınaqlarına baxmayaraq bütün alternativ variantlardan istifadə etməklə Bakı məktəblərində təhsilin fasiləsizliyinin təmin edildiyini vurğulayıb.   İdarə müdiri zəfər tarixinin bəxş etdiyi qürur hissi ilə qədəm qoyduğumuz yeni dərs ilində mövcud pandemiya şəraitindən irəli gələn qaydaların məktəblərdə tətbiqinə ciddi nəzarət olunması, vaksinasiya prosesinin tam təmin olunması, gənc nəslin Zəfər tariximizdən sonrakı mərhələdə vətənpərvərlik, milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi, keyfiyyət artımının təməli hesab olunan ümumi təhsilin məqsədyönlü inkişafı, buraxılış sinif şagirdlərinin nailiyyətlərinin əvvəlki illərə nisbətən yaxşılaşdırılmasının əsas hədəflərdən olduğunu bildirib.   Təhsil naziri Emin Əmrullayev tədris ilinin başlanması münasibətilə təhsil işçilərinə təbriklərini çatdırıb, uğurlardan və mövcud problemlərin həlli istiqamətində atılacaq addımlardan, perspektiv məsələlərdən bəhs edib, yeni dərs ilində qarşıda duran əsas hədəflərə toxunub.    Təhsil naziri çıxışı zamanı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsilində sistemli islahatlar aparıldığını, ölkəmizdə təhsilin inkişafına böyük diqqət göstərildiyini və Azərbaycan təhsilinin bugünkü inkişafının mənbəyinin ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan məqsədyönlü siyasətdən qaynaqlandığını bildirib.   Təhsil naziri çıxışında məktəb idarəetməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması və ümumilikdə, tədrisin keyfiyyətinin yüksəldilməsi, gənc nəslin vətənpərvərlik, azərbaycançılıq məfkurəsi ruhunda yetişdirilməsi kimi məsələlərin növbəti tədris ilində prioritet istiqamətlərdən olacağını qeyd edib. Yeni tədris ilindən məktəblərin IX siniflərində "Zəfər tarixi"nin dərsdənkənar kurs olaraq tədris ediləcəyini vurğulayan nazir bunun gənclərin vətənpərvərlik ruhunda yetişməsinə bir töhfə olacağını deyib.    Daha sonra 220 nömrəli məktəb-liseyin direktoru Lətifə Əzimova, Təlimə Dəstək Mərkəzinin metodisti Turan Zəkəriyəyeva, Vətən Müharibəsi iştirakçısı, 12 nömrəli məktəbin sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçısı Anar Miriyev, 234 nömrəli tam orta məktəbin peşə təmayüllü sinfinin şagirdi Ləman Şamıyeva çıxış ediblər.   Konfrans BŞTİ-nin nəzdindəki 4 və 5 nömrəli Uşaq-Gənclər İnkişaf mərkəzlərinin xor ansamblının ifasında "Zəfər" mahnısı ilə başa çatıb.

Teledərslər yenidən sizinlə!

Təhsil Nazirliyi tərəfindən “Dərs vaxtı” proqramı çərçivəsində teledərslərin təkrar yayımına start verilir.    Sentyabrın 22-dən I-IV, 29-dan isə V-XI siniflər üçün çəkilmiş teledərslərin təkrar yayımına başlanılacaq. Dərslər həftənin 5 günü saat 10:00-dan 18:00-dək “Dərs vaxtı”nın rəsmi feysbuk səhifəsi üzərindən, eləcə də Təhsil Nazirliyinin rəsmi yutub kanalı vasitəsilə yayımlanacaq.    Teledərslər məktəbdə öyrəndiklərinizin daha yaxşı mənimsənilməsi üçündür!  

Xüsusi təhsil müəssisələrinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri

Xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.   16-17 sentyabr tarixlərində S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında təşkil edilən müsahibələrdə namizədlərə biliyi və metodiki hazırlığı, sağlamlıq imkanları məhdud şagirdlərlə işləmək qabiliyyətini yoxlayan suallar təqdim olunub.   Qeyd edək ki, müsahibədə uğur qazanan şəxslərlə 2021-2022-ci tədris ilinin sonuna kimi müqavilə bağlanılacaq.

15 azərbaycanlı “Türkiye Bursları” çərçivəsində doktorantura səviyyəsi üzrə təqaüd qazanıb

23 fevral 2021-ci il tarixində Təhsil Nazirliyi ilə Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə yaşayan və Əqrəba İcmaları Baş İdarəsi arasında imzalanmış Niyyət Məktubu çərçivəsində 15 azərbaycanlı 2021-2022-ci tədris ili üzrə “Türkiye Bursları” çərçivəsində Türkiyənin müxtəlif nüfuzlu universitetlərində doktorantura səviyyəsi üzrə təqaüdlü təhsil almaq imkanı qazanıb. Təqaüdə layiq görülən 15 nəfər iqtisadiyyat, tibb, kompüter elmləri, mühəndislik və təbiət elmləri ixtisas istiqamətləri üzrə “Ankara Universitesi”, “Bursa Uludağ Universitesi”, “İstanbul Üniversitesi”, “Ege Üniversitesi”, “Yıldız Teknik Üniversitesi”, “Gazi Üniversitesi” və digər universitetlərdə təhsil alacaqlar.   Qeyd edək ki, müvafiq təqaüd proqramı barədə elan 16 yanvar 2021-ci il tarixində verilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Avropa Liseyinin yeni binasının açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 21-də paytaxtdakı Ağ Şəhərdə Bakı Avropa Liseyi üçün inşa edilən 1560 şagird yerlik yeni binanın açılışında iştirak ediblər.   Təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Bakı Avropa Liseyinin yeni binasında yaradılan şərait barədə məlumat verdi.   İnşasına ötən il başlanılan bu tədris müəssisəsində 70 sinif otağından başqa fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi hazırlıq kabinetləri, kino məktəb, rəsm, diplomatiya, kiçik elmlər akademiyası otaqları, art-studio, idman və akt zalları, yeməkxana müəllimlərin və şagirdlərin ixtiyarına veriləcək. Bir sözlə, burada yaradılan şərait istedadlı şagirdlərin intellektual və yaradıcı potensialının üzə çıxarılması və inkişafı, onların yüksək mənəvi və mədəni dəyərlərə əsaslanaraq formalaşdırılması üçün geniş imkanlar yaradır.   Qeyd edək ki, istedadlı uşaqlar üçün yaradılmış Bakı Avropa Liseyi Təhsil Nazirliyinin tabeliyində olan dövlət məktəbidir. Hər il məzunlarının 100 faizi ali məktəblərə yüksək balla daxil olan liseyin yetirmələri dünyanın bir çox nüfuzlu universitetlərində təhsillərini davam etdirirlər.   Liseyin özünəməxsus təhsil modeli var. Mühəndis, robot, iclas, incəsənət, elm və kids zonalarına bölünən steam otaqda şagirdlər üçün müasir dövrün tələblərinə uyğun hər cür şərait yaradılıb.   Məlumdur ki, müasir dünyada hər bir ölkənin gələcəyi onun təhsilinin səviyyəsi ilə ölçülür. Təhsildəki nailiyyətlər inkişaf konsepsiyasının mühüm tərkib hissəsini təşkil edir. Bu baxımdan Azərbaycanda dövlət səviyyəsində çox əhəmiyyətli layihələr ardıcıl şəkildə həyata keçirilir. Görülən bütün bu işlər yüksək intellektə malik insan kapitalının yetişməsində, beynəlxalq standartlara uyğun müasir təhsil sisteminin qurulmasında mühüm rol oynayır, peşəkar, bilik və bacarıqlara yiyələnən, daim rəqabətə davamlı insan resurslarının təmin edilməsinə böyük töhfə verir. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı reallaşdırılan kompleks tədbirlər nəticəsində bu sahədə böyük uğurlar əldə olunub, müasir innovativ tədris üsulları uğurla tətbiq edilib.   https://president.az

Prezident Sabunçu rayonunda 307 saylı orta məktəbdə yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də paytaxtın Sabunçu rayonundakı 307 saylı tam orta məktəbdə aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.   Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına məktəbdə yaradılan şərait barədə məlumat verdi.   Bildirildi ki, Sabunçu rayonundakı 307 saylı tam orta məktəb də əsaslı təmir edilib və burada yeni korpus tikilib.   Hər bir dövlətin tərəqqisi və gələcəyi onun təhsil səviyyəsi ilə birbaşa bağlıdır. Bu sahəyə qoyulan investisiya gələcəyə yatırılan sərmayədir. Azərbaycan dövləti bu baxımdan hazırda dünyada lider ölkələrdəndir. Heç bir ölkədə qısa müddət ərzində bu sayda məktəb tikilməyib və yenidən qurulmayıb. Çox mühüm amillərdən biri də odur ki, yeni yaradılan və əsaslı təmir olunan təhsil müəssisələri ən müasir tədris avadanlığı ilə təchiz edilir.   2006-cı ildə inşa edilən 1176 şagird yerlik 307 saylı tam orta məktəbin binası əsaslı təmir edilib, 15 sinif otağından ibarət əlavə korpus tikilib. Yeni korpus 432 şagird yerlikdir. Təhsil müəssisəsində kimya, fizika, biologiya laboratoriyaları, hərbi kabinet, kitabxana var. Şagirdlər laboratoriyalarda əyani təlimlər keçərək biliklərini artıra biləcəklər. Təhsil ocağında, eyni zamanda, hərbi hazırlıq, qızlar və oğlanlar üçün əmək otaqları, akt və idman zalları da yaradılıb.   Qeyd edək ki, həm 71 saylı, həm də 307 saylı tam orta məktəblərdə aparılan əsaslı təmir və tikinti işləri dövlətimizin başçısının “Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında” ötən il və bu il imzaladığı müvafiq sərəncamlara uyğun olaraq həyata keçirilib.   https://president.az

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı