• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Nazir müavini İdris İsayev Bərdədə məktəb açılışında

Sentyabrın 22-də Bərdə rayon Qaradəmirçi kənd tam orta məktəbi üçün yeni tikilən 624 şagird yerlik tədris binası istifadəyə verilib.

 

Açılış mərasimində təhsil nazirinin müavini İdris İsayev, millət vəkili Zahid Oruc, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Bərdə Rayon Təhsil Şöbəsinin müdir əvəzi Ədalət İsmayılov iştirak edib.

 

Mərasimdə çıxış edən təhsil nazirinin müavini İdris İsayev müəllim və şagirdləri yeni məktəbin istifadəyə verilməsi münasibətilə təbrik edib, ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə yönələn mühüm tədbirlərdən danışıb. Nazir müavini bildirib ki, ölkəmizdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin böyük bir qismi yenilənib. Bu proses hər il davam etdirilir.

 

Açılış mərasimində çıxış edən Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, millət vəkili Zahid Oruc müəllim, şagird və valideynləri yeni tədris ilinin başlanması və təhsil müəssisəsinin istifadəyə verilməsi münasibətilə təbrik edib, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, təhsil sahəsində əldə olunan uğurlardan danışıblar.

 

Daha sonra məktəbdə yaradılan şəraitlə tanışlıq olub. Bildirilib ki, yeni tikilən məktəb 624 şagird yerlikdir. Üç mərtəbədən ibarət olan məktəb binasında 26 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, texnologiya, gənclərin çağırışaqədərki hərbi hazırlığı, informatika, məktəbəhazırlıq kabinetləri, idman və akt zalları, kitabxana, yeməkxana, inzibati otaqlar var. Bina istilik, elektrik, havalandırma, müşahidə, siqnalizasiya sistemləri ilə təmin edilib. Təhsil ocağı lazımi inventar və avadanlıqlarla təmin olunub.

 

2021-2022-ci tədris ilində sözügedən təhsil müəssisəsində 531 şagirdin, məktəbəhazırlıq qrupunda isə 36 uşağın təhsil prosesinə cəlb olunması planlaşdırılır. Məktəbdə 61 nəfər pedaqoji işçi çalışır.


3 il əvvəl