• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Peşə təhsil müəssisələrində yeni tədris ilinə başlanılıb

Peşə təhsil müəssisələrində 29 sentyabrdan etibarən ənənəvi şəkildə aparılacaq yeni tədris ilinə başlanılıb. Cari tədris ili üzrə proqnoz göstəricilərinə əsasən, Təhsil Nazirliyinə tabe olan 72 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə təhsil alacaq 24623 tələbə ənənəvi tədrisə başlayıb.   Qeyd edək ki, peşə təhsil müəssisələrində digər təhsil müəssisələrində olduğu kimi, 2021-2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesinin təşkili Nazirlər Kabinetinin müvafiq qərarı əsasında sanitar-epidemioloji vəziyyətə uyğun həyata keçiriləcək.

İcma əsaslı məktəbəqədər təhsillə bağlı tədbir keçirilib

Sentyabrın 29-da  Təhsil Nazirliyinin dəstəyi ilə Təhsil İnstitutu tərəfindən həyata keçirilən “İcma əsaslı məktəbəqədər təhsil” layihəsinin Avropa İttifaqının Azərbaycan Nümayəndəliyi və UNICEF Azərbaycanın maliyyələşdirməsinin yekunlarına dair tədbir keçirilib.   Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Təhsil İnstitutunun direktoru Rüfət Əzizov, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Valeh Mirzalıyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədr müavini Fərid Osmanov, UNICEF-in Azərbaycandakı səfirinin müavini Min Yuan və digərləri iştirak ediblər.   Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.    Tədbirdə açılış nitqi ilə çıxış edən Təhsil İnstitutunun direktoru Rüfət Əzizov “İcma əsaslı məktəbəqədər təhsil” layihəsinin təhsil sahəsində rolu və gələcək perspektivləri haqqında danışıb. Rüfət Əzizov erkən uşaq təhsilində əsas hədəfin əlçatanlıq və uşaqların təhsilə cəlb edilməsi olduğunu vurğulayıb. Layihənin erkən təhsil pilləsində mühüm əhəmiyyət kəsb etdiyi bildirilib və qeyd olunub ki, bu layihə çərçivəsində yalnız uşaqlar deyil, onların valideynləri də təhsil prosesində iştirak edirlər. Qeyd olunub ki, erkən təhsilə cəlb olunan uşaqların ümumtəhsil pilləsində daha uğurlu olduqları əsaslı şəkildə hiss olunur.   Rüfət Əzizov çıxışının sonunda layihənin partnyorları olan Heydər Əliyev Fonduna, Avropa İttifaqına, UNICEF-ə, rayon təhsil şöbələrinə və rayon məktəblərinin rəhbərlərinə təşəkkür edib.   Daha sonra çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov əyani tədrisin bərpa olunması münasibətilə tədbir iştirakçılarına təbrikini çatdırıb. Nazir müavini qeyd edib ki, torpaqlarımızın işğal altında olduğu dövrdə təbii resurslarımıza, milli sərvətimizə, maddi-mənəvi abidələrimizə, həmçinin təhsil sahəsinə də böyük zərbə vurulub. Belə ki, 993 təhsil müəssisəsi dağıdılıb və onların arasında 259-a yaxın məktəbəqədər təhsil müəssisəsi də olub. Qeyd edilib ki, COVID-19 pandemiyası dövründə Azərbaycan təhsili sahəsində verilən operativ qərarlar və vəziyyətə uyğun yanaşmalar öz müsbət nəticələrini göstərib. Gələcəyin tələblərinə uyğun məzunların yetişdirilməsi üçün görülən işlər və istedadlı gəncləri müəyyənləşdirmək məqsədilə həyata keçirilən tədqiqatların əhəmiyyəti xüsusilə qeyd olunub. “İcma əsaslı məktəbəqədər təhsil” layihəsinin uğurlu nəticələri və fəaliyyətinin genişləndirilməsinin əhəmiyyəti haqqında danışan Firudin Qurbanov layihənin icrasında iştirak edən və layihəni dəstəkləyən bütün tərəfdaşlara öz təşəkkürünü bildirib.   Daha sonra “İcma əsaslı məktəbəqədər təhsil” layihəsinin rəhbəri İlahə Rəsulova layihənin icmalı, nəticələri, ötən tədris illəri ilə müqayisə, valideynlər arasında keçirilən sorğu, 3-4 yaşlı uşaqlarda inkişaf dinamikası, “İlk 5 il” mobil tətbiqi və veb portalı və layihənin sosial təsirləri barədə ətraflı məlumat verib.   UNICEF-in Azərbaycandakı səfirinin müavini Min Yuan çıxış edərək layihənin uşaqların təhsil sahəsindəki inkişafında mühüm əhəmiyyətini vurğulayıb. Layihənin təşkilatçılarına və partnyorlara təşəkkür edən Min Yuan bu sahədə fəaliyyətlərin gələcəkdə də dəstəklənəcəyini qeyd edib.   Qeyd edək ki, sözügedən layihə 2018-ci ildə Avropa İttifaqının Azərbaycan Nümayəndəliyi və UNICEF Azərbaycanın maliyyəsi ilə ölkənin 10 şəhər və rayonunda 50 ümumtəhsil məktəblərinin nəzdində fəaliyyət göstərən icma əsaslı məktəbəqədər təhsil qrupu olaraq fəaliyyətə başlayıb. Layihənin uğurlu nəticələri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə daha da genişlənib və hazırda 55 şəhər və rayonda fəaliyyət göstərən 850 icma əsaslı məktəbəqədər təhsil qrupu sayına çatıb.

“Xarıbülbül” adlı Respublika Uşaq Rəqs Festivalına start verilib

Təhsil Nazirliyinin dəstəyi, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Bakı şəhər ümumtəhsil məktəblərinin və respublikada fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin 7-17 yaşadək olan uşaq və yeniyetmələrdən ibarət rəqs kollektivləri arasında “Xarıbülbül” adlı Respublika Uşaq Rəqs Festivalına start verilib.   Müsabiqə milli (xalq və folklor) rəqslər, Azərbaycanda yaşayan milli azlıq, azsaylı xalqlar və etnik qrupların rəqsləri, vətənpərvərlik mövzusunda fləşmob, rəqs kompozisiyaları üzrə 3 yaş (7-12, 13-17 və qarışıq) qrupunda və 3 mərhələdə keçirilir.   Müsabiqənin şərtləri aşağıdakılardır: - Festivalda Bakı şəhərinin ümumtəhsil məktəblərinin, respublikada fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin 7-17 yaşadək olan uşaq və yeniyetmələrdən ibarət rəqs kollektivləri iştirak edə bilər; - Rəqs qrupunun tərkibi 6-12 nəfərdən ibarət ola bilər; - Təhsil müəssisələri hər nominasiyada müxtəlif yaş qrupları üzrə 1 rəqs nömrəsi təqdim edə bilər; - Təqdim olunan rəqs nömrələrinin videogörüntüləri aydın və keyfiyyətli çəkilməli və təşkilat komitəsinin xaribulbulfestival2021@gmail.com elektron poçt ünvanına göndərilməlidir; - Çıxışın müddəti 1-3 dəqiqədən artıq olmamalıdır; - Rəqs kollektivinin geyimi rəqsin məzmununa uyğun olmalıdır; - Rəqsin musiqisi aydın və keyfiyyətli olmalıdır.   Festival aşağıdakı mərhələlər üzrə keçiriləcək: l mərhələ – 28 sentyabr - 22 oktyabr 2021- ci il. Festivala qatılmaq istəyən iştirakçıların qeydiyyatı ilə bağlı sifarişlərin və videogörüntülərin qəbulu. Bu mərhələdə iştirakçıların sifarişləri və videogörüntüləri Təşkilat Komitəsinin xaribulbulfestival2021@gmail.com elektron poçt ünvanına göndərilməlidir. ll mərhələ  –  23-31 oktyabr 2021-ci il. Münsiflər heyəti tərəfindən videogörüntülərə baxılması və qiymətləndirilmənin aparılması. lll mərhələ – 6 noyabr 2021- ci il. Festivalın final konserti, qaliblərin elan  olunması və mükafatlandırılması.   Müsabiqədə hər yaş qrupu üzrə l, ll, lll yerlərə layiq görülən iştirakçılar Təhsil Nazirliyinin diplom və hədiyyələri ilə mükafatlandırılacaq,  hər nominasiya üzrə yüksək ifa tərzi ilə seçilən rəqs kollektivləri münsiflər heyətinin xüsusi mükafatına layiq görüləcək, festivalda iştirak edən rəqs kollektivləri diplomlarla təltif olunacaqlar.   Müsabiqə ilə bağlı sual yarandığı halda +994 12 421 54 66 , +994 12 421 41 91, +994 55 549 58 52, +994 77 440 22 94 telefon nömrələri ilə əlaqə saxlanıla bilər.

7 peşə ixtisası üzrə sertifikat əldə etmək imkanı

Təhsildə Keyfiyyət Təminatı Agentliyi “Sənətin varsa, Sənədin olacaq” layihəsi çərçivəsində aşağıdakı ixtisaslar üzrə formal təhsilə çıxış imkanı məhdud olan vətəndaşlar üçün sertifikat əldə etmək üçün şans yaradır:   Ərzaq və qeyri-ərzaq mallarının satıcısı, nəzarətçi-xəzinədar; Bərbər; Aşpaz; Avtomobil təmiri-çilingəri; Mobil telefonların təmiri ustası; Plastik boru qaynaqçısı; Qənnadçı-Şirniyyatçı.   Qeyd olunan ixtisaslar üzrə müxtəlif kurslarda, dərnəklərdə, fərdi məşğələlərdə təlim keçmiş və ya usta yanında, özünütəhsil yolu ilə bilik və bacarıqlara yiyələnmiş vətəndaşlar həmin səriştələrin qiymətləndirilməsi və tanınması məqsədilə keçirilən imtahanlarda iştirak edə bilərlər.   İmtahanlardan uğurla keçən ərizəçilərə peşə ixtisasının müvafiq modulu üzrə bilik və bacarıqları təsdiq edən sənəd - sertifikat təqdim ediləcək. Ərizəçilər müraciət qaydaları, tələb olunan sənədlər və imtahan barədə ətraflı məlumat əldə etmək üçün keçiddən istifadə edə və imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.

Koreya Respublikasında 2022-2023-cü tədris ili üzrə təqaüd proqramı

Koreya Respublikası  2022-2023-ci tədris ili üzrə “Qlobal Koreya” təqaüd proqramını elan edir. Bakalavriat təhsil səviyyəsi üzrə elan olunan proqrama 25 yaşadək Azərbaycan Respublikası vətəndaşları müraciət edə bilərlər.   Proqramda iştirak etmək istəyənlər 5 oktyabr 2021-ci il tarixinədək sənədlərini Koreya Respublikasının Azərbaycandakı səfirliyinə təqdim etməlidirlər.   Təqaüd proqramı barədə ətraflı məlumatIa elan vasitəsilə tanış ola bilərsiniz.

Məktəblilər arasında “Zəfər yolu” inşa müsabiqəsi keçirilir

Ümumi təhsil müəssisələrinin VIII-XI sinif şagirdləri arasında “Zəfər yolu” inşa müsabiqəsinə start verilib.   İnşa müsabiqəsi Təhsil Nazirliyi, Heydər Əliyev Fondu və Qarabağ Dirçəliş Fondunun birgə təşkilatçılığı ilə keçirilir.   Müsabiqə rayon (şəhər) və ölkə üzrə olmaqla 2 mərhələdə təşkil olunub.   Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd ölkənin işğal altında olan ərazilərinin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqinin aparılması, Azərbaycan Ordusunun tarixi qələbəsi barədə şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması, habelə Zəfər Gününün ölkənin təhsil müəssisələrində yüksək səviyyədə qeyd olunmasını təmin etməkdən ibarətdir.   Ümumi təhsil müəssisələrinin şagirdləri arasında “Zəfər yolu” inşa müsabiqəsinin keçirilməsi haqqında Azərbaycan Respublikası Təhsil nazirinin əmri

Əyani tədris tam bərpa olunub

Ümumi təhsil müəssisələrinin V-XI sinifləri üzrə 29 sentyabr 2021-ci il tarixindən ənənəvi şəkildə tədrisə başlanılıb. Bu gün qeyd edilən siniflər üzrə proqnoz göstəricilərinə əsasən, 968 230 şagird ənənəvi tədrisə başlayıb. İlk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.   Bu gündən ali, orta ixtisas və peşə təhsili müəssisələrində də əyani tədrisə start verilib. 2021-2022-ci tədris ilində ali təhsil müəssisələrinin bakalavriat pilləsi üzrə 171 820 nəfər, magistratura pilləsi üzrə 16 920 nəfər, orta ixtisas təhsil müəssisələrində 57 693 nəfər, peşə təhsili müəssisələrində 24 623 tələbənin təhsil alacağı proqnozlaşdırılır.   Qeyd edək ki, cari tədris ilində ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagird təhsil alacaq. Təhsil müəssisələrində 2021-2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesinin təşkili Nazirlər Kabinetinin müvafiq qərarı əsasında sanitar-epidemioloji vəziyyətə uyğun həyata keçiriləcək.

Təhsil Nazirliyi yanında İctimai Şuraya seçki keçiriləcək

Təhsil Nazirliyi yanında İctimai Şuraya üzvlərin seçimi üçün seçki prosesi təşkil ediləcək. Bu barədə təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. Əmrə əsasən, İctimai Şuraya seçkilərin təşkili məqsədilə Seçki Komissiyası yaradılıb.   Mövcud qanunvericiliyə görə, İctimai Şuranın səlahiyyət müddəti iki ildir. Nazirlik yanında İctimai Şuranın səlahiyyət müddətinin 2021-ci ilin sentyabr ayında bitməsi nəzərə alınaraq, İctimai Şuraya yenidən seçkilər keçiriləcək.   Qeyd edək ki, Təhsil Nazirliyi yanında İctimai Şura 2019-cu ilin sentyabr ayında yaradılıb. Şuranın yaradılmasında əsas məqsəd nazirliyin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, görülən işlərdə aşkarlığın və şəffaflığın təmin edilməsi, eyni zamanda təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsi olub.

Peşə təhsili üzrə müəllim və istehsalat təlimi ustalarının işə qəbul imtahanı keçirilir

Sentyabrın 28-dən 2021-2022-ci tədris ili üçün peşə təhsil müəssisələrinə müəllim və istehsalat təlimi ustalarının işə qəbulu üzrə imtahan mərhələsinə başlanılıb. İlk dəfə həyata keçirilən test imtahanları 2 gün davam edəcək.   Müsabiqə çərçivəsində respublika üzrə 65 ixtisas fənn müəllimi və 131 istehsalat təlimi ustası vakansiyası elan olunub və ümumilikdə 1301 nəfər elektron ərizə ilə müraciət edib. Sənədləri müsabiqənin tələblərinə uyğun olan 595 nəfər müraciətçi imtahanda iştirak hüququ qazanıb.   Bu mərhələdə namizədlərə 90 dəqiqə ərzində ixtisas, tədris metodikası və məntiq üzrə 60 sual təqdim olunub.   Müraciətçilərə imtahana keçid və imtahan tarixi ilə bağlı SMS bildirişi göndərilib, həmçinin şəxsi səhifələrində müvafiq məlumatlar yerləşdirilib.   Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.

"İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi" layihəsi davam edir

Təhsil İnstitutunun Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə həyata keçirdiyi “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi” layihəsi çərçivəsində keçirilən tədbirlər davam edir.   Layihə çərçivəsində həyata keçirilən növbəti tədbir “İnklüziya mədəniyyətinin formalaşdırılması”na həsr edilib. Belə ki, Bakı, Sumqayıt, Gəncə, Şirvan şəhərlərində, Şəki, Quba və Qazax rayonlarında inklüziv siniflər təşkil olunan məktəblərdə şagirdlər və onların valideynləri ilə ayrı-ayrılıqda görüşlər keçirilib. Ümumilikdə 151 şagird və 145 valideynin iştirak etdiyi görüşlər zamanı şagirdlərlə müxtəlifliyə tolerantlıq mövzusuna toxunulub və interaktiv məşğələlər təşkil edilib. Valideynlərlə isə inklüzivlik, inklüziv təhsilin əhəmiyyəti, hüquqi bazası və dəyərləri, əlilliyin tibbi və sosial modeli, həmçinin əlilliklə bağlı düzgün terminologiya və valideynlərin inklüziv təhsildə rolu kimi mövzular müzakirə olunub.   İnklüziv siniflərdə tədrisin keyfiyyətinin təmin edilməsi məqsədilə layihə çərçivəsində mentorluq xidmətinin göstərilməsi də nəzərdə tutulub.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı