• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

7 peşə ixtisası üzrə sertifikat əldə etmək imkanı

Təhsildə Keyfiyyət Təminatı Agentliyi “Sənətin varsa, Sənədin olacaq” layihəsi çərçivəsində aşağıdakı ixtisaslar üzrə formal təhsilə çıxış imkanı məhdud olan vətəndaşlar üçün sertifikat əldə etmək üçün şans yaradır:

 

  • Ərzaq və qeyri-ərzaq mallarının satıcısı, nəzarətçi-xəzinədar;
  • Bərbər;
  • Aşpaz;
  • Avtomobil təmiri-çilingəri;
  • Mobil telefonların təmiri ustası;
  • Plastik boru qaynaqçısı;
  • Qənnadçı-Şirniyyatçı.

 

Qeyd olunan ixtisaslar üzrə müxtəlif kurslarda, dərnəklərdə, fərdi məşğələlərdə təlim keçmiş və ya usta yanında, özünütəhsil yolu ilə bilik və bacarıqlara yiyələnmiş vətəndaşlar həmin səriştələrin qiymətləndirilməsi və tanınması məqsədilə keçirilən imtahanlarda iştirak edə bilərlər.

 

İmtahanlardan uğurla keçən ərizəçilərə peşə ixtisasının müvafiq modulu üzrə bilik və bacarıqları təsdiq edən sənəd - sertifikat təqdim ediləcək. Ərizəçilər müraciət qaydaları, tələb olunan sənədlər və imtahan barədə ətraflı məlumat əldə etmək üçün keçiddən istifadə edə və imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.


3 il əvvəl