• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

İctimaiyyətlə əlaqələrə məsul şəxslər üçün təlim-seminar

Oktyabrın 1-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə yerli təhsili idarəetmə qurumlarının ictimaiyyətlə əlaqələrə məsul şəxsləri üçün onlayn təlim-seminar keçirilib.   Məqsəd regionlarda ictimaiyyətlə əlaqələrə dair  iş keyfiyyətinin artırılması, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxslərin peşə bacarıqlarının daha da inkişaf etdirilməsindən ibarətdir.   Təlim-seminar çərçivəsində rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) rəsmi  internet saytının və sosial şəbəkələrdəki səhifələrinin idarə edilməsi, media ilə əlaqə, böhran vəziyyətlərində kommunikasiya, daxil olan sorğuların operativ cavablandırılması kimi mövzular ətrafında müzakirə aparılıb.     Təlim iştirakçıları mövzu istiqamətində fikir və təcrübələrini bölüşüb, təlimin faydalılığına toxunublar.   Sonra təlim iştirakçılarını maraqlandıran çoxsaylı suallar cavablandırılıb.   Qeyd edək ki, bu istiqamətdə təlimlərin mütəmadi təşkili nəzərdə tutulur.

Yüksək texniki peşə təhsili üzrə müəllimlərin işə qəbulunun II mərhələsinin müddəti uzadılır

2021-2022-ci tədris ili üzrə yüksək texniki peşə təhsil səviyyəsi üzrə tədrisi aparacaq müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinin müddəti 8 oktyabr tarixinədək uzadılır. 27 sentyabr tarixindən həyata keçirilən sözügedən mərhələ onlayn qaydada təşkil olunmaqdadır.   Ümumilikdə müsahibə mərhələsinə keçən 136 nəfər 170 vakansiya müraciəti üzrə müsahibə ediləcək. Seçim zamanı müvafiq ixtisas üzrə təhsil və iş təcrübəsinə, tədris təcrübəsinə, həmçinin xaricdə təhsilin olmasına üstünlük veriləcək.   Müsahibələr ixtisas üzrə mütəxəssis və işəgötürən təmsilçilərinin də iştirak etdiyi müsahibə komissiyası tərəfindən təşkil olunur. Növbəti mərhələnin vaxtı və qoşulmaq üçün link namizədlərə müsahibədən 2 gün əvvəl göndəriləcək.   Qeyd edək ki, yüksək texniki peşə təhsil səviyyəsi üçün müəllim heyətinin işə qəbulu Bakı, Gəncə, Bərdə və Qəbələ şəhərləri üzrə həyata keçirilir. Vakant yerlər Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və Bərdə Peşə Liseyində yer almaqdadır.

İctimai Şuraya seçkilərin tarixi məlum olub

Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilərin təşkili ilə bağlı Seçki Komissiyasının iclası keçirilib.   İclasda iştirak edən təhsil nazirinin müavini Firudin Qurbanov İctimai Şuranın əhəmiyyətindən, nazirliyin fəaliyyətinə verəcəyi dəstəkdən və Şuranın işinin təkmilləşdirilməsi meyarlarından danışıb. Nazir müavini Şuranın təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı rəy və təkliflərin hazırlanması, normativ hüquqi aktların ictimai təhlilinin həyata keçirilməsi işində yaxından iştirakının əhəmiyyətini bildirib.   İclasda iştirak edən digər Komissiya üzvləri də öz növbəsində təkliflər irəli sürüblər.   İclasda bildirilib ki, Şuraya üzv olmaq istəyən namizədlər tələb olunan sənədləri elektron qaydada təqdim etməlidirlər. Sənədlər shura@edu.gov.az poçt ünvanına göndərilməlidir. Qeydiyyat üçün sənədlər 1 oktyabr 2021-ci il tarixindən etibarən qəbul edilir. Sənədlərin qəbulu müddəti 28 oktyabr 2021-ci il tarixində başa çatacaq.   Qeyd edək ki, Təhsil Nazirliyi yanında İctimai Şura 2019-cu ilin sentyabr ayında yaradılıb. Şuranın yaradılmasında əsas məqsəd nazirliyin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, görülən işlərdə aşkarlığın və şəffaflığın təmin edilməsi, eyni zamanda təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsi olub.   Ətraflı məlumatı aşağıda təqdim olunan elan vasitəsilə əldə edə bilərsiniz.

Məktəbəhazırlıq qruplarında məşğələlər başlayır

Oktyabrın 1-dən dövlət ümumi təhsil müəssisələrində yaradılmış məktəbəhazırlıq qruplarında məşğələlərə start verilir.   2021-2022-ci tədris ilində respublika üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 117 176 şagirdin təhsilə cəlb olunacağı gözlənilir.    Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında həftədə 4 gün olmaqla, 12 məşğələ keçirilir. Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri tədris edilir.    Məktəbəhazırlıq qruplarında məşğələlər mayın 31-də başa çatır.   Qeyd edək ki, məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək, onları əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaqdır.

Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinə mediatur keçirilib

Sentyabrın 30-da media nümayəndələrinin iştirakı ilə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinə mediatur təşkil edilib.   Mediaturun məqsədi Mərkəzdə yaradılmış şəraitlə tanış olmaq, şagirdlərin məktəbdənkənar fəaliyyət çərçivəsində gördüyü işləri yaxından müşahidə etmək olub.   Mediatur çərçivəsində iştirakçılar Mərkəzdə dərnək üzvlərinin fəaliyyətini izləyib, əl işlərinə baxış keçirib, dərnək üzvləri və rəhbərləri ilə söhbət aparıblar.   Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, Təhsil Nazirliyi sistemində 143 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Bunlardan 67-si uşaq-gənclər inkişaf mərkəzi, 76-sı uşaq-gənclər idman-şahmat məktəbidir. Məktəbdənkənar təhsil müəssisələrində 110 min nəfərdən çox şagird məşğul olur. Uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların yaradıcılıq qabiliyyətləri və fiziki imkanlarının inkişafı məqsədilə fəaliyyət çərçivəsində uşaq-gənclər inkişaf mərkəzlərində təsviri incəsənət, dekorativ-tətbiqi sənət, xoreoqrafiya, musiqi, bədii yaradıcılıq, texniki yaradıcılıq, turizm və diyarşünaslıq, ekologiya və intellekt istiqamətləri üzrə dərnəklər, həmçinin uşaq-gənclər idman-şahmat məktəblərində komanda, təkmübarizlik, şahmat, dama olmaqla idmanın 29 növü üzrə qrupların fəaliyyəti nəzərdə tutulub.   Bildirilib ki, şagirdlərin sözügedən dərnək və qruplara qeydiyyatı üçün məktəbdənkənar təhsil müəssisələrinə müraciət oluna bilər. Müəssisələr haqqında məlumatlar nazirliyin rəsmi internet səhifəsində (www.edu.gov.az) həmçinin müəssisələrə aid sosial şəbəkələrdə (feysbuk, instaqram və s.) yerləşdirilib. Bundan əlavə, 2020-ci ildən etibarən Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin dərnək və qruplarına qəbul üçün elektron qeydiyyat sistemi istifadəyə verilib. Sistemdən istifadə etmək istəyən şəxslər https://portal.edu.az/ inki üzərindən qeydiyyatdan keçməklə şagirdlərin meyl və maraqlarına uyğun idman və yaradıcılıq istiqamətləri üzrə seçim edərək, müxtəlif dərnək və qruplara üzv olmaq üçün müraciət edə bilərlər. Qeydiyyatdan keçən şəxslərə qəbul, dərnək və qrupların dərs cədvəli, tədrisin formatı, həmçinin digər məlumatlar müvafiq müəssisələr tərəfindən əlaqə saxlanılaraq bildiriləcək.   Mediaturun sonunda iştirakçıları maraqlandıran digər suallar da cavablandırılıb.

Təhsil Nazirliyi və “QS Quacquarelli Symonds” reytinq agentliyi qarşılıqlı əməkdaşlığa başlayıb

Sentyabrın 30-da Təhsil Nazirliyi və “QS Quacquarelli Symonds” beynəlxalq reytinq agentliyi arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilənin imzalanma mərasimi keçirilib.   İmzalanma mərasimində iştirak edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, bu müqavilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na uyğundur. Nazir müavininin sözlərinə görə, elmin qabaqcıl nailiyyətlərinə, innovativ təhsil texnologiyalarına əsaslanan proqramın əsas məqsədi ölkənin ali təhsil müəssisələrində yeni nəsil rəqabət qabiliyyətli mütəxəssislərin hazırlanmasını təmin etməkdir. Firudin Qurbanov qeyd edib ki, “QS Quacquarelli Symonds” beynəlxalq reytinq agentliyi ilə əməkdaşlıq dövlət başçısının qarşıya qoyduğu tapşırığın həlli yolunda əhəmiyyətli bir addımdır.   “QS Quacquarelli Symonds” agentliyinin Şərqi Avropa və Orta Asiya üzrə regional  direktoru Sergey Xristolubov Azərbaycanda ali təhsil müəssisələrinin qlobal rəqabətə davamlılığının artırılması məsələlərinə xüsusi diqqət yetirildiyini vurğulayıb.   Qeyd edək ki, müqavilə əsasında Azərbaycan universitetlərinin qlobal rəqabətə davamlılığını artırmaq, ölkənin təhsil proqramlarının beynəlxalq sahədə tanınmasını gücləndirmək və milli təhsilin akademik dairələrdə və işə götürənlər sahəsində nüfuzunun artırılması məsələləri haqqında razılığa gəlinib. İmzalanmış sənədə uyğun olaraq, Azərbaycanın qabaqcıl universitetləri akademik nüfuz, işə götürənlər arasında reputasiya, nəşr fəallığı, beynəlmilləşdirilmə və onlayn mühitdə iştirak strategiyasının formalaşdırılması imkanını verən “QS Quacquarelli Symonds” beynəlxalq reytinq agentliyinin özəl məlumatlarına və analitik informasiyasına giriş əldə edəcək.

Təhsil naziri Belarus səfiri ilə görüşüb

Sentyabrın 30-da təhsil naziri Emin Əmrullayev Belarus Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkov ilə görüşüb. Görüşdə iki ölkə arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək inkişafı, o cümlədən peşə təhsili sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.   

I sinif müəllimləri üçün 5 fənn üzrə videotəlimatlar hazırlanıb

Ötən tədris ilindən etibarən bütün ümumi təhsil müəssisələrində Təhsil İnstitutu tərəfindən hazırlanan və istifadəyə verilən yeni nəsil dərsliklər sırasında I sinif “Azərbaycan dili (tədris dili)”,  I sinif “Azərbaycan dili” (dövlət dili),  "Macmillan" Nəşriyyatının I sinif  “İngilis dili” fənni üzrə “Happy Campers”, I sinif “Riyaziyyat” və I sinif "Математика”  dərslik komplektləri yer alır.   Dərslik komplektlərinin hazırlanma prosesində dünyada qəbul olunmuş müasir yanaşmalar, qabaqcıl təhsil sistemlərinin müvafiq kurikulumları və təlimin pedaqoji prinsipləri, habelə beynəlxalq qiymətləndirmə tədqiqatlarının çərçivə sənədləri təhlil edilib. Nəticədə dərsliklərin quruluş və məzmunu, təlim metodikası, müasir metodoloji yanaşmalar və digər didaktik prinsiplər ümumiləşdirilərək dərslik konsepsiyası və komplektləri hazırlanıb.   Sözügedən yeni dərslik komplektlərinin komponentləri, məzmun standartları və fərqli cəhətləri barədə məlumatlandırıcı videoları aşağıda təqdim edirik:   Azərbaycan dili (tədris dili) Azərbaycan dili (dövlət dili) Happy Campers Riyaziyyat Математика

102 tələbə Prezident təqaüdünə layiq görülüb

Sentyabrın 29-da ölkə Prezidenti cənab İlham Əliyev "2021-2022-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında" sərəncam imzalayıb.   Sərəncama əsasən, 2021-2022-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və yerli ali təhsil müəssisələrinə  daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək.   2021/2022-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Təhsil naziri AzTV-nin "Hədəf" verilişində

Təhsil naziri Emin Əmrullayev AzTV-nin "Hədəf" verilişində qonaq olub.   Verilişdə təhsil naziri ilə cari tədris ilindən gözləntilər,  təhsil işçilərinin vaksinasiyası, tələbə kreditləri və hər kəsi maraqlandıran digər suallar ətrafında söhbət aparılıb.  

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı