• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Direktor vəzifəsinə işə qəbul üzrə müsahibələrin II mərhələsinə start verilir

Oktyabrın 1-dən direktor vəzifəsinə işə qəbul üzrə müsahibələrin ikinci mərhələsinə start verilir. Bu mərhələyə test imtahanı nəticəsi 30 bal və daha çox olan namizədlər dəvət olunacaq.   Tezliklə namizədlərin şəxsi səhifələrinə müsahibə qrafiki barədə məlumat göndəriləcək.   Namizədlər şəxsi səhifədə qeyd olunan vaxtdan 15 dəqiqə əvvəl tələb olunan sənədlərlə (şəxsiyyəti təsdiq edən sənədin, təhsil haqqında sənəd və ona əlavənin (olduğu təqdirdə) əsli, əmək kitabçasının surəti) müsahibənin keçiriləcəyi ünvana gəlməlidirlər. Müsahibəyə gəlməyən namizədlər müsabiqədə iştirakdan imtina etmiş hesab olunacaq.   Müsahibə mərhələsində namizədlərin peşə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları, dünyagörüşü və şəxsi keyfiyyətləri yoxlanılacaq.   Hər müsahibə gününün sonunda Təhsil Nazirliyinin rəsmi internet səhifəsindəki müvafiq bölmədə (https://edu.gov.az/az/key-services/diq-musahibe-neticeleri) həmin gün müsahibədə iştirak etmiş namizədlərin nəticələri elan ediləcək.   Təhsil Nazirliyi direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə iştirak edən bütün namizədlərə uğurlar arzulayır!

Anım Gününə həsr olunan “Qürur tariximiz” adlı tədbir keçirilib

Sentyabrın 27-də Təhsil Nazirliyinin dəstəyi, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Anım Gününə həsr olunan “Qürur tariximiz” adlı tədbir keçirilib.   Tədbirin keçirilməsində məqsəd Vətən müharibəsi şəhidlərinin xatirəsini ehtiramla yad etmək, böyüməkdə olan gənc nəsildə vətənə, torpağa məhəbbət hissini artırmaq, hərbi-vətənpərvərlik ruhunu təbliğ etmək, milli-mənəvi dəyərlərimizi qorumaq, uşaqların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək və istedadlarını üzə çıxarmaqdan ibarət olub.   Tədbirdə təhsil nazirinin müavini Muxtar Məmmədov, Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Problemləri şöbəsinin müdiri Cəmilə Bağırova, Xalq rəssamı Arif Hüseynov, Xalq artisti Nurəddin Mehdixanlı, Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva, Firidun bəy Köçərli adına Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, şəhid ailələri, qazilər və digər qonaqlar iştirak edib.   Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.   Tədbirdə çıxış edən təhsil nazirinin müavini Muxtar Məmmədov Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Milli Ordumuzun 27 sentyabr 2020-ci il tarixindən başlanan əks-hücum əməliyyatları nəticəsində işğal altında olan torpaqlarımızı azad etməklə milli çağdaş tarixinə şanlı səhifə yazdığını tədbir iştirakçılarının bir daha diqqətinə çatdırıb, şəhidlərimizə Allahdan rəhmət diləyib.   Daha sonra çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Gülarə Verdiyeva və Xalq artisti Nurəddin Mehdixanlı Vətən müharibəsində ordumuzun göstərdiyi şücaətdən bəhs edərək 27 sentyabr tarixinin ölkəmiz üçün qələbənin başlanğıc tarixi olduğunu bildiriblər.   Layihədə mərkəzin bədii qiraət, teatr, rəqs, vokal dərnəyinin istedadlı və fəal uşaqlarının iştirakı ilə ədəbi-bədii kompozisiya baş tutub. Rəsm, dizayner, dekotariv-tətbiqi sənət ilə məşğul olan uşaqlar və gənclər Qarabağ atlarının təsviri olan böyük və kiçik maketlərin üzərində kompozisiyalar işləyib, müxtəlif materiallarda rəsmlər çəkiblər. Həmçinin mərkəzin gənc rəssamlarının vətənpərvərlik mövzusunda çəkdikləri rəsmlərin sərgisi nümayiş etdirilib.

Anım Günü ilə bağlı tədbirlər keçirilib

Sentyabrın 27-də Təhsil Nazirliyinin dəstəyi, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Anım Gününə həsr olunan “Zəfərə doğru” adlı tədbir keçirilib.   Tədbirdə Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin sektor müdiri Qeyrət Şirəliyev, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, Vətən müharibəsi iştirakçısı, “Şuşanın azad olunmasına görə” medalla təltif olunan Regional İnkişaf İctimai Birliyinin layihə rəhbəri Orucəli Abbaszadə, II Qarabağ müharibəsinin qazisi, “Cəsur döyüşçü” medalı ilə təltif olunan kapitan Hüseynəli Hüseynəliyev, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Kəmalə Abdullayeva və Mərkəzin kollektivi iştirak ediblər.   Tədbirdə müxtəlif müsabiqələrdə iştirak etmiş Mərkəzin istedadlı yetirmələri, Bakı şəhər ümumtəhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında vətənpərvərlik mövzusunda rəsm müsabiqəsi təşkil edilib. Mərkəzin dərnək üzvləri vətənə və şəhidlərə həsr olunmuş şeir kompozisiyaları və musiqi nömrələri ilə çıxış ediblər.   Sonda müsabiqənin qalibləri 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplom və hədiyyələri ilə təltif olunub.   ***   Sentyabrın 27-də Anım Gününə həsr olunmuş Respublika şahmat turnirinə start verilib.   Yarışlarda Təhsil Nazirliyinin sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərindən 50-yə yaxın şahmatçı mübarizəyə qoşulub.   Turnirin açılış mərasimində Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib, idmançılara Anım Günü, 44 günlük Vətən müharibəsi barədə ətraflı məlumat verilib, videoçarx nümayiş etdirilib. Üç gün davam edəcək turnirin sonunda yaş qrupları üzrə qaliblər diplom və medalla təltif ediləcəklər.   21-23 sentyabr 2021-ci il tarixlərində Sumqayıt şəhər 1 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin futbol idman növü üzrə açıq birinciliyi keçirilib. Birincilikdə 2009-2010-cu il təvəllüdlü idmançılardan ibarət 8 komanda olmaqla 130-a yaxın idmançı iştirak edib.   Mükafata layiq yerləri tutmuş komandalar diplom, medal və kubokla təltif edilib.    24-27 sentyabr 2021-ci il tarixlərində Şirvan şəhər Uşaq-gənclər idman-şahmat məktəbinin boks idman növü üzrə birinciliyi keçirilib.   Birincilikdə Uşaq-gənclər idman-şahmat məktəbinin 70-ə yaxın idmançısı mübarizə aparıb. Yarışda I, II, III yerləri tutan idmançılar diplom və medal ilə təltif edilib.     ***    Sentyabrın 27-də Anım Günü ilə əlaqədar 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Xətai Sənət Mərkəzində “Qarabağ, torpağım mənim!” adlı ədəbi-bədii kompozisiyalı tədbir keçirilib.   Tədbirin əsas məqsədi II Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizin xatirəsini ehtiramla yad etmək, uşaq və gənclər arasında vətənə, torpağa məhəbbət hissini artırmaq, hərbi-vətənpərvərlik ruhunu təbliğ etməkdən ibarət olub.   Əvvəlcə tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.   Tədbirdə çıxış edən Vətən müharibəsi qaziləri Həsən Yaqubov və Ülvi Qədir müharibə xatirələri barədə iştirakçılara ətraflı məlumat veriblər.   Daha sonra dərnək üzvlərinin ifasında vətənpərvərlik ruhunda səhnəciklər, rəqs və mahnılar təqdim olunub.   Sonda isə dərnək üzvlərinin çəkdikləri rəsmlərdən ibarət sərgiyə baxış keçirilib.   *** Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən sentyabrın 27-də Anım Gününə həsr olunmuş "dəyirmi masa" keçirilib.   Tədbirdə II Vətən müharibəsi qaziləri gizir Elvin Vəliyev, gizir Nazim Məmmədov, müxbir siyasi şərhçi Nicat Hacıyev, müxbir Kəmalə Əliyeva və Mərkəzin 50 dərnək rəhbəri iştirak edib.   Tədbirdə II Vətən müharibəsi qazisi, gizir Elvin Vəliyev qazanılan möhtəşəm qələbədən danışıb, uşaqların vətənpərvərlik ruhunda böyüməsi, onlarda vətənpərvərlik hislərinin aşılanması məqsədi ilə məktəbdənkənar təhsil müəssisələrinin tədris proqramlarına Hərbi Qənimətlər Parkına, hərbi hissələrə mütəmadi ekskursiyaların təşkil olunmasını, qazilər və zabitlərlə görüşlərin keçirilməsini təklif edib. Aprel döyüşlərinin və II Vətən müharibəsinin qazisi Nazim Məmmədov aprel döyüşlərinin qələbəyə aparan ilk addım olduğunu qeyd edib və 44 günlük müharibə haqda təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüb. Daha sonra müxbir siyasi şərhçi Nicat Hacıyev öz çıxışında informasiya müharibəsinin məqamlarından danışıb. Vətən müharibəsi ərzində xalqımıza düzgün məlumatların çatdırılmasının vacibliyini vurğulayaraq cəbhə bölgəsində apardığı reportajlar haqqında ətraflı məlumat verib.   Sonra qonaqlar "dəyirmi masa" iştirakçılarının suallarını cavablandırıb.

Təhsil Nazirliyində şəhidlərin xatirəsi yad edilib

Sentyabrın 27-də saat 12:00-da Təhsil Nazirliyində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.   Allah şəhidlərimizə rəhmət eləsin!

Təhsil müəssisələrində şəhidlərimizin xatirəsi yad ediləcək

 Sentyabrın 27-də saat 12:00-da təhsil müəssisələrində Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.   Allah şəhidlərimizə rəhmət eləsin!

27 sentyabr – Anım Günü

44 günlük Vətən müharibəsində 760 təhsil işçisi düşmənə qarşı vuruşub. 20 təhsil işçisi döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.   Vətən müharibəsi zamanı 10 şagirdimiz həlak olub, 60 təhsil müəssisəsi dağıntılara məruz qalıb.

“Post COVID-19 və 4-cü sənaye inqilabı perspektivlərində təhsilin dizaynı” mövzusunda beynəlxalq konfrans keçirilib

Sentyabrın 24-də “Post COVID-19 və 4-cü sənaye inqilabı perspektivlərində təhsilin dizaynı” mövzusunda beynəlxalq konfrans keçirilib. Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə baş tutan konfransın əsas tərəfdaşları Azərbaycan Dövlət Turizm Agentliyi, “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Futuroloqlar Cəmiyyətinin - Minillik Layihəsinin Azərbaycan Respublikasındakı bölməsi və Bakı Media Mərkəzidir.   Heydər Əliyev Mərkəzində keçirilən konfransda açılış nitqi ilə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov post-COVID dövrünün pandemiyadan əvvəlki dövrdən təkcə sosial davranışların dəyişməsi ilə deyil, texnologiyaların həyatımızda əvvəlkindən daha çox rol oynaması ilə fərqlənəcəyini bildirib. Qeyd edib ki, post-COVID dövründə 4-cü sənaye inqilabı perspektivindən təhsilin necə olması məsələsi böyük aktuallıq kəsb edir.   Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili çıxış edərək rəqəmsal transformasiyadan danışıb. Bildirib ki, dünyada rəqəmsal transformasiyada ən ciddi konservatizmin olduğu sahə təhsil sahəsidir. Bu səbəbdən təhsilin 4-cü sənaye inqilabı perspektivindən dizaynı vacibdir.   Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev çıxışında qeyd edib ki, yeniliklərə açıq olmaq vacibdir. Dünyada buna yeni bilikləri öyrənmək deyirlər. Bizim yeni situasiyalara nə dərəcədə sürətlə adaptasiya olmağımız vacibdir.   Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qeyd edib ki, 4-cü sənaye inqilabı, rəqəmsal transformasiya yeni peşələrə ehtiyacı artırdı. Nazirin sözlərinə görə, bizim çox ciddi şəkildə rəqəmsal transformasiyanı həyata keçirə biləcək mütəxəssislərə ehtiyacımız var.   Daha sonra Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxışında bildirib ki, istənilən sahədə təhsil hər zaman xüsusi önəmə sahib olub. Təhsil imkanlarının genişləndirilməsi və müasir çağırışlara cavab verməsi cəmiyyətin və dövlətin inkişafında mühüm rol oynayır.   Təhsil nazirinin müavini İdris İsayev çıxışında müzakirə olunan mövzunun çox aktual olduğunu deyib. Nazir müavini qeyd edib ki, pandemiya dövründə onlayn tədrisin aparılması həm təhsil verənlər, həm də təhsil alanların rəqəmsal bacarıqlarının artmasına səbəb oldu. Bu, postpandemiya dövründə də mövcud yanaşmanın davam etməsinə bir stimul olub. Pandemiya dövründə müşahidə olunan müsbət tendensiyalar postpandemiya dövründə də davam edəcək. Bu auditoriyada rəqəmsal bacarıqlarını fərqli şəkildə və məkanlarda əldə etmiş, fərqli tətbiqləri bacaran insanlar var. Bu bacarıqların əldə olunması, yenidən inkişaf etdirilməsi, onların ömür boyu öyrənmə zəncirinin tərkib hissəsinə çevrilməsi, eləcə də rəqəmsal iqtisadiyyatın tələbləri ilə uzlaşdırılması vacib məsələlərdən biridir.   İsrailin Azərbaycandakı səfiri Corc Dik konfransın mövzusunun günün çağırışlarına uyğun gəldiyini deyib. O bildirib ki, bilik və bacarıqların texnologiyaların imkanları ilə uzalşdırılması rəqabət mühitində əlavə üstünlük qazandırır.   Daha sonra konfrans işini panel sessiyalarda davam etdirib. Panel sessiyalarda dünyanın 20-dən çox ölkəsindən beynəlxalq ekspertlər onlayn formatda çıxış ediblər. İştirakçılar rəqəmsal transformasiyanın təhsil, aqrar sahəsi, kommunikasiya və texnologiyalara, əmək bazarına təsiri, “Sənaye 4.0 və yeni təhsil texnologiyaları”, “Bilik idarəçiliyi”, “Rəqəmsal kənd təsərrüfatı”, “İqtisadiyyatın rəqəmsallaşması”, “Süni intellekt və etika”, “Rəqəmsal dövr: İqtisadiyyat və təhsil sisteminə təsir” və “Rəqəmsal dövrdə yeni peşələr” kimi mövzularda müzakirələr aparıblar. Beynəlxalq spikerlər “Əmək bazarının yeni rəqəmsal təhsil tələbləri əsasında yenidən qurulması”, “4-cü sənaye inqilabı dövründə peşəkar mütəxəssislərin yetişdirilməsi üçün mövcud olan qlobal siniflər”, “4-cü sənaye inqilabı və “Əşyaların İnterneti” (IoT) üçün yeni bir təhsil yolu”, "Onlayn tədrisin keyfiyyətinin artırılması", “Ölkələrarası əməkdaşlıq 4-cü sənaye inqilabı üzrə təşəbbüsü dəstəkləyir" və digər mövzularda təqdimatla çıxış ediblər.   Qeyd edək ki, beynəlxalq konfransın məqsədi 4-cü sənaye inqilabının təsirləri və çağırışları ilə yaranacaq yeni formatlı təhsillə əlaqədar iqtisadiyyatın müxtəlif sahələrində baş verən dəyişikliklərə uyğun olaraq bilik və bacarıqların formalaşdırılması üçün zəruri tədbirlərin görülməsinin vacibliyini cəmiyyətə çatdırmaqdır.

Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Binə qəsəbəsində yeni inşa edilən 88 saylı məktəbdə yaradılan şəraitlə tanış olub

Sentyabrın 24-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Bakının Xəzər rayonunun Binə qəsəbəsində yeni inşa edilən 88 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olub.   Təhsil naziri Emin Əmrullayev Birinci vitse-prezident Mehriban xanım Əliyevaya 88 saylı tam orta məktəbdə yaradılan şərait barədə məlumat verdi.   Bildirildi ki, yeni tikilən təhsil müəssisəsi 1600 şagird yerlikdir. Məktəbdə müasir təhsil standartlarına uyğun 37 sinif otağı, məktəbəqədər hazırlıq, fənn kabinetləri və laboratoriyalar, informatika, hərbi hazırlıq kabineti, akt və idman zalları, kitabxana, yeməkxana yaradılıb. Burada 28 sağlam təhsil sinif var. Məktəbin ibtidai sinif şagirdlərinin hamısı bu cür siniflərdə təhsil alacaqlar. Digər təhsil müəssisələrindən müəllim və şagirdlər buraya köçürüləcək. Beləliklə, Binə qəsəbəsində şagird sıxlığının aradan qaldırılmasına və tədrisin səviyyəsinin daha da yüksəldilməsinə nail olunacaq.   Qeyd edək ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, bu sferada innovativ və uğurlu beynəlxalq təcrübənin tətbiqi istiqamətində son illərdə çox böyük işlər görülüb. Dövlət səviyyəsində bu sahədə həyata keçirilən tədbirlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da olduqca mühüm töhfələr verib. Fondun bu istiqamətdə həyata keçirdiyi layihələrinin coğrafiyası, sayı və miqyası ilbəil daha da genişlənir. Təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchiz olunması bu sahənin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması, eyni zamanda, gənc nəslin daha savadlı və bilikli yetişməsi ilə nəticələnib. Yeni məktəb binalarının və tədris korpuslarının inşası həm də şagird sıxlığını aradan qaldırmaqla, onların daha keyfiyyətli təhsil almasına şərait yaradır. Bütün bu işlər bir daha sübut edir ki, Azərbaycanda təhsilin və elmin inkişafına xüsusi diqqət yetirilir və dövlətin həyata keçirdiyi siyasətin prioritetlərindən biri də insan kapitalının daha da inkişaf etdirilməsidir.   https://president.az

45 min şagird resurs dəstindən faydalanacaq

Yeni tədris ilində ümumi təhsil müəssisələrinin I sinifləri üçün resurs dəsti paylanılıb.    Bu ildən pilot olaraq həyata keçirilən layihə çərçivəsində resurs dəstləri 27 şəhər və rayon üzrə seçilmiş məktəblərə təqdim edilib və ümumilikdə 45 minə yaxın şagirdi əhatə edir. Dəstin paylanılmasında məqsəd siniflərin tədris materiallarına olan ehtiyaclarının təmin edilməsidir.    Bu dəstlər yalnız I siniflər üçün nəzərdə tutulur və A 4, vatman kağızları, təbaşir, marker, qayçı, lövhə üçün transporter, ölçü vahidləri, həndəsə taxtası  və digər lazımi vəsaitlər daxildir. Dəstə daxil olan bəzi resurslar tədris il boyu, bəziləri isə hətta 4 il müddətində istifadə oluna bilər.   Qeyd edək ki, məktəblərdə şagird və müəllimlərin lazımi tədris resursları ilə təminatı Təhsil Nazirliyinin əsas fəaliyyət istiqamətlərindəndir. Sözügedən proses növbəti illərdə də davam etdiriləcək. Layihə çərçivəsində 44 günlük Vətən müharibəsi zamanı zərər görmüş bölgələrdəki şagird və müəllimlərin tədrislə bağlı fərdi ehtiyacları xüsusi diqqətdə saxlanılacaq.

Müddətli müqavilə ilə vakansiya seçimlərinin nəticələri

22-24 sentyabr tarixlərində keçirilən ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimlərinin nəticələri elan olunub. Namizədlərin şəxsi səhifələrinə vakansiya seçimi nəticələri ilə bağlı məlumat göndərilib.   Vakansiya seçimlərində iştirak edən namizədlərdən 426 nəfər proqram təminatı vasitəsi ilə seçdiyi vakant yerə yerləşdirilərək müddətli müqavilə ilə çalışmaq imkanı qazanıb. Uğur qazanan namizədlər 28 sentyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər. Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək. Namizədlərdən sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışının təsdiq olunduğunu yoxlamaq tələb olunur.   Qeyd edək ki, müddətli müqavilə ilə vakant yerlərə işə qəbul edilmiş şəxslər üçün tədris ili ərzində daimiləşmə müsabiqəsinin həyata keçirilməsi planlaşdırılır. Həmçinin növbəti mərhələdə tədris ili ərzində yaranan vakant yerlərə namizədlərin imtahan nəticəsi və yaşayış yeri nəzərə alınmaqla əlavə yerləşdirmə həyata keçiriləcək.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı