SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Peşə təhsili üzrə müəllim və istehsalat təlimi ustalarının işə qəbul imtahanı keçirilir
Sentyabrın 28-dən 2021-2022-ci tədris ili üçün peşə təhsil müəssisələrinə müəllim və istehsalat təlimi ustalarının işə qəbulu üzrə imtahan mərhələsinə başlanılıb. İlk dəfə həyata keçirilən test imtahanları 2 gün davam edəcək.
Müsabiqə çərçivəsində respublika üzrə 65 ixtisas fənn müəllimi və 131 istehsalat təlimi ustası vakansiyası elan olunub və ümumilikdə 1301 nəfər elektron ərizə ilə müraciət edib. Sənədləri müsabiqənin tələblərinə uyğun olan 595 nəfər müraciətçi imtahanda iştirak hüququ qazanıb.
Bu mərhələdə namizədlərə 90 dəqiqə ərzində ixtisas, tədris metodikası və məntiq üzrə 60 sual təqdim olunub.
Müraciətçilərə imtahana keçid və imtahan tarixi ilə bağlı SMS bildirişi göndərilib, həmçinin şəxsi səhifələrində müvafiq məlumatlar yerləşdirilib.
Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.
3 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
3 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
3 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
3 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
3 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
3 il əvvəl