• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Xarıbülbül” adlı Respublika Uşaq Rəqs Festivalına start verilib

Təhsil Nazirliyinin dəstəyi, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Bakı şəhər ümumtəhsil məktəblərinin və respublikada fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin 7-17 yaşadək olan uşaq və yeniyetmələrdən ibarət rəqs kollektivləri arasında “Xarıbülbül” adlı Respublika Uşaq Rəqs Festivalına start verilib.

 

Müsabiqə milli (xalq və folklor) rəqslər, Azərbaycanda yaşayan milli azlıq, azsaylı xalqlar və etnik qrupların rəqsləri, vətənpərvərlik mövzusunda fləşmob, rəqs kompozisiyaları üzrə 3 yaş (7-12, 13-17 və qarışıq) qrupunda və 3 mərhələdə keçirilir.

 

Müsabiqənin şərtləri aşağıdakılardır:

Festivalda Bakı şəhərinin ümumtəhsil məktəblərinin, respublikada fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin 7-17 yaşadək olan uşaq və yeniyetmələrdən ibarət rəqs kollektivləri iştirak edə bilər;

Rəqs qrupunun tərkibi 6-12 nəfərdən ibarət ola bilər;

- Təhsil müəssisələri hər nominasiyada müxtəlif yaş qrupları üzrə 1 rəqs nömrəsi təqdim edə bilər;

Təqdim olunan rəqs nömrələrinin videogörüntüləri aydın və keyfiyyətli çəkilməli və təşkilat komitəsinin xaribulbulfestival2021@gmail.com elektron poçt ünvanına göndərilməlidir;

Çıxışın müddəti 1-3 dəqiqədən artıq olmamalıdır;

- Rəqs kollektivinin geyimi rəqsin məzmununa uyğun olmalıdır;

Rəqsin musiqisi aydın və keyfiyyətli olmalıdır.

 

Festival aşağıdakı mərhələlər üzrə keçiriləcək:

l mərhələ 28 sentyabr - 22 oktyabr 2021- ci il. Festivala qatılmaq istəyən iştirakçıların qeydiyyatı ilə bağlı sifarişlərin və videogörüntülərin qəbulu. Bu mərhələdə iştirakçıların sifarişləri və videogörüntüləri Təşkilat Komitəsinin xaribulbulfestival2021@gmail.com elektron poçt ünvanına göndərilməlidir.

ll mərhələ  –  23-31 oktyabr 2021-ci il. Münsiflər heyəti tərəfindən videogörüntülərə baxılması və qiymətləndirilmənin aparılması.

lll mərhələ – 6 noyabr 2021- ci il. Festivalın final konserti, qaliblərin elan  olunması və mükafatlandırılması.

 

Müsabiqədə hər yaş qrupu üzrə l, ll, lll yerlərə layiq görülən iştirakçılar Təhsil Nazirliyinin diplom və hədiyyələri ilə mükafatlandırılacaq,  hər nominasiya üzrə yüksək ifa tərzi ilə seçilən rəqs kollektivləri münsiflər heyətinin xüsusi mükafatına layiq görüləcək, festivalda iştirak edən rəqs kollektivləri diplomlarla təltif olunacaqlar.

 

Müsabiqə ilə bağlı sual yarandığı halda +994 12 421 54 66 , +994 12 421 41 91, +994 55 549 58 52, +994 77 440 22 94 telefon nömrələri ilə əlaqə saxlanıla bilər.


3 il əvvəl