• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

"İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi" layihəsi davam edir

Təhsil İnstitutunun Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə həyata keçirdiyi “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi” layihəsi çərçivəsində keçirilən tədbirlər davam edir.

 

Layihə çərçivəsində həyata keçirilən növbəti tədbir “İnklüziya mədəniyyətinin formalaşdırılması”na həsr edilib. Belə ki, Bakı, Sumqayıt, Gəncə, Şirvan şəhərlərində, Şəki, Quba və Qazax rayonlarında inklüziv siniflər təşkil olunan məktəblərdə şagirdlər və onların valideynləri ilə ayrı-ayrılıqda görüşlər keçirilib. Ümumilikdə 151 şagird və 145 valideynin iştirak etdiyi görüşlər zamanı şagirdlərlə müxtəlifliyə tolerantlıq mövzusuna toxunulub və interaktiv məşğələlər təşkil edilib. Valideynlərlə isə inklüzivlik, inklüziv təhsilin əhəmiyyəti, hüquqi bazası və dəyərləri, əlilliyin tibbi və sosial modeli, həmçinin əlilliklə bağlı düzgün terminologiya və valideynlərin inklüziv təhsildə rolu kimi mövzular müzakirə olunub.

 

İnklüziv siniflərdə tədrisin keyfiyyətinin təmin edilməsi məqsədilə layihə çərçivəsində mentorluq xidmətinin göstərilməsi də nəzərdə tutulub.


3 il əvvəl