SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Əyani tədris tam bərpa olunub
Ümumi təhsil müəssisələrinin V-XI sinifləri üzrə 29 sentyabr 2021-ci il tarixindən ənənəvi şəkildə tədrisə başlanılıb. Bu gün qeyd edilən siniflər üzrə proqnoz göstəricilərinə əsasən, 968 230 şagird ənənəvi tədrisə başlayıb. İlk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.
Bu gündən ali, orta ixtisas və peşə təhsili müəssisələrində də əyani tədrisə start verilib. 2021-2022-ci tədris ilində ali təhsil müəssisələrinin bakalavriat pilləsi üzrə 171 820 nəfər, magistratura pilləsi üzrə 16 920 nəfər, orta ixtisas təhsil müəssisələrində 57 693 nəfər, peşə təhsili müəssisələrində 24 623 tələbənin təhsil alacağı proqnozlaşdırılır.
Qeyd edək ki, cari tədris ilində ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagird təhsil alacaq. Təhsil müəssisələrində 2021-2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesinin təşkili Nazirlər Kabinetinin müvafiq qərarı əsasında sanitar-epidemioloji vəziyyətə uyğun həyata keçiriləcək.
3 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
3 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
3 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
3 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
3 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
3 il əvvəl