• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil naziri olimpiada qalibləri ilə görüşüb

Oktyabrın 2-də təhsil naziri Emin Əmrullayevin iştirakı ilə 2020-2021-ci tədris ili üzrə beynəlxalq fənn olimpiada qalibləri ilə görüş keçirilib. Görüşdə 24 nəfər beynəlxalq fənn olimpiada qalibi və olimpiadalara hazırlıq komandalarının rəhbərləri iştirak edib.    Görüşdə çıxış edən təhsil naziri Emin Əmrullayev olimpiada hərəkatının üzvü olan hər bir gəncin gələcəkdə ölkənin ən yaxşı mütəxəssisinə çevriləcəyinə inamını ifadə edib. Nazir bildirib ki, xüsusi istedadlı gənclər onlarda olan bacarığı düzgün istiqamətləndirməyi bacarmalıdır.    Çıxışının sonunda qalibləri bir daha təbrik edən təhsil naziri onlara uğurlar arzulayıb.    Daha sonra olimpiada qaliblərinə hədiyyələr təqdim olunub.    Qeyd edək ki, ötən tədris ilində məktəblilərimiz müxtəlif yaş qrupları üzrə müxtəlif miqyaslı olimpiadalardan ümumilikdə 53 medal  – 6 qızıl, 15 gümüş, 32 bürünc, 10 həvəsləndirici mükafat qazanıblar.

2021-2022-ci tədris ili üzrə 724 SABAH tələbəsi

Ölkənin 11 ali təhsil müəssisəsini əhatə edən SABAH qruplarına, eləcə də SABAH qrupları layihəsi modeli çərçivəsində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) xüsusi pilot qrupuna qəbul üçün iyun-avqust aylarında 2021-2022-ci tədris ili üzrə tələbə seçimi aparılıb. Sözügedən qruplara tələbə seçimi mərkəzləşdirilmiş qaydada üç mərhələdən (akademik göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) ibarət olmaqla müsabiqə yolu ilə həyata keçirilir.   Müsabiqədə iştirak üçün ümumilikdə 1746 tələbə müraciət edib, onlardan 1690 nəfəri test imtahanı mərhələsində iştirak hüququ qazanıb. Dövlət İmtahan Mərkəzi tərəfindən iyul ayında pandemiya şəraitinin tələblərinə uyğun keçirilmiş imtahanda 1404 tələbə iştirak edib. 35 ixtisas üzrə test imtahanı mərhələsini uğurla keçən 1059 tələbə üçün onlayn müsahibə təşkil edilib. Müsabiqənin nəticələrinə əsasən, 724 tələbə 29 ixtisas üzrə SABAH tələbəsi adını qazanıb. ADBTİA xüsusi pilot qrupuna isə 2 ixtisas üzrə 30 tələbə qəbul olub.   Qeyd edək ki, 2021-2022-ci tədris ili üçün SABAH qruplarında yeni ixtisaslar açılıb.

Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumu keçirilib

Oktyabrın 1-də Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumu təşkil olunub.   Forumda açılış nitqi ilə çıxış edən təhsil naziri Emin Əmrullayev forumun əhəmiyyətini yüksək qiymətləndirdiyini qeyd edərək təşkilatçılara və spikerlərə təşəkkür edib, forumda müzakirə ediləcək məsələlərin Azərbaycan təhsilinə böyük töhfə olacağını dilə gətirib. Beynəlxalq Müəllimlər Günü münasibəti ilə müəllimlərə təbrikini çatdıran təhsil naziri fərqli ideyaların paylaşılmasının vacibliyinə toxunub.   Azərbaycanda təhsil prosesinin yeni reallıqlarla üzləşdiyini qeyd edən Emin Əmrullayev post-konflikt dövründə yeni imkanların yarandığını, indiki nəslin yaxşı təhsillə təmin olunması üçün imkanların genişləndiyini qeyd edib. Nazir eyni zamanda COVID-19 pandemiyasının təhsil prosesinə təsirlərindən də söz açıb. Yeni texnologiyalardan istifadəni müsbət hal kimi qiymətləndirib.    Nazir çıxışının sonunda forumun işinə uğurlar arzulayıb.    Daha sonra T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının koordinatoru Cəfər Mənsimi beynəlxalq forumun məqsədi və vəzifələri barədə məlumat verib. Bildirilib ki, Beynəlxalq Müəllimlər Gününə həsr olunan forum Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə qəbul olunmuş “Azərbaycan 2030:  Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”i və sənədin “XXI əsrin tələblərinə uyğun təhsil” istiqamətini rəhbər tutur.   Beynəlxalq forumda PISA-nın (Program for International Student Assessment - Şagird nailiyyətlərinin beynəlxalq qiymətləndirilməsi proqramı) direktoru Andreas Şleyxer, məşhur professor, yazıçı, tədqiqatçı və bestsellər müəllifi Philip Kotler, Toronto Universitetinin fəxri professoru, "Dərin öyrənmə" nəzəriyyəsinin yardıcısı Maykl Fullan,  dünyada məşhur "edX" platformasının qurucusu, MIT-in professoru Anant Agarval, psixoloq, yazıçı, Türkiyədə və İtaliyada bestsellər müəllifi Azra Kohen, qlobal səviyyədə tanınan "Khan Academy"-nin qurucusu Sal Xan təqdimatlarla çıxış edərək öz təcrübələrini bölüşüblər.   "Təşəbbüsdən tətbiqə” başlığı altında baş tutan beynəlxalq forum virtual təhsil, beynəlxalq qiymətləndirmə, liderlik, 21-ci əsrin bacarıqları və davamlı inkişaf mövzularını əhatə edib.   Qeyd edək ki, Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumu T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platforması və Təhsil İnstitutunun təşkilatçılığı, Təhsil Nazirliyi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, “Bir könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin dəstəyi ilə baş tutub. Forumun informasiya tərəfdaşı "Azərbaycan müəllimi" qəzeti və "Azərbaycan məktəbi" jurnalıdır.   

Təhsil nazirinin videoqəbulu keçirilib

Oktyabrın 1-də təhsil naziri Emin Əmrullayev Ağdaş, Ucar, Zərdab, Kürdəmir, Göyçay, İsmayıllı, Şamaxı və Ağsu rayon sakinlərini videobağlantı vasitəsilə qəbul edib. Qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.   Təhsil naziri vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.    Videoqəbulda vətəndaşlar əsasən müəllimlərin yerdəyişməsi, işlə təmin olunma, dərs saatlarının artırılması, xarici diplomların tanınması kimi məsələlərlə bağlı müraciətlər ediblər.    Qeyd edək ki, videoqəbulun təşkil edilməsində əsas məqsəd vətəndaşların Təhsil Nazirliyinə müraciət imkanlarını müasir texnologiyalardan istifadə etməklə  genişləndirmək, regionlarda yaşayanlara nazirliyin inzibati binasına gəlmədən vəzifəli şəxslərlə videobağlantı vasitəsilə birbaşa əlaqə imkanının yaradılmasıdır.

Təhsil naziri UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin yeni rəhbəri ilə görüşüb

Oktyabrın 1-də təhsil naziri Emin Əmrullayev BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı Nümayəndəliyinin yeni rəhbəri Aleks Haykens ilə görüşüb.   Görüşdə Azərbaycan Respublikası ilə BMT-nin Uşaq Fondu (UNICEF) arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və mümkün əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

İnsan resursları mərkəzinin yeni “Çağrı xidməti” istifadəyə verilib

Vətəndaşlara daha operativ və keyfiyyətli xidmət göstərilməsi üçün İnsan resursları mərkəzinin yeni “Çağrı xidməti” (146-5) istifadəyə verilib. Mərkəzlə əlaqə saxlamaq üçün vətəndaşlar Təhsil Nazirliyinin 146 nömrəsinə zəng edərək müvafiq dil seçdikdən sonra 5 düyməsini sıxmalıdırlar.   “Çağrı xidməti” vasitəsilə vətəndaşlar İnsan resursları mərkəzinin fəaliyyət istiqamətlərinə uyğun sual və müraciətlərini ünvanlaya, ətraflı məlumat əldə edə bilərlər:   Qeyd edək ki, Mərkəzin “Çağrı xidməti” həftəiçi beş gün (bazar ertəsi – cümə günləri) saat 09:00-dan 18:00-dək xidmət göstərəcək. Vətəndaşların müraciətləri artıq 012 430 52 78 nömrəsi vasitəsi ilə deyil, 146-5 xətti vasitəsi ilə qəbul olunacaq.

“Sahibkar məktəbli” adlı müsabiqəyə start verilib

Oktyabrın 1-dən Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə uşaq və gənclər arasında hibrid (onlayn və canlı) formatda “Sahibkar məktəbli” müsabiqəsinə start verilir.   Müsabiqənin əsas məqsədi məktəblilərin sahibkarlıq bacarıqlarının formalaşdırılması, onlar arasında kiçik biznesin inkişaf etdirilməsi, liderlik potensialı və kreativ düşüncəyə malik olan yaradıcı və istedadlı uşaqların üzə çıxarılmasından ibarətdir.   İştirakçılar müsabiqəyə 2 yaş (10-13, 14-16) qrupu üzrə fərdi və qrup (3 və ya 5 nəfərdən ibarət komandalar) şəklində qatıla bilər    Müsabiqə üçün biznes layihələri aşağıdakı 5 nominasiya üzrə qəbul olunur: İnternet sahibkarlığı (satış); Sosial, ictimai sahədə sahibkarlıq; Yeni masaüstü və onlayn oyunlar; Ekoloji təmiz məhsul və uşaqlar üçün qidalar; Resursların təkrar emalı - yeni məhsulların dizaynı və istehsalı. Müsabiqənin şərtləri aşağıdakılardır:   - Müsabiqədə bir iştirakçı yalnız 1 nominasiya üzrə iştirak edə bilər və yalnız 1 biznes layihə təqdim edə bilər;   - Seçilmiş nominasiya üzrə təqdim olunacaq işlər kənar şəxslərin müdaxiləsi olmadan iştirakçının özü tərəfindən hazırlanmalıdır.           Müsabiqə aşağıdakı mərhələlər üzrə keçirilir:   I mərhələ  - 1-20 oktyabr 2021-ci il. Müsabiqəyə qeydiyyat üçün iştirakçılar ərizələrini startuprugim@gmail.com elektron poçt ünvanına göndərilməlidir;   II mərhələ  - 25-29 oktyabr 2021-ci il. Startapların və sahibkarlığın fəaliyyəti, mentorluq anlayışı ilə bağlı onlayn mühazirələr kursu. 30-31oktyabr 2021-ci il tarixlərində "Necə müraciət etmək olar" və "Çıxış nitqi üçün necə hazırlaşmalı" vebinarları;   III mərhələ  - 10-30 noyabr 2021-ci il. Mentorluq. İdeyalar üzərində komanda işi, mütəxəssislərlə birlikdə bir layihə təqdimatının hazırlanması;   IV mərhələ - 1-15 dekabr 2021-ci il. Layihələr və təqdimatlar olan əsas ərizələrin toplanması, ərizələrin təhlili, layihələrin qısa siyahısının formalaşdırılması;   V mərhələ - 20-29 dekabr 2021-ci il. Uşaqların startap layihələrinin təqdimatlarının keçirilməsi və izdiham platformasına (crowdfunding) daxil olmaq üçün finalçıların müəyyənləşdirilməsi;   VI mərhələ - 30 dekabr 2021-ci il. Qalib layihələrin müəyyənləşdirilməsi;   Müsabiqədə hər yaş qrupu üzrə I, II və III yerlərə layiq görülən iştirakçılar Təhsil Nazirliyinin diplom və hədiyyələri ilə mükafatlandırılacaq, bütün iştirakçılara sertifikatlar təqdim olunacaq.   İştirakçılar müsabiqə ilə bağlı ətraflı məlumatları Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin feysbuk səhifəsindən https://www.facebook.com/rugim.az/ və ya + 994 12 492 57 67, +994 55 518 00 94 telefon nömrələri vasitəsilə əldə edə bilər.

Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumunun zamanı yetişdi

1 oktyabr saat 19:00-da Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumu start götürəcək.   Dünya səviyyəli spikerlerin çıxış edəcəyi beynəlxalq forumun əsas məqsədi təhsildə yeni çağırışları müzakirə etməkdir.   "Təşəbbüsdən tətbiqə” başlığı altında baş tutacaq beynəlxalq forum virtual təhsil, beynəlxalq qiymətləndirmə, liderlik, XXI əsrin bacarıqları və davamlı inkişaf mövzularını əhatə edir.   Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumunda təhsil naziri Emin Əmrullayev açılış nitqi ilə çıxış edəcək.   Onlayn formatda keçiriləcək forumda PISA-nın (Program for International Student Assessment - Şagird nailiyyətlərinin beynəlxalq qiymətləndirilməsi proqramı) direktoru Andreas Schleicher, məşhur professor, yazıçı, tədqiqatçı və bestsellər müəllifi Philip Kotler, Toronto Universitetinin fəxri professoru, "Dərin öyrənmə" nəzəriyyəsinin yaradıcısı Maykl Fullan,  dünyada məşhur "edX" platformasının qurucusu, MIT-in professoru Anant Agarwal, psixoloq, yazıçı, Türkiyədə və İtaliyada bestsellər müəllifi Azra Kohen, qlobal səviyyədə tanınan "Khan Academy"-nin qurucusu Sal Khan öz təcrübələrini bölüşəcəklər.   Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumu T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platforması və Təhsil İnstitutunun təşkilatçılığı, Təhsil Nazirliyi,  Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, “Bir könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin dəstəyi ilə baş tutacaq.   Beynəlxalq forumun proqramı ilə müvafiq linkdən tanış ola bilərsiniz: https://bit.ly/3mibDCw   “Youtube” üzərindən canlı yayımlanacaq forumu müvafiq linkə keçid edərək izləyə bilərsiniz: https://bit.ly/3kVbjds

Təhsil nazirinin brifinqi

Oktyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Sərəncamı ilə bağlı təhsil naziri Emin Əmrullayevin iştirakı ilə brifinq keçirilir.  

Bakı Musiqi Akademiyasının əməkdaşlarına dövlət təltifləri təqdim edilib

Oktyabrın 1-də Təhsil Nazirliyində Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə Azərbaycanda musiqi təhsilinin inkişafında xidmətlərinə görə bu təhsil müəssisəsinin təltif olunan əməkdaşlarına dövlət təltiflərinin təqdimetmə mərasimi keçirilib.   Mərasimdə çıxış edən təhsil naziri Emin Əmrullayev Akademiyanın ölkəmizdə musiqi mədəniyyəti və tarixinin tanıdılması sahəsində müstəsna xidmətlərinə toxunub. Nazir sözügedən təhsil müəssisəsinin hazırda da mədəniyyət və incəsənətin inkişafı, peşəkar musiqiçilərin hazırlanması işinə töhfə verməkdə davam etdiyini vurğulayıb.   Təhsil naziri sonda Akademiyanın əməkdaşlarına  gələcək fəaliyyətlərində uğurlar arzulayıb.   Daha sonra təhsil müəssisələrinin əməkdaşlarına dövlət təltifləri təqdim olunub.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı