• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

İctimai Şuraya seçkilərin tarixi məlum olub

Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilərin təşkili ilə bağlı Seçki Komissiyasının iclası keçirilib.

 

İclasda iştirak edən təhsil nazirinin müavini Firudin Qurbanov İctimai Şuranın əhəmiyyətindən, nazirliyin fəaliyyətinə verəcəyi dəstəkdən və Şuranın işinin təkmilləşdirilməsi meyarlarından danışıb. Nazir müavini Şuranın təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı rəy və təkliflərin hazırlanması, normativ hüquqi aktların ictimai təhlilinin həyata keçirilməsi işində yaxından iştirakının əhəmiyyətini bildirib.

 

İclasda iştirak edən digər Komissiya üzvləri də öz növbəsində təkliflər irəli sürüblər.

 

İclasda bildirilib ki, Şuraya üzv olmaq istəyən namizədlər tələb olunan sənədləri elektron qaydada təqdim etməlidirlər. Sənədlər shura@edu.gov.az poçt ünvanına göndərilməlidir. Qeydiyyat üçün sənədlər 1 oktyabr 2021-ci il tarixindən etibarən qəbul edilir. Sənədlərin qəbulu müddəti 28 oktyabr 2021-ci il tarixində başa çatacaq.

 

Qeyd edək ki, Təhsil Nazirliyi yanında İctimai Şura 2019-cu ilin sentyabr ayında yaradılıb. Şuranın yaradılmasında əsas məqsəd nazirliyin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, görülən işlərdə aşkarlığın və şəffaflığın təmin edilməsi, eyni zamanda təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsi olub.

 

Ətraflı məlumatı aşağıda təqdim olunan elan vasitəsilə əldə edə bilərsiniz.


2 il əvvəl