• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinə mediatur keçirilib

Sentyabrın 30-da media nümayəndələrinin iştirakı ilə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinə mediatur təşkil edilib.

 

Mediaturun məqsədi Mərkəzdə yaradılmış şəraitlə tanış olmaq, şagirdlərin məktəbdənkənar fəaliyyət çərçivəsində gördüyü işləri yaxından müşahidə etmək olub.

 

Mediatur çərçivəsində iştirakçılar Mərkəzdə dərnək üzvlərinin fəaliyyətini izləyib, əl işlərinə baxış keçirib, dərnək üzvləri və rəhbərləri ilə söhbət aparıblar.

 

Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, Təhsil Nazirliyi sistemində 143 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Bunlardan 67-si uşaq-gənclər inkişaf mərkəzi, 76-sı uşaq-gənclər idman-şahmat məktəbidir. Məktəbdənkənar təhsil müəssisələrində 110 min nəfərdən çox şagird məşğul olur. Uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların yaradıcılıq qabiliyyətləri və fiziki imkanlarının inkişafı məqsədilə fəaliyyət çərçivəsində uşaq-gənclər inkişaf mərkəzlərində təsviri incəsənət, dekorativ-tətbiqi sənət, xoreoqrafiya, musiqi, bədii yaradıcılıq, texniki yaradıcılıq, turizm və diyarşünaslıq, ekologiya və intellekt istiqamətləri üzrə dərnəklər, həmçinin uşaq-gənclər idman-şahmat məktəblərində komanda, təkmübarizlik, şahmat, dama olmaqla idmanın 29 növü üzrə qrupların fəaliyyəti nəzərdə tutulub.

 

Bildirilib ki, şagirdlərin sözügedən dərnək və qruplara qeydiyyatı üçün məktəbdənkənar təhsil müəssisələrinə müraciət oluna bilər. Müəssisələr haqqında məlumatlar nazirliyin rəsmi internet səhifəsində (www.edu.gov.az) həmçinin müəssisələrə aid sosial şəbəkələrdə (feysbuk, instaqram və s.) yerləşdirilib. Bundan əlavə, 2020-ci ildən etibarən Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin dərnək və qruplarına qəbul üçün elektron qeydiyyat sistemi istifadəyə verilib. Sistemdən istifadə etmək istəyən şəxslər https://portal.edu.az/ inki üzərindən qeydiyyatdan keçməklə şagirdlərin meyl və maraqlarına uyğun idman və yaradıcılıq istiqamətləri üzrə seçim edərək, müxtəlif dərnək və qruplara üzv olmaq üçün müraciət edə bilərlər. Qeydiyyatdan keçən şəxslərə qəbul, dərnək və qrupların dərs cədvəli, tədrisin formatı, həmçinin digər məlumatlar müvafiq müəssisələr tərəfindən əlaqə saxlanılaraq bildiriləcək.

 

Mediaturun sonunda iştirakçıları maraqlandıran digər suallar da cavablandırılıb.


2 il əvvəl