• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil Nazirliyi və “QS Quacquarelli Symonds” reytinq agentliyi qarşılıqlı əməkdaşlığa başlayıb

Sentyabrın 30-da Təhsil Nazirliyi və QS Quacquarelli Symonds beynəlxalq reytinq agentliyi arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilənin imzalanma mərasimi keçirilib.

 

İmzalanma mərasimində iştirak edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, bu müqavilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na uyğundur. Nazir müavininin sözlərinə görə, elmin qabaqcıl nailiyyətlərinə, innovativ təhsil texnologiyalarına əsaslanan proqramın əsas məqsədi ölkənin ali təhsil müəssisələrində yeni nəsil rəqabət qabiliyyətli mütəxəssislərin hazırlanmasını təmin etməkdir. Firudin Qurbanov qeyd edib ki, “QS Quacquarelli Symonds” beynəlxalq reytinq agentliyi ilə əməkdaşlıq dövlət başçısının qarşıya qoyduğu tapşırığın həlli yolunda əhəmiyyətli bir addımdır.

 

“QS Quacquarelli Symonds” agentliyinin Şərqi Avropa və Orta Asiya üzrə regional  direktoru Sergey Xristolubov Azərbaycanda ali təhsil müəssisələrinin qlobal rəqabətə davamlılığının artırılması məsələlərinə xüsusi diqqət yetirildiyini vurğulayıb.

 

Qeyd edək ki, müqavilə əsasında Azərbaycan universitetlərinin qlobal rəqabətə davamlılığını artırmaq, ölkənin təhsil proqramlarının beynəlxalq sahədə tanınmasını gücləndirmək və milli təhsilin akademik dairələrdə və işə götürənlər sahəsində nüfuzunun artırılması məsələləri haqqında razılığa gəlinib. İmzalanmış sənədə uyğun olaraq, Azərbaycanın qabaqcıl universitetləri akademik nüfuz, işə götürənlər arasında reputasiya, nəşr fəallığı, beynəlmilləşdirilmə və onlayn mühitdə iştirak strategiyasının formalaşdırılması imkanını verən “QS Quacquarelli Symonds” beynəlxalq reytinq agentliyinin özəl məlumatlarına və analitik informasiyasına giriş əldə edəcək.


2 il əvvəl