SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
I sinif müəllimləri üçün 5 fənn üzrə videotəlimatlar hazırlanıb
Ötən tədris ilindən etibarən bütün ümumi təhsil müəssisələrində Təhsil İnstitutu tərəfindən hazırlanan və istifadəyə verilən yeni nəsil dərsliklər sırasında I sinif “Azərbaycan dili (tədris dili)”, I sinif “Azərbaycan dili” (dövlət dili), "Macmillan" Nəşriyyatının I sinif “İngilis dili” fənni üzrə “Happy Campers”, I sinif “Riyaziyyat” və I sinif "Математика” dərslik komplektləri yer alır.
Dərslik komplektlərinin hazırlanma prosesində dünyada qəbul olunmuş müasir yanaşmalar, qabaqcıl təhsil sistemlərinin müvafiq kurikulumları və təlimin pedaqoji prinsipləri, habelə beynəlxalq qiymətləndirmə tədqiqatlarının çərçivə sənədləri təhlil edilib. Nəticədə dərsliklərin quruluş və məzmunu, təlim metodikası, müasir metodoloji yanaşmalar və digər didaktik prinsiplər ümumiləşdirilərək dərslik konsepsiyası və komplektləri hazırlanıb.
Sözügedən yeni dərslik komplektlərinin komponentləri, məzmun standartları və fərqli cəhətləri barədə məlumatlandırıcı videoları aşağıda təqdim edirik:
3 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
3 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
3 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
3 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
3 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
3 il əvvəl