SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
İctimaiyyətlə əlaqələrə məsul şəxslər üçün təlim-seminar
Oktyabrın 1-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə yerli təhsili idarəetmə qurumlarının ictimaiyyətlə əlaqələrə məsul şəxsləri üçün onlayn təlim-seminar keçirilib.
Məqsəd regionlarda ictimaiyyətlə əlaqələrə dair iş keyfiyyətinin artırılması, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxslərin peşə bacarıqlarının daha da inkişaf etdirilməsindən ibarətdir.
Təlim-seminar çərçivəsində rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) rəsmi internet saytının və sosial şəbəkələrdəki səhifələrinin idarə edilməsi, media ilə əlaqə, böhran vəziyyətlərində kommunikasiya, daxil olan sorğuların operativ cavablandırılması kimi mövzular ətrafında müzakirə aparılıb.
Təlim iştirakçıları mövzu istiqamətində fikir və təcrübələrini bölüşüb, təlimin faydalılığına toxunublar.
Sonra təlim iştirakçılarını maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
Qeyd edək ki, bu istiqamətdə təlimlərin mütəmadi təşkili nəzərdə tutulur.
3 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
3 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
3 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
3 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
3 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
3 il əvvəl