• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

İyunun 25-də Təhsil Nazirliyində Prezident İlham Əliyevin sərəncamı ilə "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüş Lidiya Mixaylovna Qranovskayaya ali mükafatın təqdimolunma mərasimi keçirilib.

Mərasimdə təhsil naziri Mikayıl Cabbarov Bakı Slavyan Universitetinin professoru Lidiya Qranovskayanın Azərbaycanda yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanması, eyni zamanda rus dilinin tədqiqi sahəsindəki xidmətlərindən danışıb və ona fəaliyyətində uğurlar arzulayıb. Lidiya Qranovskaya onun pedaqoji və tədqiqatçılıq fəaliyyətinə verilmiş yüksək qiymətə görə dövlət başçısına təşəkkürünü bildirib. Sonda nazir “Əməkdar elm xadimi” medalını və vəsiqəsini Lidiya Qranovskayaya təqdim edib.

İyunun 25-də Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Macarıstanın insan resursları naziri Zoltan Balogu qəbul edib.

Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanla Macarıstan arasında əməkdaşlığın uğurla inkişaf etdiyini və Macarıstanın təhsil islahatları sahəsində təcrübəsinin öyrənilməsinin dəyərli olacağını söyləyib, bu təcrübənin Azərbaycanla bölüşmək təşəbbüsünə görə minnətdarlığını ifadə edib. Görüş zamanı 11 noyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Macarıstanın İnsan Resursları Nazirliyi arasında 2015-2017-ci illər üzrə imzalanmış İş Proqramına əsasən Macarıstanda ali təhsil almaq məqsədilə azərbaycanlı tələbələrə 2015-2017-ci illər ərzində hər il müxtəlif sahələrə üzrə Macarıstan tərəfindən 200 təqaüdün ayrıldığı xüsusi vurğulanaraq, bu təşəbbüsün gələcəkdə ikitərəfli əməkdaşlığın inkişafına müsbət töhfə verəcəyi bildirilib. Təqaüdlər təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələrində ölkəmiz üçün prioritet olan informasiya texnologiyaları, tibb, kənd təsərrüfatı, təbiət elmləri, mühəndislik, turizm və iqtisadiyyat ixtisas istiqamətlərində mütəxəssislərin hazırlanmasını təmin edəcəkdir. Görüş zamanı eləcə də Azərbaycanla Macarıstan arasında ali təhsil, ikili diplom və mübadilə proqramları, universitetlərarası əməkdaşlıq və akademik mobillik sahəsində mümkün əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. Z.Balog həmçinin, Birinci Avropa Oyunlarını izləmək və bir sıra idman növləri üzrə çıxış edən Macarıstanlı idmançılara dəstək olmaq üçün ölkəmizə səfər etdiyini bildirib.

Bu yaxınlarda Yunanıstanın paytaxtı Afina şəhərində "Qlobal şəffaflıq: Davamlı gələcək naminə korrupsiyaya qarşı mübarizə" 13-cü beynəlxalq konfransı keçirilmişdir.

Yunanıstanın dövlət, hökumət başçıları, dini rəhbərlərinin də qatıldığı və 135 ölkədən 1500 nəfərin iştirak etdiyi beynəlxalq tədbirdə korrupsiyanın insanların həyatı ilə birbaşa əlaqəsindən, onun törətdiyi fəsadlardan, iqlim dəyişikliyi, enerji və su ehtiyatlarından qeyri-səmərəli istifadə və s. məsələlərdən ətraflı söhbət açılmışdır. Konfransda uşaq əməyindən istifadə, insan orqanlarının satılması, insana qarşı zorakılıq, narkotika ticarəti, ailə hüquqlarının pozulması, uşaqların mühafizəsi və s. məsələlərə də toxunulmuşdur. Beynəlxalq Antikorrupsiya Konfransında Azərbaycanı Şəffaflıq Azərbaycan Təşkilatının rəhbəri Rəna Səfərəliyeva, Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin böyük məsləhətçisi Ənvər İmanov, QHT rəhbərlərindən İnqilab Əhmədov və Vüqar Bayramov təmsil etmişlər. Konfransın sonunda Afina Bəyannaməsi qəbul edilmişdir. Bəyannamədə ətraf mühitin, su ehtiyatlarının qorunması və onlardan səmərəli istifadə edilməsi, iqlim dəyişikliyinin törətdiyi fəsadların aradan qaldırılması və s. məsələlər, korrupsiya ilə mübarizə məqsədilə planet əhalisinin maarifləndirilməsi önə çəkilmişdir.

“SABAH-ın könüllüsü” tərəfindən yaradılmış azarkeş qrupları “Bakı 2015” 1-ci Avropa Oyunlarında Azərbaycan idmançılarına dəstək nümayiş etdirib və oyunlarda tamaşaçı fəallığının artırılmasına töhfə verib.

  Ölkəmizin ev sahibliyi etdiyi möhtəşəm beynəlxalq tədbirlərdən olan, ümumilikdə 50 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançının iştirak etdiyi “Bakı 2015” 1-ci Avropa Oyunları beynəlxalq idman məkanında ən mühüm tədbirlərdən biridir. Avropanın 49 dövlətindən olan atletlər üçün nəzərdə tutulan idman bayramı dünyanın diqqətini öz üzərində cəmləyib. Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH qruplarında təhsil alan tələbələrdən ibarət azarkeş qruplarındakı gənclər milli komandalarmızın və idmançılarımızın çıxışlarını maraqla izləyib, “Bakı 2015” 1-ci Avropa Oyunlarının coşqusunu yaşayaraq, təmsilçilərimizə dəstək nümayiş etdiriblər. Oyunlar bitdikdən sonra idmançılarımızla xatirə şəkli çəkdirən tələbələr milli qürurumuz olan atletlərimizi yaxından tanımaq fürsəti qazanıblar. Məlumat üçün qeyd edək ki, “SABAH-ın könüllüsü” proqramı SABAH qruplarının tələbələrinin akademik təhsildən ayrılmadan, könüllü fəaliyyətə cəlb olunmaqla, sosial aktivliyini artırmaq, alınmış biliklərin praktikada tətbiqi, eləcə də tələbələrin idarəçilik bacarıqlarının və liderlik potensialının inkişaf etdirilməsi məqsədilə fəaliyyət göstərir. SABAH qrupları ali təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin yaradılması məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində Savadlı, Bacarıqlı və Hazırlıqlı tələbələrdən təşkil olunub. Hazırda SABAH qrupları 7 ali təhsil müəssisəsində (Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dillər Universiteti) 34 ixtisas üzrə 755 tələbəni əhatə edir. 

Sentyabrın 15-də Bakıda İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin filialı fəaliyyətə başlayacaq.

İlk tədris ilində filialda dövlət sifarişi əsasında 100 tələbə müalicə işi ixtisası üzrə təhsil alacaq. I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının yaradılması haqqında qərar Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncam əsasında qəbul edilib. Rusiya Səhiyyə Nazirliyi də universitetin Bakı filialının yaradılması haqqında müvafiq əmr imzalayıb. Filialın yaradılmasında məqsəd Azərbaycan Respublikasında tibb təhsilinin təkmilləşdirilməsi və bu sahədə dünyanın nüfuzlu ali təhsil mərkəzləri ilə əlaqələrin genişləndirilməsi, həmçinin ölkə vətəndaşlarının Rusiya Federasiyasının tibb təhsili müəssisələrində oxumaq arzusunun təmin olunmasından ibarətdir. İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universiteti Bakıda yaradılan filialın kadrlarla təminatına və tədris prosesinin təşkilinə metodoloji dəstək göstərəcək. Tədris əsasən, universitetin professor-müəllim heyəti tərəfindən yeni nəsil Rusiya dövlət təhsil standartlarına uyğun aparılacaq. Eyni zamanda, tədris prosesinə dünyada tanınmış Rusiya alimləri cəlb olunacaq. Filialda həkim-mütəxəssislərin hazırlanması zamanı innovativ təhsil texnologiyalarının tətbiqi və master-klasların keçirilməsi nəzərdə tutulur. Bakı filialının yaradılmasını əhəmiyyətli hadisə adlandıran İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko rəhbərlik etdiyi ali təhsil müəssisəsinin Azərbaycanla ənənəvi və zəngin əlaqələrinin olduğunu vurğulayıb. Azərbaycanın davamlı iqtisadi və sosial inkişaf mərhələsi keçdiyini xatırladan rektor ölkə rəhbərliyinin təhsil sahəsinə diqqətini yüksək qiymətləndirib. Bu amillər universitetin filialının məhz Bakıda yaradılması haqqında qərarın verilməsinə səbəb olub.

Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin birgə əməkdaşlığı ilə Göygöl rayonunun Toğana kəndində “Ceyranları qoruyaq!” adlı ekoloji yay düşərgəsi təşkil olunub.

“Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə qaytarılması” proqramı çərçivəsində təşkil olunan düşərgədə Goranboy rayonunun Qurbanzadə, Qarasuçu, Faxralı, Qaramusalı, Eyvazlılar və Samux rayonunun Seyidlər, Lək, Əlibayramlı kənd orta məktəblərindən 30 şagird iştirak edib. Düşərgənin təşkilində məqsəd ceyranların reintroduksiya edildiyi ərazilərdə yaşayan gənc nəsli bu növ barədə maarifləndirməkdən ibarətdir. Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin əməkdaşları düşərgədə məktəblilər üçün ekoloji maarifləndirmə proqramı üzrə seminar, müsabiqə, ekoloji oyun və tədqiqatlar keçiriblər. Məktəblilərə ceyranların Azərbaycanda məskunlaşdığı tarixi ərazilər, növün həyat tərzi, təbiətdə rolu, tükənmə səbəbləri və qorunması haqqında ətraflı məlumat verilib. Düşərgə iştirakçıları Gümrük çayında hidrobioloji tədqiqatlar aparıb, bioloji müxtəlifliyə aid viktorinada və “Ceyran – təbiətin bəzəyidir” adlı rəsm müsabiqəsində bilik və bacarıqlarını nümayiş etdiriblər. Yekunda düşərgə iştirakçılarına və müsabiqə qaliblərinə Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin, IDEA İctimai Birliyinin və Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin diplomları təqdim olunub.

İyunun 30-da təhsil naziri Mikayıl Cabbarov Göygöl şəhərindəki Heydər Əliyev Mərkəzində Göygöl, Samux, Daşkəsən, Goranboy rayonlarında, Gəncə və Naftalan şəhərlərində yaşayan vətəndaşları qəbul edib.

Mərkəzi mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, keçirilən qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin, bir rayondan digərinə dəyişdirilməsi, işə bərpa olunma, təhsil sənədlərinin tanınması, ali və orta ixtisas məktəbləri tələbələrinin bir təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil haqqı və bir sıra digər məsələlərlə əlaqədar müraciət ediblər. 142 nəfərin qeydiyyatdan keçdiyi qəbulda vətəndaşların müraciəti dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.

Noyabrın 7-də təhsil naziri Misir Mərdanov Malayziya universitetlərinin bir qrup nümayəndəsi ilə görüşüb.

Görüşdə bildirilib ki, 8-9 noyabr tarixlərində Malayziya Təhsil Nazirliyi Bakı Təhsil Mərkəzi ilə birgə Malayziya Təhsil Yarmarkası keçirəcək. Yarmarkanın məqsədi bütün maraq göstərən şəxsləri bir yerdə və eyni vaxtda toplayaraq Malayziya universitetlərində təhsil almaq imkanları barədə lazımi məlumatla təmin etməkdir. Eyni zamanda məlum olub ki, yarmarkada Malayziyanın 12 universiteti iştirak edəcək. Universitetin nümayəndələri öz təhsil proqramları və fəaliyyətləri haqqında məlumat verəcək, həmçinin yarmarka iştirakçılarını material və bukletlərlə təchiz edəcəklər. Misir Mərdanov qonaqları salamlayaraq təhsil sərgisinin hazırlanmasını müsbət dəyərləndirib. Nazir bu əhəmiyyətli işin iki ölkə arasında təhsil əlaqələrinin inkişafına təkan verəcəyini bildirib. Görüşdə qonaqlar öz ölkələri barədə məlumat verərək Malayziyada dünyanın bir cox ölkəsindən 70 mindən çox tələbənin təhsil aldığını vurğulayıblar. Qonaqlar Azərbaycanla təhsil sahəsində əməkdaşlığa, Malayziya universitetlərində azərbaycanlı tələbələrin də təhsil almalarına maraq göstərdiklərini bildiriblər. Sonda Azərbaycanla Malayziya arasında gələcəkdə təhsil sahəsində daha sıx əlaqələrin qurulması qərara alınıb.

Təhsil Nazirliyinin 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (İOEUGİM) yetirmələri Polşada cüdo üzrə yeniyetmələr arasında keçirilmiş “Solamin Cup” beynəlxalq turnirində uğur qazanıblar.

Nova Sol şəhərində keçirilən turnirdə 12 ölkədən 12-15 yaşlı yeniyetmələrdən ibarət 49 komanda iştirak edib. “Solamin Cup”da ölkəmiz 13 nömrəli İOEUG İdman Məktəbinin 8 cüdoçusu ilə təmsil olunub. Komandamız uğurla çıxış edərək 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb. Qızıl medalların sahibləri Rza Şıxəlizadə və Fəxri Rüstəmzadə, gümüş medalların sahibləri Nihad Mehdiyev və Fazil Eyyubov, bürünc medalın sahibi isə Raul Andamov olub. Bu medallarla İOEUGİM-in yetirmələri ümumi komanda hesabında III yerə çıxıblar. Turnir başa çatdıqdan sonra Azərbaycan komandası Avropa çempionu, polşalı məşqçi Pavel Zaqrudnikin rəhbərliyi altında 3 günlük təlim-məşq toplanışında iştirak ediblər.

Təhsil Nazirliyinin İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Gimnastika Məktəbinin yetirmələri 7-ci Beynəlxalq "2015 İstanbul RHYTHMİCS CUP" Bədii Gimnastika turnirində uğurla iştirak ediblər.

Turkiyənin İstanbul şəhərində keçirilən turnirə Azərbaycanla yanaşı Özbəkistan, Türkiyə, Qırğızıstan, Ukrayna, Rusiya, Kipr Türk Respublikası, Bolqarıstan, Qazaxıstan və Moldovadan gəlmiş 18 komandanın 200-dən artıq idmançısı qatılıb. Azərbaycan turnirdə 8 idmançı ilə təmsil olunub. Turnirin nəticələrinə əsasən, Gimnastika Məktəbinin yetirmələrindən 6 yaşlı gimnastlar arasında Aylin Qulubəyova I yeri, 8 yaşlı gimnastlar arasında Nuray Həsənzadə III yeri, 10 yaşlı gimnastlar arasında Jalə Quliyeva II yeri tutub.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı