SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“SABAH-ın könüllüsü” tərəfindən yaradılmış azarkeş qrupları “Bakı 2015” 1-ci Avropa Oyunlarında Azərbaycan idmançılarına dəstək nümayiş etdirib və oyunlarda tamaşaçı fəallığının artırılmasına töhfə verib.
Ölkəmizin ev sahibliyi etdiyi möhtəşəm beynəlxalq tədbirlərdən olan, ümumilikdə 50 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançının iştirak etdiyi “Bakı 2015” 1-ci Avropa Oyunları beynəlxalq idman məkanında ən mühüm tədbirlərdən biridir. Avropanın 49 dövlətindən olan atletlər üçün nəzərdə tutulan idman bayramı dünyanın diqqətini öz üzərində cəmləyib.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH qruplarında təhsil alan tələbələrdən ibarət azarkeş qruplarındakı gənclər milli komandalarmızın və idmançılarımızın çıxışlarını maraqla izləyib, “Bakı 2015” 1-ci Avropa Oyunlarının coşqusunu yaşayaraq, təmsilçilərimizə dəstək nümayiş etdiriblər. Oyunlar bitdikdən sonra idmançılarımızla xatirə şəkli çəkdirən tələbələr milli qürurumuz olan atletlərimizi yaxından tanımaq fürsəti qazanıblar.
Məlumat üçün qeyd edək ki, “SABAH-ın könüllüsü” proqramı SABAH qruplarının tələbələrinin akademik təhsildən ayrılmadan, könüllü fəaliyyətə cəlb olunmaqla, sosial aktivliyini artırmaq, alınmış biliklərin praktikada tətbiqi, eləcə də tələbələrin idarəçilik bacarıqlarının və liderlik potensialının inkişaf etdirilməsi məqsədilə fəaliyyət göstərir.
SABAH qrupları ali təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin yaradılması məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində Savadlı, Bacarıqlı və Hazırlıqlı tələbələrdən təşkil olunub. Hazırda SABAH qrupları 7 ali təhsil müəssisəsində (Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dillər Universiteti) 34 ixtisas üzrə 755 tələbəni əhatə edir.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl