• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin birgə əməkdaşlığı ilə Göygöl rayonunun Toğana kəndində “Ceyranları qoruyaq!” adlı ekoloji yay düşərgəsi təşkil olunub.

“Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə qaytarılması” proqramı çərçivəsində təşkil olunan düşərgədə Goranboy rayonunun Qurbanzadə, Qarasuçu, Faxralı, Qaramusalı, Eyvazlılar və Samux rayonunun Seyidlər, Lək, Əlibayramlı kənd orta məktəblərindən 30 şagird iştirak edib.
Düşərgənin təşkilində məqsəd ceyranların reintroduksiya edildiyi ərazilərdə yaşayan gənc nəsli bu növ barədə maarifləndirməkdən ibarətdir.
Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin əməkdaşları düşərgədə məktəblilər üçün ekoloji maarifləndirmə proqramı üzrə seminar, müsabiqə, ekoloji oyun və tədqiqatlar keçiriblər. Məktəblilərə ceyranların Azərbaycanda məskunlaşdığı tarixi ərazilər, növün həyat tərzi, təbiətdə rolu, tükənmə səbəbləri və qorunması haqqında ətraflı məlumat verilib.
Düşərgə iştirakçıları Gümrük çayında hidrobioloji tədqiqatlar aparıb, bioloji müxtəlifliyə aid viktorinada və “Ceyran – təbiətin bəzəyidir” adlı rəsm müsabiqəsində bilik və bacarıqlarını nümayiş etdiriblər.
Yekunda düşərgə iştirakçılarına və müsabiqə qaliblərinə Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin, IDEA İctimai Birliyinin və Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin diplomları təqdim olunub.


10 il əvvəl