• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

İyunun 25-də Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Macarıstanın insan resursları naziri Zoltan Balogu qəbul edib.

Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanla Macarıstan arasında əməkdaşlığın uğurla inkişaf etdiyini və Macarıstanın təhsil islahatları sahəsində təcrübəsinin öyrənilməsinin dəyərli olacağını söyləyib, bu təcrübənin Azərbaycanla bölüşmək təşəbbüsünə görə minnətdarlığını ifadə edib.
Görüş zamanı 11 noyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Macarıstanın İnsan Resursları Nazirliyi arasında 2015-2017-ci illər üzrə imzalanmış İş Proqramına əsasən Macarıstanda ali təhsil almaq məqsədilə azərbaycanlı tələbələrə 2015-2017-ci illər ərzində hər il müxtəlif sahələrə üzrə Macarıstan tərəfindən 200 təqaüdün ayrıldığı xüsusi vurğulanaraq, bu təşəbbüsün gələcəkdə ikitərəfli əməkdaşlığın inkişafına müsbət töhfə verəcəyi bildirilib. Təqaüdlər təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələrində ölkəmiz üçün prioritet olan informasiya texnologiyaları, tibb, kənd təsərrüfatı, təbiət elmləri, mühəndislik, turizm və iqtisadiyyat ixtisas istiqamətlərində mütəxəssislərin hazırlanmasını təmin edəcəkdir.
Görüş zamanı eləcə də Azərbaycanla Macarıstan arasında ali təhsil, ikili diplom və mübadilə proqramları, universitetlərarası əməkdaşlıq və akademik mobillik sahəsində mümkün əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
Z.Balog həmçinin, Birinci Avropa Oyunlarını izləmək və bir sıra idman növləri üzrə çıxış edən Macarıstanlı idmançılara dəstək olmaq üçün ölkəmizə səfər etdiyini bildirib.


10 il əvvəl