SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil Nazirliyinin 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (İOEUGİM) yetirmələri Polşada cüdo üzrə yeniyetmələr arasında keçirilmiş “Solamin Cup” beynəlxalq turnirində uğur qazanıblar.
Nova Sol şəhərində keçirilən turnirdə 12 ölkədən 12-15 yaşlı yeniyetmələrdən ibarət 49 komanda iştirak edib. “Solamin Cup”da ölkəmiz 13 nömrəli İOEUG İdman Məktəbinin 8 cüdoçusu ilə təmsil olunub.
Komandamız uğurla çıxış edərək 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb. Qızıl medalların sahibləri Rza Şıxəlizadə və Fəxri Rüstəmzadə, gümüş medalların sahibləri Nihad Mehdiyev və Fazil Eyyubov, bürünc medalın sahibi isə Raul Andamov olub. Bu medallarla İOEUGİM-in yetirmələri ümumi komanda hesabında III yerə çıxıblar.
Turnir başa çatdıqdan sonra Azərbaycan komandası Avropa çempionu, polşalı məşqçi Pavel Zaqrudnikin rəhbərliyi altında 3 günlük təlim-məşq toplanışında iştirak ediblər.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl