SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Azərbaycan Respublikası son illər ərzində çox sayda nüfuzlu beynəlxalq və regional xarakterli tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib və bu tədbirlər çərçivəsində hər hansı ölkənin iştirakçılarına münasibətdə ayrı-seçkilik nümayiş olunmayıb.
Mövcud təcrübə deməyə əsas verir ki, Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə vətəndaşlığından asılı olmayaraq, bütün iştirakçıların təhlükəsizliyinin təmin olunması üçün lazımı tədbirlər görülür. Məhz bu səbəbdən Ermənistan elm və təhsil nazirinin ölkəsini təmsil edən idmançıların Bakıda keçirilən Birinci Avropa Oyunlarında tam təhlükəsiz şəraitdə iştirak etdiyi dövrdə bəyanat verməsi isə təəccüb və təəssüf doğurur. Məlum olduğu kimi, 47-ci dəfə keçirilən Beynəlxalq Kimya Olimpiadasının reqlamentində iştirakçı ölkələr üçün xüsusi təhlükəsizlik zəmanətinin təmin olunması nəzərdə tutulmayıb. Bu qayda cari ilin 20-29 iyul tarixlərində Moskva Dövlət Universitetinin Bakı filialının təşkilatçılığı ilə Bakıda baş tutacaq Beynəlxalq Kimya Olimpiadasına da aiddir. Hər bir beynəlxalq yarışda iştirak və ya iştirakdan imtina istənilən ölkənin öz seçim hüququdur. Birinci dəfə deyil ki, müxtəlif yarışlarda iştirak məsələsi ətrafında Ermənistanın rəsmi dairələri tərəfindən sui-istifadə hallarına yol verilir. Məktəblilərin iştirak etdiyi bu yarışı siyasiləşdirmək cəhdi də təəssüf hissi doğurur. Azərbaycan tərəfi 47-ci Beynəlxalq Kimya Olimpiadasının keçirilməsinə dair üzərinə düşən bütün öhdəlikləri tam həcmdə yerinə yetirir.
08/07/2015 16:52
“Bakı 2015” I Avropa Oyunları çərçivəsində keçirilən sərbəst güləş yarışında Təhsil Nazirliyinin nəzdindəki idman məktəbinin təmsilçisi yarımfinala yüksəlib.
Belə ki, Abşeron Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Hacı Əliyev ilk görüşündə erməni güləşçisi Valodya Franqulyanı 7-0 hesabı ilə məğlub edib və bununla görüşlərini davam etdirmək hüququ qazanıb. Hacı Əliyev növbəti görüşündə də qalib gəlib. 61 kq. çəki dərəcəsində mübarizə aparan idmançımız slovakiyalı Mikola Balotnyuk üzərində daha böyük hesabla - 11:0 hesabı ilə qələbə qazanaraq yarımfinala çıxıb. Qeyd edək ki, birincilik uğrunda mübariz aparan Hacı Əliyev indiyə qədər Dünya və Avropa çempionatlarının qalibi olub.
08/07/2015 16:52
“SABAH-ın könüllüsü” 1-ci Avropa Oyunları müddətində İçərişəhərdə ölkəmizə gəlmiş turistlərin suallarını cavablandırır və onları istiqamətləndirir.
Bu istiqamətdə fəaliyyətini davam etdirərək “İçərişəhər” Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsi və Təhsil Nazirliyinin SABAH qruplarının tərəfdaşlığı ilə reallaşan “Ask me” (“Məndən soruş”) layihəsi şəhərimizə təşrif buyurmuş xarici qonaqların İçərişəhərlə bağlı suallarının cavablandırılması, qonaqların istiqamətləndirilməsi, onların şəhər infrastukturu və burada yerləşən qədim abidələrinin tarixi haqqında ətraflı məlumat almasının təmin edilməsi məqsədilə həyata keçirilir. Layihədə Bakı şəhərinin 4 ali təhsil müəssisəsinin (Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dillər Universiteti) SABAH qruplarının tələbələrindən ibarət könüllülər iştirak edir. “İçərişəhər” Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsi tərəfindən 1 ay müddətində təlim verilmiş könüllülər üzərində “Ask me” yazılan köynəklər geyinərək əvvəlcədən İçərişəhərdə müəyyən olunmuş məntəqələrdə fəaliyyət göstərirlər. Gülərüz könüllülər fəaliyyət dairələrinə yaxınlaşan turistlərin suallarını cavablandırır, İçərişəhərdə yerləşən qədim tarixi abidələr, ictimai iaşə obyektləri ilə bağlı onları məlumatlandırır və istiqamətləndirirlər. Hər bir turistə fərdi yanaşan könüllülər onlara Azərbaycan qonaqpərvərliyini nümayiş etdirir, söhbət əsnasında onlara ölkəmiz haqqında məlumat verir və ehtiyac duyan qonaqları getmək istədiyi əraziyə qədər müşayiət edirlər. “Bakı 2015” 1-ci Avropa Oyunlarını dəstəkləyən, onun vacibliyini və tələbələrin inkişafına verdiyi faydanı təbliğ edən SABAH qruplarının tələbələrindən ibarət könüllülərin Avropa Oyunlarının sonuna qədər İçərişəhərdə fəaliyyəti nəzərdə tutulub. Sonda layihə iştirakçıları Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən sertifikat və “İçərişəhər” Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsi tərəfindən xüsusi təşəkkürnamə ilə təltif olunacaqlar. Məlumat üçün qeyd edək ki, SABAH qruplarında təhsil alan tələbələrdən ibarət könüllülər və “İçərişəhər” Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsi tərəfindən 2015-ci ilin aprel ayından “Bakı 2015” 1-ci Avropa Oyunlarına dəstək olaraq fəaliyyətə başlayıb. Bakı şəhərinin 7 ali təhsil müəsisəsinin SABAH qruplarında təhsil alan 100 könüllü tələbəsinin iştirakı ilə Avropa Oyunlarına dəstək olaraq, “SABAH-ın Şifrəsi” intellektual komanda oyunu, 300-dən artıq tələbənin iştirakı ilə “SABAH Fest” adlı tədbir təşkil olunub. "SABAH-ın könüllüsü" proqramı SABAH qruplarının tələbələrinin, akademik təhsildən ayrılmadan, könüllü fəaliyyətə cəlb olunmaqla sosial aktivliyini artırmaq və alınmış biliklərin praktikada tətbiq edilməsi, eləcə də tələbələrin idarəçilik bacarıqlarının və liderlik potensialının inkişaf etdirilməsi məqsədi ilə fəaliyyət göstərir. Hazırda SABAH qrupları 7 ali təhsil müəssisəsində 34 ixtisas üzrə 755 tələbəni əhatə edir.
08/07/2015 16:52
İyunun 19-da Təhsil Nazirliyinin 11 nömrəli İnteqrasiya təlimli internat məktəbin müəllim və şagirdlərinin iştirakı ilə Bilgəh qəsəbəsində yerləşən Müharibə və əmək əlilləri üçün pansionatın sakinləri ilə görüş keçirilib.
Görüşdə internat məktəbin şagirdlərinin əl işlərinin sərgi-satışından əldə olunan vəsait pansionat kollektivinə təqdim olunub. Tədbirdə Təhsil Nazirliyinin rəsmiləri və KİV nümayəndələri iştirak edib. Görüş iştirakçılarına məlumat verilib ki, may ayında “Jumeyrah Bilgah Beach” otelində 11 nömrəli İnteqrasiya təlimli internat məktəbin “Bizim böyük ailəmiz” adlı xeyriyyə-satış sərgisi keçirilib. Hökumət rəsmilərinin, Milli Məclis üzvlərinin, sahibkarların və təhsil ekspertlərinin iştirak etdiyi xeyriyyə-satış sərgidə internat məktəb şagirdlərinin hazırladıqları əl işlərinin satışından 5000 manat vəsait toplanıb. Çıxışlardan sonra xeyriyyə-satış sərgisindən əldə olunmuş vəsait Müharibə və əmək əlilləri üçün pansionatın rəhbərliyinə təqdim edilib. Bu vəsait Müharibə və əmək əlilləri üçün pansionatın sakinləri olan ahıl insanların yay istirahətinin təşkilinə sərf olunacaq. Tədbir Müharibə və əmək əlilləri üçün pansionatın sakinləri, internat məktəbin sağlamlıq imkanları məhdud uşaqları və KİV nümayəndələrinin iştirakı ilə çay süfrəsi arxasında davam etdirilib.
08/07/2015 16:52
İyunun 19-da Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Estoniya Respublikasının Təhsil Nazirliyinin baş katibinin müavini Madis Lepajoeni qəbul edib.
Qonaq Estoniya ilə Azərbaycanın keçdiyi inkişaf yolunda oxşarlıqların olmasını, hər iki ölkənin təhsil sahəsində bənzər çətinliklərlə üzləşdiklərini və Estoniyanın Avropa İttifaqı üzvlüyü çərçivəsində təhsil islahatları sahəsində əldə etdiyi təcrübəni Azərbaycanla paylaşmaqda maraqlı olduğunu bildirib. O, Estoniya və Finlandiya tərəfindən Azərbaycanda ali təhsil sisteminin inkişafına hədəflənmiş layihənin irəli sürüldüyünü qeyd edərək, bu layihənin uğurlu olacağına ümid etdiyini bildirib. Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanla Estoniya arasında əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini və Estoniyanın təhsil islahatları sahəsində təcrübəsinin öyrənilməsinin dəyərli olacağını söyləyib, bu təcrübənin Azərbaycanla bölüşmək təşəbbüsünə görə minnətdarlığını ifadə edib. Eyni zamanda, Mikayıl Cabbarov cari ilin may ayında Estoniyanın Tartu Universitetinin Beynəxalq əlaqələr fakültəsinin tələbə və müəllimlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə icazəsiz səfər etməsinin ölkələrimiz arasındakı mövcud dostluq münasibətlərinin ruhuna uyğun olmadığını və bu kimi halların gələcəkdə təkrarlanmayacağına ümid etdiyini nəzərə çatdırıb. M.Lepajoe sözügedən səfərdən təəssüfləndiyini bildirərək, Tartu Universitetinin rektorunun Azərbaycanın Estoniyadakı səfirliyinə məktub ünvanlayaraq bununla bağlı təəssüf hissi keçirdiyini ifadə etdiyini və Təhsil Nazirliyi olaraq gələcəkdə oxşar insidentlərin baş verməməsi məqsədilə ölkəsinin ali təhsil müəssisələri ilə müvafiq maarifləndirmə işinin həyata keçiriləcəyini söyləyib. Görüş zamanı eləcə də Azərbaycanla Estoniya arasında ali təhsil, ilk peşə-ixtisas təhsili, təhsil müəssisələrinin akkreditasiyası, təhsildə keyfiyyətin təmin olunması və akademik mobillik sahəsində mümkün əməkdaşlıq imkanları barədə ətraflı fikir mübadiləsi aparılıb. M.Lepajoe həmçinin, Avropa Velosiped İttifaqının vitse-prezidenti qismində qurumun Bakıda keçirilən idarə heyətinin iclasına qatılmaq, eləcə də Birinci Avropa Oyunlarını izləmək və medal alan idmançıların mükafatlandırılmasında iştirak etmək üçün ölkəmizə səfər etdiyini bildirib.
08/07/2015 16:52
“SABAH-ın könüllüsü” “Bakı 2015” 1-ci Avropa Oyunlarının azarkeşlərini məlumatlandırır.
“SABAH-ın könüllüsü” proqramı çərçivəsində Təhsil Nazirliyinin SABAH qruplarında təhsil alan tələblərdən ibarət könüllülər Avropa Oyunlarına dəstək məqsədilə fəaliyyətini davam etdirir. Könüllülər Avropa Oyunları zamanı Rusiya və Azərbaycan Azarkeşləri Evində fəaliyyət göstərərək, buranı ziyarət edən azarkeşləri qarşılayır və məlumatlandırırlar. Avropa Oyunları ərəfəsində fəaliyyətə başlayan Rusiya və Azərbaycan Azarkeşləri Evinin interaktiv eksponatları Azərbaycan və Rusiya ilə yanaşı MDB ölkələrinin yığma komandalarının əfsanəvi idmançıları, eləcə də idman oyunları haqqında yaxından tanış olmağa imkan yaradır. Muzeydə Rusiya və Azərbaycandan olan 1500-dən çox könüllü fəaliyyət göstərir. “SABAH-ın könüllüsü” Proqramının iştirakçıları “Bakı 2015” 1-ci Avropa Oyunları zamanı müxtəlif ölkələrdən təşrif buyurmuş və Rusiya və Azərbaycan Azarkeşləri Evini ziyarətə gəlmiş azarkeşlərə əfsanəvi idmançılar və onların burada nümayiş etdirilən idman əşyaları haqqında məlumat verirlər. Gülərüz könüllülər idman azarkeşlərinin Avropa Oyunlarında iştirak edən idmançılarla görüşünü təşkil edir, qonaqların idmançılar və eksponatlar haqqında suallarını cavablandırırlar. Onlar peşəkar idmançılarla birbaşa ünsiyyətdə olmaq və idmançıların əldə etdikləri medalların şərəfinə təşkil olunan mərasimlərə qatılmaq imkanı da əldə edirlər. Avropa Oyunlarının sonuna qədər fəaliyyət göstərəcək könüllülər Rusiya və Azərbaycan Azərkeşləri Evində fəaliyyətlərinə görə təşəkkür məktubu ilə təltif olunacaqlar. Qeyd edək ki, “SABAH-ın könüllüsü” proqramı tələbələrin akademik təhsildən ayrılmadan könüllü fəaliyyətə cəlb olunmaqla, onların sosial aktivliyini artırmaq və alınmış biliklərin praktikada tətbiqi, eləcə də tələbələrin idarəçilik bacarıqlarının və liderlik potensialının inkişaf etdirilməsi məqsədilə fəaliyyət göstərir. SABAH qrupları ali təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin yaradılması məqsədilə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində Savadlı, Bacarıqlı və Hazırlıqlı tələbələrdən təşkil olunub. Hazırda SABAH qrupları 7 ali təhsil müəssisəsində (Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dillər Universiteti) 34 ixtisas üzrə 755 tələbəni əhatə edir.
08/07/2015 16:52
Yanvarın 21-də Bakıda işgüzar səfərdə olan Türkiyə Respublikasının milli təhsil naziri xanım Nimət Çubukçunun rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını və Türk Şəhidliyi abidəsini ziyarət edib.
Yanvarın 21-də Bakıda işgüzar səfərdə olan Türkiyə Respublikasının milli təhsil naziri xanım Nimət Çubukçunun rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını və Türk Şəhidliyi abidəsini ziyarət edib. Sonra Təhsil Nazirliyində görüş keçirilib. Görüşü giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov öncə qonaqları səmimi salamlayıb və xanım Nimət Çubukçunun nazir olaraq ilk səfərini Azərbaycana etməsini xüsusi qeyd edib. Azərbaycanla Türkiyə arasındakı münasibətlərdən bəhs edən Misir Mərdanov iki ölkənin təhsil sahəsində qarşılıqlı dostluğa, qardaşlığa əsaslanan çoxtərəfli və inkişaf etmiş əlaqələrinin mövcudluğunu önə çəkib. Nazir bugünkü görüşün tanışlıq xarakteri daşıdığını, yaradılan əlaqələrin daha da möhkəmləndirilməsi və təhsil sahəsindəki qarşılıqlı əməkdaşlığın genişləndirilməsi məqsədinə xidmət etdiyini diqqətə çatdırıb. Misir Mərdanov Türkiyənin ölkəmizdəki təhsil müəssisələrinin nümunəvi fəaliyyətindən də bəhs edib. Səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkür edən xanım Nimət Çubukçu qardaş Azərbaycanda olmaqdan sevinc hissi duyduğunu qeyd edib. Qonaq Türkiyə-Azərbaycan əlaqələri, təhsil sahəsi üzrə əməkdaşlığın inkişaf etdirilməsi, birgə tələbə mübadiləsinin aparılması, Türkiyənin Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələri haqqında məlumat verib. Xanım Nimət Çubukçu bu görüşün birgə işbirliyinin genişləndirilməsinə öz töhfəsini verəcəyinə ümid bəslədiyini açıqlayıb və bildirib ki, iki qardaş ölkə arasında təhsil sahəsində əməkdaşlığın müasir tələblər səviyyəsində qurulması istiqamətində səylərini əsirgəməyəcək. Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov və Türkiyə Respublikasının milli təhsil naziri xanım Nimət Çubukçu media nümayəndələrini maraqlandıran sualları cavablandırıblar.
08/07/2015 16:52
“Bakı 2015” I Avropa Oyunları çərçivəsində keçirilən sambo yarışlarında Təhsil Nazirliyinin Gəncə Şəhər 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Amil Qasımov gümüş medal qazanıb.
Heydər Əliyev adına İdman Sarayında keçirilən sambo yarışlarında 74 kq. çəki dərəcəsində mübarizə aparan idmançımız ilk görüşlərində sloveniyalı Tadey Cutuk, gürcüstanlı Kaxa Mamulaşvili və bolqarıstanlı Martin İvanovu üstələyib. Finalda Amil Qasımov Belarus təmsilçisi Stepan Popovla qarşılaşıb və gərgin mübarizədən sonra rəqibinə məğlub olub. Bununla, “Bakı 2015” I Avropa Oyunları çərçivəsində keçirilən yarışlarda uğur qazanan Təhsil Nazirliyinin idman məktəblərinin yetirmələrinin sayı 3-ə çatıb. Belə ki, bundan əvvəl İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin yetirməsi Eldar Səfərov gimnastika və Abşeron Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Hacı Əliyev güləş yarışlarında fərqləniblər.
08/07/2015 16:52
Dövlət ümumi təhsil müəssisələrində və peşə liseylərində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə müsabiqə başa çatıb.
Test imtahanının nəticələrinə əsasən, 197 nəfər seçdiyi vakant yerə iş yerini dəyişmək hüququ əldə edib və müsabiqənin ikinci mərhələsinə - müsahibəyə buraxılıb. Müsahibənin nəticələrinə görə, Təhsil Nazirliyi tərəfindən 175 nəfərin iş yerini dəyişməsinə razılıq verilib. İş yerini dəyişənlərdən 172 nəfəri Azərbaycan, 3 nəfəri rus bölməsində çalışan müəllimlərdir. İş yerini dəyişmək hüququ qazanan 175 nəfər müəllimdən 50 nəfəri Bakı şəhəri, 3 nəfəri Gəncə şəhəri, 3 nəfəri Mingəçevir şəhəri, 2 nəfəri Şirvan şəhəri, 1 nəfəri Sumqayıt şəhəri, 116 nəfəri isə digər rayon və şəhərlərdəki təhsil müəssisələrini seçiblər.
08/07/2015 16:52
Göygöl, Samux, Daşkəsən, Goranboy rayonlarında, Gəncə və Naftalan şəhərlərində yaşayan vətəndaşların nəzərinə!
Təhsil naziri Mikayıl Cabbarov 30 iyun 2015-ci il tarixində saat 11:00-da Göygöl şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Göygöl, Samux, Daşkəsən, Goranboy rayonlarında, Gəncə və Naftalan şəhərlərində yaşayan vətəndaşları qəbul edəcək. Qəbula gəlmək istəyən vətəndaşlar 24, 25 və 29 iyun 2015-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebul elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyatı məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı