• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Azərbaycan Respublikası son illər ərzində çox sayda nüfuzlu beynəlxalq və regional xarakterli tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib və bu tədbirlər çərçivəsində hər hansı ölkənin iştirakçılarına münasibətdə ayrı-seçkilik nümayiş olunmayıb.

 Mövcud təcrübə deməyə əsas verir ki, Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə vətəndaşlığından asılı olmayaraq, bütün iştirakçıların təhlükəsizliyinin təmin olunması üçün lazımı tədbirlər görülür.
Məhz bu səbəbdən Ermənistan elm və təhsil nazirinin  ölkəsini təmsil edən idmançıların Bakıda keçirilən Birinci Avropa Oyunlarında tam təhlükəsiz şəraitdə iştirak etdiyi dövrdə bəyanat verməsi isə təəccüb və təəssüf  doğurur.
Məlum olduğu kimi, 47-ci dəfə keçirilən Beynəlxalq Kimya Olimpiadasının reqlamentində  iştirakçı ölkələr  üçün xüsusi təhlükəsizlik zəmanətinin təmin olunması nəzərdə tutulmayıb. Bu qayda cari ilin 20-29 iyul tarixlərində Moskva Dövlət Universitetinin Bakı filialının təşkilatçılığı ilə Bakıda baş tutacaq Beynəlxalq Kimya Olimpiadasına da aiddir.
Hər bir beynəlxalq yarışda iştirak və ya iştirakdan imtina istənilən ölkənin öz seçim hüququdur. Birinci dəfə deyil ki, müxtəlif yarışlarda iştirak məsələsi  ətrafında Ermənistanın rəsmi dairələri tərəfindən sui-istifadə hallarına yol verilir. Məktəblilərin iştirak etdiyi bu yarışı siyasiləşdirmək  cəhdi də  təəssüf hissi doğurur. Azərbaycan tərəfi  47-ci Beynəlxalq Kimya Olimpiadasının keçirilməsinə dair üzərinə düşən  bütün öhdəlikləri tam həcmdə yerinə yetirir.


10 il əvvəl