• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Bakı 2015” I Avropa Oyunları çərçivəsində keçirilən sambo yarışlarında Təhsil Nazirliyinin Gəncə Şəhər 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Amil Qasımov gümüş medal qazanıb.

Heydər Əliyev adına İdman Sarayında keçirilən sambo yarışlarında 74 kq. çəki dərəcəsində mübarizə aparan idmançımız ilk görüşlərində sloveniyalı Tadey Cutuk, gürcüstanlı Kaxa Mamulaşvili və bolqarıstanlı Martin İvanovu üstələyib. Finalda Amil Qasımov Belarus təmsilçisi Stepan Popovla qarşılaşıb və gərgin mübarizədən sonra rəqibinə məğlub olub.
Bununla, “Bakı 2015” I Avropa Oyunları çərçivəsində keçirilən yarışlarda uğur qazanan Təhsil Nazirliyinin idman məktəblərinin yetirmələrinin sayı 3-ə çatıb. Belə ki, bundan əvvəl İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin yetirməsi Eldar Səfərov gimnastika və Abşeron Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Hacı Əliyev güləş yarışlarında fərqləniblər.


10 il əvvəl