• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə elektron ərizə qəbulu 10 iyun 2015-ci il tarixdə saat 23:59-da başa çatıb.

10 gün davam etmiş elektron ərizə qəbulu dövründə müraciət edən 3283 nəfər vətəndaşdan 1308 nəfərin (40%) ərizəsi qəbul olunub. Onlardan 1245 nəfər (95%) Azərbaycan bölməsi, 63 (5%) nəfəri rus bölməsi üzrə müraciət edib. Ərizəsi qəbul olunanların əksəriyyəti (68%) İbtidai sinif (21%), Azərbaycan dili və ədəbiyyat (15%), Riyaziyyat (12%), Tarix (11%) və İngilis dili (9%) müəllimləridir. Ərizəsi ləğv edilənlər ümumtəhsil sistemində işləməyənlər, ümumtəhsil müəssisələrində müəllim vəzifəsində çalışmayan və ya müddətli müqavilə əsasında müəllim işləyən, həmçinin hazırda çalışdığı yerdə həvəsləndirmə tədbirləri tətbiq edilənlərdir. Elektron ərizəsi qəbul olunmuş namizədlər 16 iyun 2015-ci il tarixdə Azərbaycan Dövlət İqtisad Universitetinin 2-ci tədris binasında (ünvan: Bakı şəhəri, Həsən Əliyev küçəsi 135 – metronun “Gənclik” stansiyasının, Azərbaycan Müəllimlər İnstitutunun yaxınlığında) test imtahanında iştirak etməlidirlər. İmtahanda iştirak edərək yerdəyişmək hüququ qazanmış müəllimlər üçün 17 iyun 2015-ci il tarixdə eyni ünvanda müsahibələr təşkil ediləcəkdir. www.miq.edu.az saytına daxil olmaqla qanunvericilik üzrə zəruri sənədlər, test suallarının cavablandırılması üçün təlimat, test nümunələri və müsahibə proqramı ilə tanış olmaq mümkündür. Yerdəyişmə üzrə müsabiqə yekunlaşdıqdan sonra yenidən müəyyənləşdirilmiş vakant yerlərə müəllimlərin işə qəbulu üzrə elektron ərizə qəbulu 1-15 iyul 2015-ci il tarixlərində aparılacaqdır.

Təhsil Nazirliyinin “Kiçikyaşlı məktəblilər üçün ən yaxşı nəsr, nəzm və dram əsərləri” mövzusunda keçirdiyi müsabiqə davam edir.

Müsabiqəyə təqdim ediləcək əsərlər toplu şəklində hazırlanmalıdır. TNəsr əsərləri toplusu – 15 əsər (1,5–2 çap vərəqi); Dram əsərləri toplusu – 5 əsər (2–2,5 çap vərəqi). Toplulardakı əsərlərə ekspert qrupları tərəfindən baxılacaq və nəsr əsərlərindən 12-si, nəzm əsərlərindən 15-i, dram əsərlərindən 3-ü müsbət dəyərləndirildiyi halda, həmin toplular müsabiqəyə buraxılacaq. Müsabiqədə birinci yeri tutan toplu müəllifinə 5000 manat, ikinci yeri tutana 3000 manat, üçüncü yeri tutana 1500 manat mükafat veriləcək. elektron poçtuna göndərilməlidir. “Kiçikyaşlı məktəblilər üçün ən yaxşı nəsr, nəzm və dram əsərləri” müsabiqəsi

Bu günlərdə Cəbrayıl rayonu 131 saylı Texniki-Peşə Məktəbinin bərpası ilə əlaqədar tədbir keçirilib.

Məlumat üçün bildirək ki, bu məktəbin bərpası Avstriyanın “Hilfsverk Avstriya” təşkilatı, Gəncə Aqrobiznes Assosiasiyası (GABA) ilə birgə reallaşdırılan “Peşə məktəblərinin inkişafı” layihəsi və Azərbaycan Respublikası Prezidentinin 3 iyul 2007-ci il tarixli Sərəncamı ilə qəbul edilmiş “Azərbaycan Respublikasında Texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)” çərçivəsində həyata keçirilib. Layihə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Məcburi Köçkünlərin Sosial Müdafiə Fondu və Cəbrayıl rayonu İcra Hakimiyyəti tərəfindən dəstəklənib.     Kənd təsərrüfatı istiqamətli olan bu təhsil müəssisəsində ilkin olaraq 90 nəfər tələbənin təhsil alması nəzərdə tutulur. Məktəbdə tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə 3 hektar ərazidə nümayiş sahəsi təşkil olunub. Onu da qeyd edək ki, peşə məktəbində tədrislə məşğul olacaq müəllimlər üçün GABA tərəfindən 3 aylıq ixtisas kursu təşkil edilib. İxtisas kursunu müvəffəqiyyətlə bitirənlər sertifikatla təltif olunub. Onların müvafiq məktəbdə müəllim kimi fəaliyyət göstərməsi nəzərdə tutulur. Eyni zamanda həmin müəllimlərdən üç nəfərinin ixtisaslarını artırmaq məqsədilə Avstriyaya 2 aylıq təkmilləşmə kursuna göndərilməsi planlaşdırılır.

Təhsil Nazirliyi 1-10 iyun 2015-ci il tarixlərində Şüvəlan qəsəbəsində yerləşən A.S.Makarenko adına humanitar fənlər təmayüllü respublika gimnaziyasında ilk dəfə olaraq pilot layihə - yay düşərgəsi təşkil edib.

Düşərgəyə Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyi və Kimya-biologiya təmayüllü respublika liseyinin hər birindən 25 nəfər olmaqla, ümumilikdə 50 şagird cəlb edilib. Düşərgə, tədris ilini əla qiymətlərlə başa vurmuş şagirdlərin yay tətilini daha maraqlı və səmərəli keçirməsi məqsədilə təşkil olunub. Bu müddət ərzində əylənmək və müxtəlif idman oyunlarına qatılmaqla yanaşı, uşaqlar maraqlı mövzular – komanda quruculuğu, liderlik, təqdimat bacarıqları, natiqlik, ekologiya və digər sahələr üzrə məlumatlanıblar. Bundan başqa, iştirakçılar “Engineering for Kids” şirkəti tərəfindən təşkil olunmuş STEM üzrə 8 dərsdə müxtəlif raket, robot düzəldərək, onların praktik tətbiqinin birbaşa iştirakçıları olub, “Debat”, “Xəmsə”, “Breyn rinq”, “Da Vinçi Kodu” kimi intellektual oyunlarda öz dünyagörüşlərini nümayiş etdiriblər.  Şagirdlər ekologiya mövzusunun davamı olaraq məktəb ərazisində iməclik təşkil edib, quş yuvaları düzəldərək ərazidəki ağaclardan asıblar. Uşaqlar arasında keçirilən mütamadi sorğu, övladlarına baş çəkməyə gələn valideynlərin fikirləri və son qiymətləndirmə düşərgənin təşkilinin müsbət deməyə əsas verir. Uğurlu pilot layihənin davamı olaraq, gələcəkdə digər məktəblilər üçün də yay düşərgəsinin təşkili nəzərdə tutulur.

IDEA İctimai Birliyi, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi və Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi “Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə qaytarılması” proqramı çərçivəsində “Ceyranları qoruyaq!” adlı ekoloji yay düşərgəsinə start verib.

Qax və Şəki rayonlarından 30-dan çox məktəblinin iştirak etdiyi düşərgə 10-12 iyun tarixlərində Qax rayonunun İlisu kəndində təşkil edilib. Yay düşərgəsinin əsas məqsədi ceyranların reintroduksiya edildiyi ərazilərdə yaşayan gənc nəsli bu növ barədə maarifləndirməkdir. Düşərgə iştirakçıları ceyranların həyat tərzi, yayıldığı ərazilər və təbiətdəki rolu haqqında geniş məlumatlandırılıblar. Uşaqlar, həmçinin, müxtəlif kiçik ekoloji tədqiqatların aparılmasında, viktorina və müsabiqələrdə iştirak ediblər. Qeyd edək ki, “Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə qaytarılması” proqramı 2010-cu ildən etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Heydər Əliyev Fondu, IDEA İctimai Birliyi və WWF Azərbaycan nümayəndəliyinin birgə əməkdaşlığı çərçivəsində uğurla icra olunmaqdadır. Bu illər ərazində 150 başdan artıq ceyran Şirvan Milli Parkından tarixən məskunlaşdıqları ərazilərə reintroduksiya edilib. Bu ərazilərdə ceyranların daimi monitorinqi və mühafizə işləri həyata keçirilməkdədir.

“Bakı 2015” Birinci Avropa Oyunları çərçivəsində keçirilən kişi idman gimnastikası üzrə yarışlarda Təhsil Nazirliyi İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin yetirməsi Eldar Səfərovun da komanda üzvü olduğu Azərbaycan millisi 3-cü yerə çıxıb.

Komandamız  Avropa Oyunlarının bürünc mükafatını qazanıb.     Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə yarışlarda 37 ölkəni təmsil edən 180 gimnast iştirak edib. İyunun 17-də isə gimnastikanın digər növləri - bədii gimnastika, akrobatika gimnastikası, aerobika gimnastikası və batut gimnastikası üzrə yarışlara start veriləcək. Bu yarışlarda Təhsil Nazirliyi İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin daha 4 idmançısı iştirak edəcək.

Noyabrın 10-da Türkiyənin İzmir şəhərində “Sənaye avtomatlaşdırma texnologiyaları sahəsində müəllim tədrisi” proqramı üzrə seminar öz işinə başlayıb.

Türkiyə Təhsil Nazirliyi, Türkiyə İş Birliyi və Kalkınma İdarəsi (TİKA), Azərbaycan Təhsil Nazirliyinin birgə əməkdaşlığı ilə keçirilən bu seminar texniki-peşə təhsili müəssisələrində işləyən mühəndis-pedaqoji heyət üçün nəzərdə tutulub. Seminarın açılış mərasimində Türkiyə Təhsil Nazirliyinin Peşə Təhsili Departamentinin müdiri Yucel Yuksel və Azərbaycan Respublikasının Türkiyə Respublikasında Təhsil məsələləri üzrə nümayəndəliyinin İzmir bölməsinin nümayəndəsi Cavid Əliyev, eləcə də digər rəsmi şəxslər iştirak etmişdir. Qeyd edək ki, seminarda Təhsil Nazirliyinin və ölkəmizin müxtəlif peşə təhsili müəssisələrinin 10 nəfərlik nümayəndə heyəti iştirak edir. TİKA və Təhsil Nazirliyi arasında olan razılaşmaya əsasən “Azərbaycan Respublikasında Texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)”nın uğurla həyata keçirilməsi məqsədilə gələcəkdə müxtəlif istiqamətlər üzrə birgə tədbirlərin və təlim səfərlərinin təşkil edilməsi də nəzərdə tutulmuşdur. Seminar dekabrın 12-dək davam edəcək.

Ökəmizin ali məktəb və kolleclərinin 17859 tələbəsi “Bakı 2015” Birinci Avropa Oyunlarında könüllü kimi iştirak edir.

 Onlardan Birinci Avropa Oyunlarının açılış mərasiminə qatılmış 5612 nəfər könüllü bağlanış mərasimində də iştirak edəcək. 12247 nəfər əməliyyat könüllüsü isə Avropa Oyunları ilə bağlı digər tədbirlərə dəstək verir. Bu ilin martından könüllülük hərəkatında SABAH-ın könüllüləri də yaxından iştirak edir. “SABAH-ın könüllüsü” proqramı çərçivəsində Təhsil Nazirliyinin SABAH qruplarında təhsil alan könüllülərin “Bakı 2015” Birinci Avropa Oyunlarına dəstəyini nümayiş etdirmək məqsədilə interaktiv üslubda “SABAHFest” adlı festival keçirilib.   “Bakı 2015” Birinci Avropa Oyunlarına SABAH qruplarında təhsil alan könüllülərin dəstəyini nümayiş etdirmək məqsədilə təşkil olunmuş “SABAHFest” adlı festivalın videoçarxını təqdim edirik:  

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinə qəbul olunub təhsili müəyyən səbəblərdən yarımçıq qalmış şəxslərin arxivdə aşkar olunmuş attestatlarının Təhsil Nazirliyi tərəfindən qaytarılması prosesi davam edir.

Müvafiq siyahıda adı olan şəxslərdən 16 iyun 2015-ci il tarixinə qədər Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (146-1) zəng edərək qeydiyyatdan keçmiş 404 nəfərdən 243-ü sənədlərini geri alıb. Qeyd edək ki, qeydiyyatdan keçmiş vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədlə (digər şəxslər etibarnamə əsasında) hər həftənin çərşənbə axşamı və çərşənbə günləri Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzinə müraciət edərək, müvafiq sənədlərini geri ala bilərlər.   Siyahı

Noyabrın 13-də Təhsil Nazirliyində Türkiyə Respublikası Yüksək Öyrətim Kurulu (YÖK) başkanı -Ali təhsil naziri cənab Yusuf Ziya Özcanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Öncə qonaqlar Fəxri Xiyaban, Şəhidlər Xiyabanı və Türk şəhidlərinin abidəsini ziyarət ediblər. Sonra Təhsil Nazirliyində görüş keçirilib. Təhsil naziri Misir Mərdanov görüşü giriş sözü ilə açaraq qonaqları Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu ifadə edib. Nazir qeyd edib ki, bu, YÖK başqanının ölkəmiz müstəqillik əldə etdikdən sonra Azərbaycana ilk rəsmi səfəridir. Azərbaycanla Türkiyə arasındakı mövcud təhsil əlaqələrinin son illər daha da inkişafından danışan nazir bu irəliləyişin təhsilin müxtəlif pillələri üzrə aparıldığından söz açıb. Ölkəmizin ali təhsil müəssisələri arasında Qafqaz Universitetinin xüsusi yeri olduğunu qonağın diqqətinə çatdıran Misir Mərdanov bu ali təhsil müəssisəsinin, eyni zamanda Azərbaycandakı türk liseylərinin fəaliyyətindən razılığını ifadə edib. Nazir həmçinin tələbə mübadiləsinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Sonra Misir Mərdanov qarşılıqlı əlaqələrin səmərəliliyini artırmaq məqsədilə bir sıra problemlərin aradan qaldırılmasını önə çəkərək müəyyən təkliflərlə çıxış edib. Cənab Yusuf Ziya Özcan bu görüşün təhsil sahəsindəki əlaqələrin inkişafında əhəmiyyətli rol oynayacağını qeyd edib. Birgə əməkdaşlığın, müvafiq imkanların genişləndirilməsinin vacibliyini diqqətə çatdıran qonaq bu istiqamətdə lazımi dəstək göstərməyə hazır olduğunu bildirib. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər-universitetlərarası əlaqələrin yaradılması, birgə elmi konfransların keçirilməsi və s. üzrə fikir mübadiləsi aparılıb. Sonda təhsil naziri Misir Mərdanov və Türkiyənin ali təhsil naziri cənab Yusuf Ziya Özcan media nümayəndələrini maraqlandıran sualları cavablandırıblar.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı