• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

İyunun 19-da Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Estoniya Respublikasının Təhsil Nazirliyinin baş katibinin müavini Madis Lepajoeni qəbul edib.

Qonaq Estoniya ilə Azərbaycanın keçdiyi inkişaf yolunda oxşarlıqların olmasını, hər iki ölkənin təhsil sahəsində bənzər çətinliklərlə üzləşdiklərini və Estoniyanın Avropa İttifaqı üzvlüyü çərçivəsində təhsil islahatları sahəsində əldə etdiyi təcrübəni Azərbaycanla paylaşmaqda maraqlı olduğunu bildirib. O, Estoniya və Finlandiya tərəfindən Azərbaycanda ali təhsil sisteminin inkişafına hədəflənmiş layihənin irəli sürüldüyünü qeyd edərək, bu layihənin uğurlu olacağına ümid etdiyini bildirib.
Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanla Estoniya arasında əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini və Estoniyanın təhsil islahatları sahəsində təcrübəsinin öyrənilməsinin dəyərli olacağını söyləyib, bu təcrübənin Azərbaycanla bölüşmək təşəbbüsünə görə minnətdarlığını ifadə edib.
Eyni zamanda, Mikayıl Cabbarov cari ilin may ayında Estoniyanın Tartu Universitetinin Beynəxalq əlaqələr fakültəsinin tələbə və müəllimlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə icazəsiz səfər etməsinin ölkələrimiz arasındakı mövcud dostluq münasibətlərinin ruhuna uyğun olmadığını və bu kimi halların gələcəkdə təkrarlanmayacağına ümid etdiyini nəzərə çatdırıb.
M.Lepajoe sözügedən səfərdən təəssüfləndiyini bildirərək, Tartu Universitetinin rektorunun Azərbaycanın Estoniyadakı səfirliyinə məktub ünvanlayaraq bununla bağlı təəssüf hissi keçirdiyini ifadə etdiyini və Təhsil Nazirliyi olaraq gələcəkdə oxşar insidentlərin baş verməməsi məqsədilə ölkəsinin ali təhsil müəssisələri ilə müvafiq maarifləndirmə işinin həyata keçiriləcəyini söyləyib.
Görüş zamanı eləcə də Azərbaycanla Estoniya arasında ali təhsil, ilk peşə-ixtisas təhsili, təhsil müəssisələrinin akkreditasiyası, təhsildə keyfiyyətin təmin olunması və akademik mobillik sahəsində mümkün əməkdaşlıq imkanları barədə ətraflı fikir mübadiləsi aparılıb.
M.Lepajoe həmçinin, Avropa Velosiped İttifaqının vitse-prezidenti qismində qurumun Bakıda keçirilən idarə heyətinin iclasına qatılmaq, eləcə də Birinci Avropa Oyunlarını izləmək və medal alan idmançıların mükafatlandırılmasında iştirak etmək üçün ölkəmizə səfər etdiyini bildirib.


10 il əvvəl