• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“SABAH-ın könüllüsü” “Bakı 2015” 1-ci Avropa Oyunlarının azarkeşlərini məlumatlandırır.

 “SABAH-ın könüllüsü” proqramı çərçivəsində Təhsil Nazirliyinin SABAH qruplarında təhsil alan tələblərdən ibarət könüllülər Avropa Oyunlarına dəstək məqsədilə fəaliyyətini davam etdirir. Könüllülər Avropa Oyunları zamanı Rusiya və Azərbaycan Azarkeşləri Evində fəaliyyət göstərərək, buranı ziyarət edən azarkeşləri qarşılayır və məlumatlandırırlar.
Avropa Oyunları ərəfəsində fəaliyyətə başlayan Rusiya və Azərbaycan Azarkeşləri Evinin interaktiv eksponatları Azərbaycan və Rusiya ilə yanaşı MDB ölkələrinin yığma komandalarının əfsanəvi idmançıları, eləcə də idman oyunları haqqında yaxından tanış olmağa imkan yaradır. Muzeydə Rusiya və Azərbaycandan olan 1500-dən çox könüllü fəaliyyət göstərir.
“SABAH-ın könüllüsü” Proqramının iştirakçıları “Bakı 2015” 1-ci Avropa Oyunları zamanı müxtəlif ölkələrdən təşrif buyurmuş və Rusiya və Azərbaycan Azarkeşləri Evini ziyarətə gəlmiş azarkeşlərə əfsanəvi idmançılar və onların burada nümayiş etdirilən idman əşyaları haqqında məlumat verirlər. Gülərüz könüllülər idman azarkeşlərinin Avropa Oyunlarında iştirak edən idmançılarla görüşünü təşkil edir, qonaqların idmançılar və eksponatlar haqqında suallarını cavablandırırlar. Onlar peşəkar idmançılarla birbaşa ünsiyyətdə olmaq və idmançıların əldə etdikləri medalların şərəfinə təşkil olunan mərasimlərə qatılmaq imkanı da əldə edirlər.
Avropa Oyunlarının sonuna qədər fəaliyyət göstərəcək könüllülər Rusiya və Azərbaycan Azərkeşləri Evində fəaliyyətlərinə görə təşəkkür məktubu ilə təltif olunacaqlar.
Qeyd edək ki, “SABAH-ın könüllüsü” proqramı tələbələrin akademik təhsildən ayrılmadan könüllü fəaliyyətə cəlb olunmaqla, onların sosial aktivliyini artırmaq və alınmış biliklərin praktikada tətbiqi, eləcə də tələbələrin idarəçilik bacarıqlarının və liderlik potensialının inkişaf etdirilməsi məqsədilə fəaliyyət göstərir.
SABAH qrupları ali təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin yaradılması məqsədilə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində Savadlı, Bacarıqlı və Hazırlıqlı tələbələrdən təşkil olunub. Hazırda SABAH qrupları 7 ali təhsil müəssisəsində (Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dillər Universiteti) 34 ixtisas üzrə 755 tələbəni əhatə edir.


10 il əvvəl