SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“SABAH-ın könüllüsü” proqramı çərçivəsində Təhsil Nazirliyinin SABAH qruplarında təhsil alan könüllülərin “Bakı 2015” 1-ci Avropa Oyunlarına dəstəyini ifadə edən foto sərgi keçiriləcək.
“Park Bulvar” AVM-in dəstəyi ilə təşkil olunan sərgidə Facebook sosial şəbəkəsi vasitəsilə keçirilən “SABAH Foto” müsabiqəsində iştirak edən fotoşəkillər sərgilənəcək. Sərgi 1 ay müddətində “Park Bulvar” AVM-də Bakı şəhərinin sakinləri və qonaqlar üçün açıq olacaq. Sərgi “SABAH-ın könüllüsü”nün “Bakı 2015” 1-ci Avropa Oyunlarına dəstəyini ifadə edən fotoşəkillərin nümayiş etdirilməsi məqsədi ilə keçirilir. Fotoşəkillərdə “SABAH-ın könüllüsü”nün tələbə həyatı, könüllülük fəaliyəti və Avropa Oyunlarının onlara təsiri öz əksini tapır. Həmçinin, fotoşəkillərdə tələbələrin fəaliyyəti ilə yanaşı “Bakı 2015” 1-ci Avropa Oyunlarının rəmzləri, oyunların əhatə etdiyi idman növləri təsvir olunub. Sərgidə nümayiş olunan fotoşəkillər “SABAH-ın könüllüsü” proqramı çərçivəsində SABAH qruplarının Facebook səhifəsində təşkil olunan “SABAH Foto” müsabiqəsinə təqdim olunub. Sərgidə nümayiş olunan fotoşəkilləri SABAH qruplarının rəsmi Facebook səhifəsinə (www.facebook.com/sabah.edu.gov.az) daxil olmaqla nəzərdən keçirmək mümkündür. Müsabiqənin qalibləri “Bakı 2015” 1-ci Avropa Oyunlarının açılış mərasiminə bilet əldə edəcək və xüsusi hədiyyə paketi ilə mükafatlandırılacaq. Məlumat üçün qeyd edək ki, “SABAH-ın könüllüsü” proqramı SABAH qruplarının tələbələrinin, akademik təhsildən ayrılmadan könüllü fəaliyyətə cəlb olunmaqla, onların sosial aktivliyini artırmaq və alınmış biliklərin praktikada tətbiq edilməsini, eləcə də tələbələrin idarəçilik bacarıqlarının və liderlik potensialının inkişaf etdirilməsi məqsədi ilə fəaliyyət göstərir. SABAH qrupları ali təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin yaradılması məqsədilə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində Savadlı, Bacarıqlı və Hazırlıqlı tələbələrdən təşkil olunub. Hazırda SABAH qrupları 7 ali təhsil müəssisəsində (Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dillər Universiteti) 34 ixtisas üzrə 755 tələbəni əhatə edir.
08/07/2015 16:52
Təhsil Nazirliyi və “İntel” korporasiyasının təşkilatçılığı ilə “1 şagird : 1 kompüter” layihəsi ilə bağlı seminar keçirilib.
Tədbirdə Təhsil Nazirliyinin rəsmiləri, ümumtəhsil məktəblərinin rəhbərləri, “İntel” korporasiyasının, “İnspiring Knowledge” şirkətinin nümayəndələri iştirak ediblər. Seminarda elektron təhsilin əhəmiyyəti və “1 şagird: 1 kompüter” layihəsinin tətbiqi, layihəni tətbiq edən ölkələr və bu ölkələr üzrə ən yaxşı təcrübələr, eyni zamanda Azərbaycanda bu modelin tətbiq olunmasına dair növbəti addımlar üzrə mövzular müzakirə olunub. Təhsilin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov bildirib ki, artıq bir neçə ildir “1 şagird: 1 kompüter” layihəsinin tətbiqi üzərində müvafiq işlər aparılır və layihənin daha da genişləndirilməsi nəzərdə tutulub. Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev məktəblərdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi barədə məlumat verib, tədrisin keyfiyyətinin artırılmasında yeni avadanlıqların rolundan danışıb. Seminarda müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, kurikuluma uyğun rəqəmsal məzmunun yaradılması, İKT infrastrukturu və digər məsələlər barədə fikir mübadiləsi aparılıb. Qeyd edək ki, seminar “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strartegiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planına uyğun olaraq təşkil edilib.
08/07/2015 16:52
Azərbaycan Respublikası Təhsil Nazirliyi bildirir ki, cavab kartı tətbiq edilməklə mərkəzləşdirilmiş qaydada keçirilən test yoxlama imtahanları 2009-cu ilin fevral ayında texniki peşə liseylərində, mart-aprel aylarında ümumtəhsil məktəblərində, buraxılış imtahanları isə 2009-cu ilin iyun ayında keçiriləcəkdir.
Yoxlama imtahanın fənlər üzrə nəticələri sinif jurnalına yazılır və ikinci yarımilliyin qiymətləri çıxarılarkən nəzərə alınır. İmtahan aparılan fənlər üzrə yekun attestat qiyməti hər bir fənn üzrə yoxlama imtahanının nəticələri, X – XI (XII) siniflərin illik qiymətləri və buraxılış imtahanının qiymətləri əsasında hesablanacaqdır. 20 dekabr 2008-ci il tarixində Bakı şəhərinin ümumtəhsil məktəblərində keçiriləcək məktəbdaxili imtahan isə yalnız sınaq məqsədi daşıyır. Bu sınaq imtahanı mart ayında Təhsil Nazirliyi tərəfindən cavab kartı tətbiq etməklə mərkəzləşdirilmiş qaydada keçiriləcək yoxlama imtahanına hazırlıq üçün aparılır, nəticəsi qiymətləndirilmir və yekun attestat qiymətinə təsiri yoxdur.
08/07/2015 16:52
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Təhsil Nazirliyi, Azerfon MMC və AGBank ASC-nin maliyyə və təşkilati dəstəyilə keçirilən “Bizim Sahibkarlıq Fəaliyyətimiz” – “Enactus Azərbaycan X Milli Yarış 2015”in açılış mərasimi olub.
Öncə Azərbaycan Respubikasının Dövlət himni səsləndirilib. Daha sonra Enactus proqramının mahiyyəti haqqında videoçarx nümayiş etdirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, “Enactus Global”ın MDB ölkələri üzrə vitse-prezidenti Yusuf Məcidov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tələbələrə dəstək sektorunun müdiri Sülhəddin Gözəlov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi Şəfəq Bayramova, AGBank ASC-nin nümayəndəsi İlqar Musabalıyev, “Yeni Həyat” Sosial-Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova, Naxçıvan Universitetinin İdarəetmə fakültəsinin dekanı Elbrus İsayev, “Enactus Azərbaycan” Proqramının məzunu Mehman Bədəlzadə və “Enactus Azərbaycan”ın ölkə üzrə direktoru Kəmalə Məmmədli çıxış ediblər. Çıxışlarda “Enactus Azərbaycan”ın fəaliyyəti, gənclərin biznes və sahibkarlıq sahəsindəki inkişafı, proqramın insanların həyat səviyyəsinin yaxşılaşdırılması, əlavə gəlir əldə etməsi və gənclərin fəallığının artırılması baxımından əhəmiyyəti vurğulanıb. Həmçinin, “Enactus Azərbaycan” Proqramının 10 illik yubileyi münasibətilə təbriklər səsləndirilib. Mayın 31-də “Monolit Plaza”da yarışın yarımfinal və final mərhələsi keçirilib. Yarışda Azərbaycanın 9 komandası - Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Universiteti, Sumqayıt Dövlət Universitetinin təmsilçiləri iştrak ediblər. Hər liqadan seçilmiş iki komanda finalda iştrak etmək hüququ qazanıb. Birinci liqa üzrə Azərbaycan Dövlət Aqrar Universiteti və Sumqayıt Dövlət Universiteti, ikinci liqa üzrə isə Naxçıvan Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti qarşılaşıblar. Yarışın qalibi olan Azərbaycan Dövlət Aqrar Universitetinin komandası Cənubi Afrika Respublikasının Yoxanesburq şəhərində 14-16 oktyabr 2015-ci il tarixlərində keçiriləcək “Enactus Dünya Kuboku 2015”də ölkəmizi təmsil edəcək. Yarışda “Ən yaxşı komada ruhu” nominasiyası üzrə Naxçıvan Dövlət Universiteti, “Ən yaxşı sosial layihə” üzrə Naxçıvan Universitetinin “Bələdçi” layihəsi, “Ən yaxşı ekoloji layihə” nominasiyası üzrə Azərbaycan Texnologiya Universitetinin “Edial” layihəsi, “Ən yaxşı biznes layihə” üzrə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dəmir möcüzəsi” layihəsi seçilib.
08/07/2015 16:52
“SABAH-ın könüllüsü” 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasiətilə Dənizkənarı Milli Parkda uşaqlar üçün aksiya keçirib.
Dənizkənarı Milli Park İdarəsinin dəstəyi ilə təşkil olunan aksiya uşaqların “Bakı 2015” 1-ci Avropa Oyunlarına dəstəyini və onların yaradıcılığını nümayiş etdirmək məqsədilə təşkil olunub. “SABAH-ın rəngləri” adlı aksiya çərçivəsində Təhsil Nazirliyinin SABAH qruplarında təhsil alan könüllülər tərəfindən Dənizkənarı Milli Parkın xüsusi bir guşəsində üzəri rənglənə bilən ağ lövhə və boyalar qoyulub. Həmin lövhə və boyalar buraya uşaqları ilə gələn valideynlərin diqqətini cəlb edib. “SABAH-ın könüllüsü” tərəfindən yaxınlaşan valideyn və uşaqlara “Bakı 2015” 1-ci Avropa Oyunları haqqında məlumat verilib. Daha sonra aksiyanın iştirakçısı olmaq istəyən uşaqlara rəngarəng boyalar təqdim olunub. Boyalar təqdim olunduqdan sonra 4 saat ərzində 150-dən çox uşaq tərəfindən Avropa Oyunlarının loqosu çəkilib. Şəkil çəkən hər bir uşaq şəkilə əl izi qoyaraq adı və yaşını qeyd edib. “SABAH-ın könüllüsü” tərəfindən aksiyada iştirak edən uşaqlara Avropa Oyunlarının rəmzlərini daşıyan hədiyyələr təqdim olunub. Tədbir zamanı çəkilmiş fotoşəkillər və videoçarx sosial şəbəkələrdə paylaşılıb. Fotoşəkillər üçün keçid: https://www.facebook.com/media/set/?set=a.1636633186555152.1073741856.1487428338142305&type=3 Videoçarx üçün keçid: https://www.youtube.com/watch?v=KI4w7m70wVM&feature=youtu.be) Məlumat üçün qeyd edək ki, “SABAH-ın könüllüsü” proqramı SABAH qrupları tələbələrinin akademik təhsildən ayrılmadan könüllü fəaliyyətə cəlb olunmaqla, onların sosial aktivliyini artırmaq və alınmış biliklərin praktikada tətbiqi, eləcə də tələbələrin idarəçilik bacarıqlarının və liderlik potensialının inkişaf etdirilməsi məqsədilə fəaliyyət göstərir. SABAH qrupları ali təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin yaradılması məqsədilə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində Savadlı, Bacarıqlı və Hazırlıqlı tələbələrdən təşkil olunub. Hazırda SABAH qrupları 7 ali təhsil müəssisəsində (Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dillər Universiteti) 34 ixtisas üzrə 755 tələbəni əhatə edir.
08/07/2015 16:52
Təhsil Nazirliyinin Bülbül adına orta ixtisas musiqi məktəbinin XI sinif şagirdi Nisbət Sədrayeva V Muğam televiziya müsabiqəsində I yerə layiq görülüb.
Qeyd edək ki, Muğam televiziya müsabiqəsi 2005-ci ildən başlayaraq Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə keçirilir. V Muğam televiziya müsabiqəsinə Bərdə, Şamaxı və Bakıda keçirilmiş seçimlərə qatılan 500-ə yaxın namizəd arasından 20 gənc ifaçı seçilib. Gənc ifaçıların çıxışları muğam sənətinin biliciləri – xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Ramiz Quliyev, əməkdar incəsənət xadimləri Sərdar Fərəcov və Nadir Axundovun daxil olduğu münsiflər heyəti tərəfindən qiymətləndirilib. Nisbət Sədrayeva məktəbdə təhsil aldığı müddətdə bir çox müsabiqə və festivallarda iştirak edib. 2013-cü ildə Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş gənc ifaçıların II Respublika müsabiqəsində I yerə layiq görülüb, 2014-cü ildə milli musiqi alətləri ifaçıları və xanəndələrin II Respublika müsabiqəsinin laureatı olub.
08/07/2015 16:52
İyunun 3-də Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Polşa Respublikası Baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüş zamanı Azərbaycanla Polşa arasında təhsil sahəsində mövcud əməkdaşlıq məsələləri, iki ölkənin ali təhsil müəssisələrinin ikitərəfli əlaqələrinin genişləndirilməsi və birgə təhsil proqramlarının həyata keçirilməsi perspektivləri müzakirə olunub. Təhsil naziri Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində nəzərdə tutulan təhsil islahatları barədə qonaqlara ətraflı məlumat verib və bu çərçivədə iki ölkə arasında qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.
08/07/2015 16:52
Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil məktəblərinin VII və VIII sinif şagirdləri arasında yay olimpiada məktəbinə seçmə imtahanları keçirilib.
Bakı şəhərində Heydər Əliyev adına liseydə, Sumqayıt şəhərində isə Texniki və təbiət təmayüllü gimnaziyada keçirilən imtahanda 200-yə yaxın istedadlı şagird iştirak edib. İmtahanın nəticələrinə əsasən, fərqlənən şagirdlər Təhsil Nazirliyi tərəfindən iyunun 5-dən 25-dək təşkil edilən yay olimpiada məktəbinə daxil olacaqlar. Yay olimpiada məktəbində şagirdlərə ağırlaşdırılmış dərs proqramı keçiriləcək. Bundan əlavə, şagirdlər üçün müvafiq sosial tədbirlər də təşkil ediləcək. Qeyd edək ki, yay olimpiada məktəbinə Sumqayıt və Bakı şəhərləri üzrə riyaziyyat fənnindən 52 şagird, fizika fənni üzrə isə 32 şagird qatılacaq. Yay olimpiada məktəbi dövründə şagirdlər arasında rəqabətin artırılması məqsədilə bir neçə sınaq imtahanı keçiriləcək. Yay məktəbinin sonunda şagirdlərə yekun imtahanı keçiriləcək və gələn tədris ili üçün azyaşlı məktəblilər arasında beynəlxalq olimpiadalara hazırlıq qrupları yaradılacaq. Həmin qruplara tədris ili boyunca xüsusi dərs proqramı istiqamətində hazırlıqların keçirilməsi nəzərdə tutulub.
08/07/2015 16:52
“SABAH-ın könüllüsü” proqramı çərçivəsində Təhsil Nazirliyinin SABAH qruplarında təhsil alan könüllülərin “Bakı 2015” 1-ci Avropa Oyunlarına dəstəyini ifadə edən fotosərginin açılış mərasimi keçirilib.
“Park Bulvar” AVM-in dəstəyi ilə reallaşdırılan sərginin açılış mərasimində Təhsil Nazirliyinin SABAH İcra Komitəsinin rəhbəri Elçin Ağakişiyev, “Park Bulvar” AVM-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günay Malikqızı, SABAH qruplarının fəaliyyət göstərdiyi 7 ali təhsil müəssisəsini təmsil edən könüllülər və mətbuat nümayəndələri iştirak ediblər. Sərgiyə “Park Bulvar” AVM-in ev sahibliyi etməsindən məmnunluğunu ifadə edən G.Malikqızı təmsil etdiyi qurumun daim gənclərin və tələbələrin təşəbbüslərini dəstəklədiyi bildirib. O, həmçinin sərgidə nümayiş olunan şəkillərin böyük maraqla qarşılanacağından əmin olduğunu bildirib. SABAH İcra Komitəsinin rəhbəri Elçin Ağakişiyev çıxışı zamanı könüllülük fəlsəfəsi və onun faydalarından danışıb. O, Avropa Oyunlarının Azərbaycanda könüllülük hərəkatının inkişafına verdiyi töhfələrdən bəhs edib və sərgidə “SABAH-ın könüllüsü”nün fəaliyyətini əks etdirdiyini bildirib. Sərgidə SABAH qruplarının rəsmi Facebook səhifəsi vasitəsilə keçirilən “SABAH Foto” müsabiqəsinə təqdim edilmiş fotoşəkillər nümayiş olunur. Sərgi “Bakı 2015” 1-ci Avropa Oyunları ərəfəsində ölkə vətəndaşları və paytaxtımıza gələn qonaqlar üçün açıqdır. Tədbirdə müsabiqə qalibinin adı açıqlanıb. Bildirilib ki, 7 ali təhsil müəssisəsindən olan münsiflər heyətinin səsverməsi əsasında “SABAH-ın könüllüsü” Humay Cavadzadə müsabiqənin qalibi olub və Avropa Oyunlarının açılış mərasiminə bilet qazanıb. Daha sonra sərgi iştirakçıları Cəfər Sadiq və Leyla Hüseynlinin çıxışları dinlənilib. Onlar Avropa Oyunlarının tələbələrə verdiyi faydalardan və çəkdikləri şəkillərdən bəhs ediblər. Nümayiş olunan fotoşəkillərdə “SABAH-ın könüllüsü”nün tələbə həyatı, könüllülük fəaliyyəti və Avropa Oyunlarının onlara təsiri öz əksini tapıb. Fotoşəkillərdə, həmçinin tələbələrin fəaliyyəti ilə yanaşı, “Bakı 2015” 1-ci Avropa Oyunlarının rəmzləri və oyunların əhatə etdiyi idman növləri təsvir olunub. Sərgidə nümayiş olunan fotoşəkilləri SABAH qruplarının rəsmi Facebook səhifəsinə (www.facebook.com/sabah.edu.gov.az) daxil olmaqla nəzərdən keçirmək mümkündür. Məlumat üçün qeyd edək ki, “SABAH-ın könüllüsü” proqramı SABAH qrupları tələbələrinin akademik təhsildən ayrılmadan könüllü fəaliyyətə cəlb olunmaqla, onların sosial aktivliyini artırmaq və alınmış biliklərin praktikada tətbiqi, eləcə də tələbələrin idarəçilik bacarıqlarının və liderlik potensialının inkişaf etdirilməsi məqsədilə fəaliyyət göstərir. SABAH qrupları ali təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin yaradılması məqsədilə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində Savadlı, Bacarıqlı və Hazırlıqlı tələbələrdən təşkil olunub. Hazırda SABAH qrupları 7 ali təhsil müəssisəsində (Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dillər Universiteti) 34 ixtisas üzrə 755 tələbəni əhatə edir.
08/07/2015 16:52
Ağstafanın təhsil müəssisələri qışa hazırdır
Ağstafa Rayon Təhsil Şöbəsindən AzərTAc-a bildirmişlər ki, rayonda fəaliyyət göstərən təhsil ocaqlarının qış mövsümündə normal istiliklə təminatında heç bir problem olmayacaqdır. Artıq 1, 2, 3 nömrəli şəhər, lisey və Qacaq Kərəm kənd orta məktəblərində istilik sistemləri yenidən qurularaq istifadəyə verilmişdir. Digər təhsil ocaqlarına yerli şəraitdən asılı olaraq oduncaq və duru yanacaq verilmişdir.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı