SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
TƏHSİL NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Son 5 il ərzində ölkə Prezidenti İlham Əliyevin müntəzəm diqqət və qayğısı sayəsində 1600-dən artıq yeni məktəb binasının tikilməsi, təhsil müəssisələrinin maddi-tədris bazasının möhkəmləndirilməsi, informasiya və kommunikasiya texnologiyaları ilə ardıcıl təmin edilməsi, ümumi təhsil sistemində müxtəlif istiqamətlər üzrə ciddi islahatların aparılması cəmiyyətdə təhsilimizin uğurlu gələcəyinə inamı daha da gücləndirmişdir. Ölkə təhsilində islahatların dönməz xarakter alması Azərbaycan hökuməti ilə Dünya Bankı arasında son 10 ildə bağlanmış sazişlər çərçivəsində həyata keçirilən fundamental tədbirlərin real nəticələrində daha aydın özünü göstərir. Həmin müddətdə digər sahələrlə yanaşı, ümumi təhsilin məzmununun yeniləşdirilməsi istiqamətində aparılan islahatyönümlü işlər daha geniş vüsət almış, yüzlərlə təhsil mütəxəssisinin-tanınmış alimlərin, metodist-pedaqoqların, məktəb rəhbərləri və müəllimlərin birgə əməyinin məhsulu kimi meydana çıxan "Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli Kurrikulumu)" sənədinin respublika Nazirlər Kabineti tərəfindən təsdiq edilməsi və bu dövlət əhəmiyyətli sənədin tələbləri əsasında ümumtəhsil məktəbləri üçün mahiyyətcə tamamilə orijinal olan fənn kurrikulumlarının hazırlanıb 2008-2009-cu dərs ilindən etibarən I siniflərdə tətbiqi ilə ümumi təhsil sahəsində yeni bir dövr başlanmışdır. Mühüm nailiyyətlərdən biri də Təhsil Nazirliyinin hazırladığı "Ümumi təhsil sistemində dərslik siyasəti" sənədinin Nazirlər Kabineti tərəfindən qəbul edilməsi və bu sənədə əsasən uzun illərdən bəri kök salmış ənənədən imtina edilərək müasir dünya təcrübəsinə uyğun surətdə orta məktəb dərsliklərinin komplekt şəklində (dərslik, müəllim üçün vəsait, şagirdlər üçün iş dəftəri) nəşriyyatlarla müəlliflər qrupu arasında bağlanmış müqavilə əsasında yazılıb hazırlanması və istifadəyə veriləcək komplektlərin müsabiqə yolu ilə müəyyənləşdirilməsi olmuşdur. Bu işi tənzimləmək üçün Dərslikləri Qiymətləndirmə Şurası (DQŞ) yaradılmış, onun tərkibinə görkəmli alimlər və tanınmış təhsil mütəxəssisləri daxil edilmişdir. Artıq yeni mexanizm əsasında hazırlanıb DQŞ tərəfindən müsbət qiymətləndirilən dərslik komplektləri yeni dərs ilindən I sinifdə işləyən müəllimlərin və şagirdlərin istifadəsinə verilmişdir. Aparılan təhlillər və yerlərdən daxil olan rəylər göstərir ki, ilk təcrübə kimi meydana çıxan yeni dərslik komplektləri rəğbətlə qarşılanmışdır. Bununla belə, vaxtilə ibtidai siniflər üçün "Riyaziyyat" və "Həyat bilgisi" dərsliklərinin müəlliflərindən biri olmuş "Pedaqogika" nəşriyyatının direktoru Əlövsət Osmanlı 2008-ci ildə DQŞ-yə təqdim etdiyi "Riyaziyyat-1" dərslik komplektinin guya ədalətsizlik nəticəsində müsabiqədən keçmədiyini əsas tutaraq mətbuatda, xüsusilə də "Azadlıq" qəzetində böhtan xarakterli silsilə yazılar dərc etdirir. Təvazökarlıq hissindən tamamilə uzaq olan Ə.Osmanlı bu yazılarında dəridən-qabıqdan çıxaraq özünü ictimaiyyətə "əvəzolunmaz dərslik yaradıcısı" kimi təqdim etməyə çalışır, qatı inkarçılıq yolu tutaraq DQŞ-nin və işçi qrupunun bütün üzvlərini qeyri-peşəkarlıqda, savadsızlıqda, dərslik problemlərinə bələd olmamaqda ittiham etməkdən belə çəkinmir. İbtidai siniflərdə bir gün də işləməyən, şagirdlərlə ünsiyyətdə olmayan, lakin iddiaları və ədaları yerə-göyə sığmayan Əlövsət Osmanlı "mən olmayan yerdə nə varsa pisdir" prinsipini yeridərək müsabiqədən qalib çıxmış "Riyaziyyat-1" və "Həyat bilgisi" dərslik komplektlərində müsbət heç nə görmür, nəyin bahasına olursa-olsun onları gözdən salmaq məqsədi güdür. Başdan-başa əsassız ittihamlarla, qərəzli və təhqiramiz ifadələrlə dolu olan bu yazılar, əslində, Əlövsət Osmanlının mənəvi aləmini açıq-aydın göstərir. özündən başqa heç kimi bəyənməmək, şəxsi mənafeyi naminə iftira və böhtanların quluna çevrilmək onun hansı keyfiyyətlərə malik olduğundan xəbər verir. Hesab edirik ki, Əlövsət Osmanlının illüziyalar toplusu olan bu yazılarını silsilə şəklində dərc etməklə "Azadlıq" qəzeti heç də vətəndaşlıq mövqeyi göstərməmişdir. Həmin yazılara alternativ məqalələri dərc etməməsi isə qəzetin adı ilə daban-dabana ziddir. Təhsil Nazirliyi bildirir ki, bu cür böhtan xarakterli yazılar sağlam pedaqoji qüvvələr tərəfindən qəbul edilmir və ictimaiyyətin diqqətini əsl həqiqətlərdən yayındırmaq məqsədi daşıyan qərəzli mövqe kimi qiymətləndirilir.
08/07/2015 16:52
Mayın 4-də informasiya-kommunikasiya texnologiyaları savadlılığının artırılması üzrə təlimlərdə iştirak edən ibtidai sinif müəllimləri və inzibati heyət işçilərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmiləri, ümumtəhsil məktəblərinin rəhbərləri iştirak ediblər. Mərasimdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov təhsildə İKT-dən istifadənin genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Nazir müavini 2014-2015-ci tədris ilində 50-dən artıq elektron dərsliyin e-resurs.az saytına yerləşdirildiyini bildirib və yeni tədris ilində bu rəqəmin 80-ə çatdırılacağını vurğulayıb. Tədbirdə informasiya-kommunikasiya texnologiyaları sahəsində savadlılığının artırılması üzrə keçirilən təlimlər barədə məlumat verilib. Bildirilib ki, ilkin olaraq 3320 nəfər ibtidai sinif müəllimi və inzibati heyət qiymətləndirilmədə iştirak edib. Bunlardan 519 nəfər İKT sahəsində baza biliklərinə malik olduğu üçün təlimlərə cəlb olunmadan birbaşa sertifikata layiq görülüb. Çıxışlardan sonra qiymətləndirmədən uğurla keçən iştirakçılara sertifikatlar, kompüterlər və “Prometan” lövhələr təqdim olunub.
08/07/2015 16:52
İyunun 4-də “Jumeirah Bilgah Beach” otelində “Bizim böyük ailəmiz” adlı xeyriyyə satış sərgisinin açılış mərasimi keçirilib.
Sərgidə 11 nömrəli İnteqrasiya təlimli internat məktəbin sağlamlıq imkanları məhdud şagirdlərinin əl işlərindən ibarət 200-dək rəsm və əl işi nümayiş olunub. Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, həmçinin dövlət qurumlarının rəsmiləri, Milli Məclisin üzvləri, təhsil müəssisələrinin rəhbərləri, QHT nümayəndələri və sahibkarlar iştirak ediblər. Təhsil naziri Mikayıl Cabbarov çıxışında ölkəmizdə uşaqların rifahının yüksəldilməsinin daim diqqət mərkəzində olduğunu vurğulayıb. Ümummilli lider Heydər Əliyevin uşaqların müdafiəsi sahəsində qoyduğu ənənələr bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Mikayıl Cabbarov valideyn himayəsindən məhrum olmuş uşaqların müdafiəsi istiqamətində görülən işlər barədə də məlumat verib. Prezident İlham Əliyevin 2006-cı ildə təsdiq etdiyi “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində indiyədək 348 uşaq ailələrinə və yaxın qohumlarının himayəsinə qaytarılıb, 589 nəfər uşağın müəssisəyə yerləşdirilməsinin qarşısı alınıb. Tədbirdə bildirilib ki, dövlət uşaq müəssisələrinə alternativ xidmət yaradılıb. Hazırda nazirliyin tabeliyində 10 nəfər qız uşağı üçün tikilib istifadəyə verilmiş Ailə tipli kiçik qrup evi fəaliyyət göstərir. Lənkəran şəhərində oğlanlar üçün tikilən Ailə tipli kiçik qrup evi isə sentyabrda istifadəyə veriləcək. Uşaq müəssisələrinin transformasiyası haqqında Baş Plana uyğun olaraq isə, 12 internat məktəbi peşə liseyi, ümumtəhsil məktəbləri və gimnaziyalara transformasiya olunub, 2 internat məktəbi isə ləğv edilib. Bu il daha 7 internat məktəbin transformasiyası nəzərdə tutulur. Qeyd olunub ki, dövlət uşaq müəssisələrində yaşayan uşaqların 37,7 faizi xüsusi təhsilə olan ehtiyacları üzündən xüsusi internat məktəblərə yerləşdirilib. Ölkədə inteqrasiyalı və inklüziv təhsilin tətbiq olunması nəticəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəblərin də transformasiyası mümkün olacaq. Transformasiyası nəzərdə tutulan müəssisələrdən birinin də 11 nömrəli İnteqrasiya təlimli internat məktəbi olduğu bildirilib. Qeyd olunub ki, inteqrasiya təlimli təhsil müəssisəsi sağlamlıq imkanları məhdud şəxslərlə sağlam şəxslərin birgə təhsil alması üçün xüsusi şərait yaradılmış ümumtəhsil müəssisəsidir. İnteqrasiya təlimli təhsil müəssisələrində sağlamlıq imkanları məhdud şəxslərin sayı ümumi şagird kontingentinin 20 faizini təşkil edir. Hazırda internat məktəbində 909 şagird təlim-tərbiyə alır. Onlardan 691 şagird ümumtəhsil siniflərində, 172 şagird isə xüsusi siniflərdə təhsil alır. Onların təlim-tərbiyəsi ilə 115 nəfər pedaqoji işçi məşğul olur. 2014-2015-ci tədris ilində internat məktəbin 52 məzunundan 18-i sağlamlıq imkanları məhdud şagird olub. Tədbridə məlumat verilib ki, satış sərgidə nümayiş edilən əl işlərinin satışından əldə olunan vəsait Bilgəh qəsəbəsində yerləşən Qocalar evinin sakinlərinin yay istirahətinin təşkili üçün həmin müəssisəyə köçürüləcək. Sonra tədbir iştirakçıları 11 nömrəli İnteqrasiya təlimli internat məktəbin sağlamlıq imkanları məhdud şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər. Şagirdlərin istedad və təxəyyülünün məhsulu olan əl işləri qonaqların böyük maragına səbəb olub.
08/07/2015 16:52
Dekabrın 1-də təhsil naziri Misir Mərdanov Avropa Komissiyasının Azərbaycan üzrə Nümayəndəliyinin rəhbəri cənab Alan Vaddamsla görüşüb.
Görüşdə ali və peşə təhsili üzrə bir sıra məsələlər, qarşılıqlı əməkdaşlığın istiqamətləri müzakirə olunub. Təhsil naziri Misir Mərdanov qonağı salamladıqdan sonra son illər ölkəmizdə peşə təhsili sahəsi üzrə həyata keçirilən tədbirlər, bu sahəyə olan dövlət qayğısı, mövcud Dövlət Proqramı çərçivəsində görülən işlər barədə məlumat verib. Nazir həmçinin Cənubi Koreyanın “DAEWOO” Şirkəti ilə yaradılan əlaqələr, “British Council” tərəfindən müəyyən layihələrin reallaşdırılmasından söz açıb. Misir Mərdanov Dünya Bankı ilə birgə həyata keçiriləcək II layihədə bu sahənin inkişafına geniş yer ayrıldığını qeyd edib. Sonra nazir Avropa Təhsil Fondu ilə peşə təhsili sahəsi üzrə qurulan əlaqələrdən söz açıb. Bu sahənin inkişafı istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirildiyindən danışan nazir bu il Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin fəaliyyətə başladığını qeyd edib. Eyni zamanda Misir Mərdanov müvafiq işin İsmayıllı rayonunda da aparıldığını diqqətə çatdırıb, eləcə də nəzərdə tutulan digər işlər haqqında məlumat verib. Ölkəmizin ali təhsil sahəsi üzrə bir sıra addımlar atıldığını diqqətə çatdıran nazir Avropa ali təhsil əlaqələri, ERAZMUS-MUNDUS, TEMPUS proqramları və Boloniya prosesi çərçivəsində görülən işlər, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində reallaşdırılan tədbirlər haqqında danışıb. Cənab Alan Vaddams təhsil naziri Misir Mərdanova səmimi qəbul və ətraflı məlumat verdiyi üçün təşəkkür edib. Sonra qonaq peşə təhsili sahəsi üzrə yeni layihədən söz açaraq onun məqsədinin ölkəmizdə peşə təhsilinin inkişafına yardım etmək olduğunu qeyd edib, eyni zamanda Avropa təhsil proqramları üzrə əlaqələrin daha da genişləndirilməsi məsələsinə də toxunub. Görüşdə peşə təhsili kurrikulumunun hazırlanması, birgə əməkdaşlığın prioritet istiqamətləri, eləcə də digər vacib məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
08/07/2015 16:52
Noyabrın 27-də təhsil naziri Misir Mərdanov Böyük Britaniyadan gəlmiş nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycanda peşə təhsilinin inkişafı və ingilis dilinin öyrənilməsi üzrə layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb. Təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamlayaraq bu görüşü təşkil edən Böyük Britaniyanın ölkəmizdəki səfirliyinə və “British Council” təşkilatına təşəkkür edib. Nümayəndə heyətinin rəhbəri cənab Mətyu Anderson bildirib ki, təmsil etdiyi ölkədən Azərbaycana gələn qrupa iki təşkilat daxildir. Bunlar Böyük Britaniya Texniki Peşə Təhsilinin Öyrədilməsi Təşkilatı (TVET UK) və İngilis Dili Assosiasiyasıdır. Peşə təhsilinin tədrisi və təlimi istiqamətində rəhbərlik etdiyi təşkilatın gördüyü işlər haqqında nazirə məlumat verən cənab Mətyu Anderson qeyd edib ki, TVET UK mövcud sahənin inkişafına yönələn layihələr həyata keçirir. Qonaq ölkəmizdə peşə təhsili üzrə müəllimlərin təkmilləşdirilməsi, tədris planlarının hazırlanması və tələbə mübadiləsinin aparılması istiqamətində əməkdaşlıq etmək niyyətində olduqlarını açıqlayıb.Cənab M.Anderson İngiltərə kollecləri ilə Azərbaycan Texniki Universiteti arasında layihə həyata keçirilməsi məsələsinə də toxunub. Görüşdə qonaqlar son illər Azərbaycanda aparılan təhsil islahatları barədə məlumatlı olduqlarını vurğulayıblar. Qeyd ediblər ki, bu təşkilat dünyanın müxtəlif ölkələrində, o cümlədən Qazaxıstanda peşə təhsilinin inkişafına dəstək olaraq layihə həyata keçirir. Sonra beynəlxalq marketinq meneceri xanım Codi Qrey ingilis dilinin tədrisi sahəsində əməkdaşlığın yaradılması istiqamətləri və bu sahə üzrə Böyük Britaniya təcrübəsindən yararlanmağın vacibliyindən söz açıb. Nazir də öz növbəsində hər iki sahənin ölkəmiz üçün prioritet olduğunu bildirib. Misir Mərdanov peşə təhsilinin inkişafına göstərilən dövlət qayğısından danışaraq qeyd edib ki, ölkə Prezidentinin Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)” çərçivəsində müvafiq işlər görülüb, bir sıra beynəlxalq təşkilatlarla əlaqələr yaradılıb. Misir Mərdanov hər iki təşkilatla əməkdaşlığa hazır olduğunu açıqlayıb, eləcə də gələcək əlaqələrin qurulması işində qonaqların ölkəmizin peşə təhsili müəssisələri ilə tanışlığının əhəmiyyətini bildirib. Nazir həmçinin ingilis dilinin tədrisi üzrə “British Council” təşkilatı ilə birgə reallaşdırılan layihələr və ölkəmizdə bu dilə olan maraq haqqında danışıb. Misir Mərdanov qonaqlara Dünya Bankı ilə birgə həyata keçirilən II layihə çərçivəsində nəzərdə tutulan tədbirlərə dair məlumat verib və onların həmin layihəyə daxil olan müvafiq komponentlər üzrə beynəlxalq məsləhətçi kimi iştirakının əhəmiyyətini diqqətə çatdırıb. Görüşdə ingilis dili müəllimlərinin treninqdən keçirilməsi, regionlarda bu dilin tədrisinin təkmilləşdirilməsi üzrə təkliflər səsləndirilib. “British Council”un ölkə üzrə direktoru xanım Nikol lə Os de Lalüvye də görüşdə iştirak edib. Görüşdə Azərbaycanda peşə təhsilinin inkişafı və ingilis dilinin öyrənilməsi üzrə layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb. Təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamlayaraq bu görüşü təşkil edən Böyük Britaniyanın ölkəmizdəki səfirliyinə və “British Council” təşkilatına təşəkkür edib. Nümayəndə heyətinin rəhbəri cənab Mətyu Anderson bildirib ki, təmsil etdiyi ölkədən Azərbaycana gələn qrupa iki təşkilat daxildir. Bunlar Böyük Britaniya Texniki Peşə Təhsilinin Öyrədilməsi Təşkilatı (TVET UK) və İngilis Dili Assosiasiyasıdır. Peşə təhsilinin tədrisi və təlimi istiqamətində rəhbərlik etdiyi təşkilatın gördüyü işlər haqqında nazirə məlumat verən cənab Mətyu Anderson qeyd edib ki, TVET UK mövcud sahənin inkişafına yönələn layihələr həyata keçirir. Qonaq ölkəmizdə peşə təhsili üzrə müəllimlərin təkmilləşdirilməsi, tədris planlarının hazırlanması və tələbə mübadiləsinin aparılması istiqamətində əməkdaşlıq etmək niyyətində olduqlarını açıqlayıb.Cənab M.Anderson İngiltərə kollecləri ilə Azərbaycan Texniki Universiteti arasında layihə həyata keçirilməsi məsələsinə də toxunub. Görüşdə qonaqlar son illər Azərbaycanda aparılan təhsil islahatları barədə məlumatlı olduqlarını vurğulayıblar. Qeyd ediblər ki, bu təşkilat dünyanın müxtəlif ölkələrində, o cümlədən Qazaxıstanda peşə təhsilinin inkişafına dəstək olaraq layihə həyata keçirir. Sonra beynəlxalq marketinq meneceri xanım Codi Qrey ingilis dilinin tədrisi sahəsində əməkdaşlığın yaradılması istiqamətləri və bu sahə üzrə Böyük Britaniya təcrübəsindən yararlanmağın vacibliyindən söz açıb. Nazir də öz növbəsində hər iki sahənin ölkəmiz üçün prioritet olduğunu bildirib. Misir Mərdanov peşə təhsilinin inkişafına göstərilən dövlət qayğısından danışaraq qeyd edib ki, ölkə Prezidentinin Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)” çərçivəsində müvafiq işlər görülüb, bir sıra beynəlxalq təşkilatlarla əlaqələr yaradılıb. Misir Mərdanov hər iki təşkilatla əməkdaşlığa hazır olduğunu açıqlayıb, eləcə də gələcək əlaqələrin qurulması işində qonaqların ölkəmizin peşə təhsili müəssisələri ilə tanışlığının əhəmiyyətini bildirib. Nazir həmçinin ingilis dilinin tədrisi üzrə “British Council” təşkilatı ilə birgə reallaşdırılan layihələr və ölkəmizdə bu dilə olan maraq haqqında danışıb. Misir Mərdanov qonaqlara Dünya Bankı ilə birgə həyata keçirilən II layihə çərçivəsində nəzərdə tutulan tədbirlərə dair məlumat verib və onların həmin layihəyə daxil olan müvafiq komponentlər üzrə beynəlxalq məsləhətçi kimi iştirakının əhəmiyyətini diqqətə çatdırıb. Görüşdə ingilis dili müəllimlərinin treninqdən keçirilməsi, regionlarda bu dilin tədrisinin təkmilləşdirilməsi üzrə təkliflər səsləndirilib. “British Council”un ölkə üzrə direktoru xanım Nikol lə Os de Lalüvye də görüşdə iştirak edib.
08/07/2015 16:52
Noyabrın 24-də “Hyatt Regency” otelində Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin başlanmasına həsr olunmuş seminar keçirilib.
Tədbirdə dövlət qurumlarının nümayəndələri, beynəlxalq təşkilatların əməkdaşları və təhsil işçiləri iştirak edib. Seminarda çıxış edən təhsil naziri Misir Mərdanov iştirakçıları səmimi salamlayıb və tədbirin yüksək əhəmiyyət daşıdığını qeyd edib. Təhsil İslahatları Proqramının həyata keçirilməsinin ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdıran nazir hazırda ölkə Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə olan diqqət və qayğısını xüsusi vurğulayıb. Misir Mərdanov Təhsil Nazirliyi ilə Dünya Bankı arasındakı mövcud əməkdaşlıq, I layihə çərçivəsində həyata keçirilən islahatlar, 10 illik Təhsil İslahatı Proqramı üzrə əldə olunan nailiyyətlər, perspektivlər haqqında geniş məruzə edib. Nazir cari ildən etibarən orta məktəblərin I siniflərində ümumi təhsilin milli kurrikulumunun tətbiq edilməsini bu uğurlardan biri kimi qiymətləndirib. Eyni zamanda nazir II layihə barədə iştirakçıları məlumatlandırıb. Nazir bildirib ki, layihənin əsas məqsədi ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin yüksəldilməsi, təlim nəticələrinin yaxşılaşdırılması və xərclərin səmərəliliyinin artırılmasıdır. Misir Mərdanovun verdiyi məlumata görə, layihə 2008-2013-cü illəri əhatə edəcək və onun həyata keçirilməsi üçün 45.4 milyon ABŞ dolları məbləğində vəsait nəzərdə tutulub. Həmin vəsaitin 25 milyonunu Beynəlxalq İnkişaf Assosiasiyasının güzəştli krediti təşkil edir, 20.4 milyonu isə Azərbaycan Hökumətinin iştirak payı kimi müəyyənləşdirilib. Baş nazirin müavini Elçin Əfəndiyev seminarda çıxış edərək, ölkəmizdə təhsil sahəsinə olan dövlət qayğısından danışıb. E.Əfəndiyev bildirib ki, son 5 ildə ölkəmizdə qeyd olunan sahə üçün ayrılan büdcə vəsaitinin məbləği 5 dəfə artırılıb. E.Əfəndiyev Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda təhsil sahəsində müsbət addımlar atıldığını vurğulayaraq II layihənin aparılması işinə uğurlar arzulayıb. İqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova, Dünya Bankının Azərbaycan üzrə meneceri Qriqori Yedjeyçak ölkəmizdə təhsilin inkişafında böyük rol oynayacaq II layihənin əhəmiyyətini qeyd edib, tədris prosesində təlim texnologiyalarından səmərəli istifadə edilməsini, kadrların müasir dünyanın tələbləri səviyyəsində yetişdirilməsinin vacibliyini diqqətə çatdırıblar. Sonra “Kurrikulum islahatının davam etdirilməsi və kurrikulumun tətbiqinə dəstək”, “Təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, müəllim peşəsi ilə bağlı reqlamentləşdirici qaydaların yenidən işlənməsi və tətbiqi”, “Təhsilin idarə olunmasında təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi nəticələrindən istifadə”, “Təhsil islahatlarına dair ictimaiyyətin məlumatlandırılması” və digər mövzularda təqdimatlar olub, təhsilin müxtəlif sahələri üzrə müzakirələr aparılıb. Seminar öz işini davam etdirir.
08/07/2015 16:52
Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən idman məktəblərindən I Avropa Oyunlarında iştirak edəcək idmançıları sizə təqdim edirik.
I Avropa Oyunlarında ölkəmizi təmsil edəcək idmançılardan 24 nəfəri Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin yetirmələri və həmin məktəblərdə çalışan məşqçi-müəllimlərdir. Onlar 7 idman növü üzrə (atletika, akrobatika gimnastikası,badminton, qılıncoynatma, sambo, sərbəst güləş, stolüstü tennis) mübarizə aparacaqlar. Elnarə Əliəsgərova “Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Mərkəzinin yetirməsidir. İdmanın yadro itələmə növü ilə məşğul olan E.Əliəsgərova ikiqat Azərbaycan çempionudur. Ötən il Avropa çempionatında ilk onluğa düşən idmançılar sırasındadır. E.Əliəsgərova Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alır. Eyyub Bayramov Bakı şəhər 5 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Atletika Məktəbinin yetirməsidir. E.Bayramov idmanın hündürlüyə tullanma növü üzrə Azərbaycan və Gürcüstan çempionatlarında mükafatlar qazanıb. 23 yaşlı idmançı Azərbaycan Dövlət Texniki Universitetində təhsil alır. Kamran Əsgərov Bakı şəhər 5 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Atletika Məktəbinin yetirməsidir. Atletikanın sprint qaçış növü ilə məşğul olan K.Əsgərov Avropa Kubokunda 3-cü yeri tutub, Azərbaycan çempionatının qalibi olub. Lalə Hüseynova Təhsil Nazirliyinin İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin yetirməsidir. Qadın qrupu üzrə Respublika çempionatının qalibi olan Lalə Minsk şəhərində keçirilən beynəlxalq turnirdə III yeri tutub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alır. Cavanşir Səfərov Bakı şəhəri üzrə Təhsil İdarəsinin 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Mərkəzinin yetirməsidir. C.Səfərov qılıncoynatma üzrə Bakı və Azərbaycan çempionatlarının qalibi olub, Dünya Kuboku mərhələsində II yeri tutub. Bakı Qida Sənayesi Kollecində təhsil alır.
08/07/2015 16:52
Noyabrın 21-də Bakı Slavyan Universiteti filologiya fakültəsinin və Azərbaycan Müqayisəli Ədəbiyyatşünaslıq Assosiasiyasının təşkilatçılığı ilə “Müqayisəli ədəbiyyat: ədəbiyyatlarda və mədəniyyətlərdə stereotiplər” mövzusunda III beynəlxalq elmi konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan BSU-nun rektoru Kamal Abdullayev iştirakçıları səmimi salamlayıb. Təhsil naziri Misir Mərdanov çıxış edərək keçirilən konfransın əhəmiyyətini xüsusi qeyd edib və təqdirəlayiq hal kimi dəyərləndirib. Sonra nazir konfransın işinə uğurlar arzulayaraq dünyanın müxtəlif ölkələrindən gələn alimlərin elmi müzakirələr keçirməsini yüksək qiymətlləndirib. Eyni zamanda nazir gələcəkdə bu işi davam etdirməyin məqsədəmüvafiq olduğunu diqqətə çatdırıb. Konfransda Fransa, Rusiya, Türkiyə, Braziliya, Yaponiya və başqa ölkələrdən gələn qonaqlar, eləcə də ali məktəb rəhbərləri iştirak edib.
08/07/2015 16:52
Noyabrın 19-da “Palace Oteli”ndə “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində “2009-cu ildə qarşıda duran vəzifələr” mövzusunda konfrans keçirilib.
Konfransı giriş nitqi ilə təhsil naziri Misir Mərdanov açıb. Nazir müvafiq Dövlət Proqramının əhəmiyyətindən, onun həyata keçirilməsi istiqamətində görülən işlərdən, dövlət qurumları, həmçinin beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları ilə əməkdaşlıqdan danışıb. Nazir eyni zamanda proqramın icrası istiqamətində həyata keçirilməsi nəzərdə tutulan məsələlərdən söz açıb. Misir Mərdanov bildirib ki, qeyd olunan proqram çərçivəsində Təhsil Nazirliyi nəzdində yaradılmış İşçi Qrup 2007-ci ilin aprel-may aylarında Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyinin müvafiq əməkdaşları və YUNİSEF-in ekspertləri ilə birgə 55 dövlət uşaq müəssisəsində sorğular keçirib. Toplanmış məlumatlar isə xüsusi kompüter proqramına işlənib, müəssisələrin və orada yaşayan uşaqların qiymətləndirilməsi aparılıb. Konfransda o da qeyd olunub ki, İşçi Qrup həmin qiymətləndirmə əsasında YUNİSEF-in beynəlxalq ekspertləri ilə birgə dövlət uşaq müəssisələrinin transformasiyası üzrə Baş Plan hazırlayıb. Baş Plan növbəti 5 ili əhatə edəcək. İlkin layihəyə əsasən, növbəti 1 il ərzində 12 müəssisənin ümumtəhsil məktəbinə, lisey və ya gimnaziyaya çevrilməsi planlaşdırılır. Növbəti 3 il ərzində 20, 5 ilə isə 23 müəssisədə transformasiya planının həyata keçirilməsi nəzərdə tutulur. Həmin müəssisələr yerli ehtiyac və imkanlardan asılı olaraq, təhsil müəssisəsinə, yaxud günərzi qayğı mərkəzinə çevriləcək. Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri Hacı Rəcəbli çıxış edərək Dövlət Proqramının həyata keçirilməsində Təhsil Nazirliyinin digər dövlət qurumları, beynəlxalq təşkilatlarla əməkdaşlığını yüksək qiymətləndirib. H.Rəcəbli proqramın həyata keçirilməsi ilə bağlı hazırlanmış layihə ilə yanaşı, digər təklif və fikirlərin də öyrənilməsinin vacibliyini diqqətə çatdırıb. Konfransda Nazirlər Kabinetinin şöbə müdiri Qurban Əmirov, YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Məhəmməd Bendris Alami, “Uşaqların xilası” təşkilatının rəhbəri Cef Cakomini, Dövlət Proqramı üzrə yaradılan İşçi Qrupun rəhbəri Məlahət Hacıyeva və digər şəxslər çıxış ediblər. Sonda Misir Mərdanov yekun nitqi ilə çıxış edib. Nazir öz çıxışında YUNİSEF-lə əməkdaşlıqdan razı qaldığını, birgə əlaqələrin uğurlu nəticələrini qeyd edib. Eyni zamanda nazir konfransın materiallarının kitabça şəklində çap olunub yerlərə çatdırılmasını tövsiyə edib.
08/07/2015 16:52
Təhsil Nazirliyinin əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət etmişdir
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə keçirilən silsilə tədbirlər çərçivəsində Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət etmişlər. Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, nazirliyin yüzdən çox əməkdaşı iştirak etmişdir. Səfər zamanı əməkdaşlar Muzeylə tanış olmuşlar. Mərkəzin modern üslubu ilə həmahəng dizaynı və burada tətbiq edilən yeni texnologiyalarla fərqlənən Muzey Azərbaycan tarixinin və ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirir. Burada toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır. Üç mərtəbədən ibarət Muzeydə ümummilli lider Heydər Əliyevin hər bir insan üçün örnək olan həyatı və fəaliyyətinə aid maraqlı faktlar, foto və video materiallar və digər ünikal eksponatlar təqdim olunur. Ziyarət zamanı əməkdaşlar Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətini, dövlət quruculuğu sahəsində göstərdiyi əvəzolunmaz xidmətləri və mənalı ömür yolunu əks etdirən unikal eksponatlar və sənədlərlə tanış olmuşlar. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov Ümummilli lider Heydər Əliyevin Azərbaycanda dövlət quruculuğu, siyasi sabitliyin təmin edilməsi, ölkənin beynəlxalq nüfuzunun gücləndirilməsi, təhsil, səhiyyə və mədəniyyətin inkişafı, azərbaycançılıq məfkurəsinin və milli ruhun yüksəlişi, milli özünüdərkin təmin edilməsi, xalqın tarixi yaddaşının özünə qaytarılması, milli dövlətçilik arzularının və hisslərinin güclənməsi və real siyasi amilə çevrilməsi sahəsində xidmətləri barədə danışmışdır. O, qeyd etmişdir ki, son 12 ildə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi və iqtisadi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, Azərbaycan iqtisadi inkişaf tempinə görə lider ölkəyə çevrilmiş, dünya birliyində layiqli yerini tutmuş, Azərbaycanın dinamik inkişaf modelinə uyğun təhsilin inkişafı ilə bağlı dövlət proqramları və layihələr uğurla həyata keçirilmişdir. Nazir müavini vurğulamışdır ki, Muzeylə tanışlıq bir daha təsdiq edir ki, Heydər Əliyev irsi qiymətli bir xəzinədir, illər keçəçək, nəsillər bir-birini əvəz edəcək, gələcək nəsillər tariximizin bu şanlı səhifələrini vərəqlədikcə, onun müəllifini həmişə xatırlayacaq, minnətdarlıqla yad edəcəklər. Dahi şəxsiyyət Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kurs və yaratdığı etibarlı baza, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illərdə təhsil sahəsində əldə edilmiş nailiyyətlər və nəzərdə tutulan inkişaf strategiyası Azərbaycan təhsilinin bundan sonra da davamlı şəkildə inkişaf edəcəyinə zəmin yaradır. Firudin Qurbanov çıxışında ulu öndərin adını daşıyan Heydər Əliyev Fondunun fəaliyyətinə də toxunmuş, Fondun təşəbbüsü ilə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb”, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramları və “Təhsilə dəstək” layihəsi çərçivəsində həyata keçirilən tədbirlər və nailiyyətlər barədə məlumat vermişdir. Ziyarət zamanı yadda qalan hadisələrdən biri də Təhsil Nazirliyinin 12 nəfər gənc əməkdaşının Yeni Azərbaycan Partiyasının sıralarına qəbul edilməsi olmuşdur. Bu, Heydər Əliyev Mərkəzində Muzeydə keçirilən ilk belə tədbir olmuşdur.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı