• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“SABAH-ın könüllüsü” 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasiətilə Dənizkənarı Milli Parkda uşaqlar üçün aksiya keçirib.

Dənizkənarı Milli Park İdarəsinin dəstəyi ilə təşkil olunan aksiya uşaqların “Bakı 2015” 1-ci Avropa Oyunlarına dəstəyini və onların yaradıcılığını nümayiş etdirmək məqsədilə təşkil olunub. 
“SABAH-ın rəngləri” adlı aksiya çərçivəsində Təhsil Nazirliyinin SABAH qruplarında təhsil alan könüllülər tərəfindən Dənizkənarı Milli Parkın xüsusi bir guşəsində üzəri rənglənə bilən ağ lövhə və boyalar qoyulub. Həmin lövhə və boyalar buraya uşaqları ilə gələn valideynlərin diqqətini cəlb edib. “SABAH-ın könüllüsü” tərəfindən yaxınlaşan valideyn və uşaqlara “Bakı 2015” 1-ci Avropa Oyunları haqqında məlumat verilib. Daha sonra aksiyanın iştirakçısı olmaq istəyən uşaqlara rəngarəng boyalar təqdim olunub. Boyalar təqdim olunduqdan sonra 4 saat ərzində 150-dən çox uşaq tərəfindən Avropa Oyunlarının loqosu çəkilib. Şəkil çəkən hər bir uşaq şəkilə əl izi qoyaraq adı və yaşını qeyd edib. “SABAH-ın könüllüsü” tərəfindən aksiyada iştirak edən uşaqlara Avropa Oyunlarının rəmzlərini daşıyan hədiyyələr təqdim olunub.
Tədbir zamanı çəkilmiş fotoşəkillər və videoçarx sosial şəbəkələrdə paylaşılıb.
Məlumat üçün qeyd edək ki, “SABAH-ın könüllüsü” proqramı SABAH qrupları tələbələrinin akademik təhsildən ayrılmadan könüllü fəaliyyətə cəlb olunmaqla, onların sosial aktivliyini artırmaq və alınmış biliklərin praktikada tətbiqi, eləcə də tələbələrin idarəçilik bacarıqlarının və liderlik potensialının inkişaf etdirilməsi məqsədilə fəaliyyət göstərir. SABAH qrupları ali təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin yaradılması məqsədilə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində Savadlı, Bacarıqlı və Hazırlıqlı tələbələrdən təşkil olunub. Hazırda SABAH qrupları 7 ali təhsil müəssisəsində (Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dillər Universiteti) 34 ixtisas üzrə 755 tələbəni əhatə edir.


10 il əvvəl